"Universitetlər, cəmiyyət və insanlığın gələcəyi"

Akademik Nərgiz Paşayeva Lomonosov adına Moskva Dövlət Universitetində keçirilən "Universitetlər, cəmiyyət və insanlığın gələcəyi" adlı Beynəlxalq Forumda plenar məruzə ilə çıxış edib

25 martda MDU Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Nərgiz Paşayeva Lomonosov adına Moskva Dövlət Universitetinin əsas binasında keçirilən "Universitetlər, cəmiyyət və insanlığın gələcəyi" adlı Beynəlxalq Forumda plenar məruzə ilə çıxış edib. Forum böyük çağırışlar dövründə universitetlərin qlobal elmi-təhsil, texnoloji və humanitar məkanın keçmiş, indiki və gələcək roluna uyğunlaşmasına həsr olunmuşdu. Forumda yerli və xarici ölkələrin aparıcı universitetlərinin rektorları və prezidentləri, elmi qurumların, akademik dairələrin, dövlət orqanlarının nümayəndələri, tanınmış alimlər və ictimai xadimlər - ümumilikdə 1,5 mindən çox iştirakçı və qonaq iştirak etmişdir.

Akademik Nərgiz Paşayeva öz məruzəsində qeyd edib ki: "təhsil prosesindəki ən çətin məsələ müasir tədrisin dağıdıcı, ədəbsiz praqmatizmə və praktisizmə enməsinin qarşısını almaqdır".

«Erkən yaşlardan hər bir insan ilk növbədə nəzəri cəhətdən, daha sonra isə real olaraq çoxmənalılıq faktı və bəzən də real həyatda baş verən hadisələr və vəziyyətlərin ağırlığı ilə rastlaşır. Və heç kəs bu və ya digər vəziyyətdə individiumun əməlləri və hərəkətləri hansı daxili özünüidarəetmə və şəxsi intizam meyarları ilə müəyyən ediləcəyini deyə bilməz – deyə Nərgiz Paşayeva bildirib. – İdealda məhz məktəbə ilk addım və daha sonra bilik əldə etmək sahəsində qət edilmiş yol bir insanda ən yaxşı keyfiyyətləri stimullaşdıraraq onu böyük dünyaya hazırlamalıdır. Bu mərhələdə sadəcə kitab müdrikliyi vacib deyil – bu və ya digər biliklərin daşıyıcısı olan insanlarla ünsiyyət təcrübəsi çox əhəmiyyətlidir. Onların həyat fəlsəfəsi, baxışları, daxili dünyaları və prinsipləri vacibdir. Təhsil mühiti və ətrafdakı atmosfer, ruh, biliyin gücünə inam energetikası vacibdir. 

Bu gün yeniliklər əsrində məhz humanitar elmlər, sosial vacibliyə malik olan elmlər qlobal miqyasda böyük əhəmiyyət kəsb edir. Dəqiq elmlərin, innovativ layihələrin nailiyyətləri və ya uğursuzluqları gec-tez humanitar elmlərlə ya da müxtəlif problemlərlə toqquşur. Humanitar biliklərin etik, mənəvi, ruhani postulatı, qiymət kriteriyaları, humanitar dəyərlər məktəbi hətta dahi beynin eyforiyası zamanı qırmızı xəbərdarlıq işarəsində keçmək cazibəsinə dayanmadığında əyləc rolunu oynayır.

Ümumi intellektual mühit, məktəblər və universitetlər, elmi qurumlar qlobal nöqteyi-nəzərdən müasir dünyanın bir çox təhlükələrindən adekvat və xilasedici buferin qorunması üçün baza daşıyıcıları və platformalarıdır. İnsanlar nifrət, cinayət və beynəlxalq intriqalardan beziblər».

«Qlobal dünyada bir-birimizlə müasir elmi-tədris vasitəsilə dialoq qurub-qura bilməyəcəyimiz bizim özümüzdən asılıdır», – Nərgiz Paşayeva bildirib.

«Daha çox mənəviyyat, estetik tərbiyə, yaradıcılıq, abstrakt düşüncə, təxəyyül, fantaziya, sosial açıqlıq vasitəsilə həyata sevgi harmonik şəxsiyyətin formalaşmasına kömək edə bilər. O zaman gündüz vaxtı yandırılan Diogen fənəri axtardığını tapacaq».

Forum Vernadski proqramı çərçivəsində elmi və təhsil konsorsiumunun yaradılması ilə bağlı memorandumların imzalanmasına təsadüf edirdi. Bu proqram çərçivəsində Rusiyanın regionlarında elmi məktəblərin inkişafına, tətbiqi tədqiqatlara, mineral ehtiyatların inkişafına dair kompleks proqramların hazırlanması, ərazilərin sosial-iqtisadi inkişafına yönəldilmiş elmi-istehsal klasterləri yaradılır.

Bununla yanaşı Forum çərçivəsində Rusiya Rektorluqlar Birliyinin və bu il 30 illiyini qeyd edən Avrasiya Universitetləri assosiasiyasının qurultayı baş tutub. Hal-hazırda Avrasiya assosiasiyası Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın 139 universitetini birləşdirir.

Aprelin 3-də 80 yaşı olacaq olan akademik V.A.Sadovniçem yubiley münasibətilə ali təhsilin keyfiyyət qiymətləndirilməsi sisteminə uzunmüddətli töhfəsinə görə Kuzbass Şərəf ordeni və Rusiya Federasiyasının Təhsil və Elm sahəsində nəzarət üzrə federal xidmət diplomu ilə təltif olunub. Axşam isə Mariinski teatrının orkestri və solistləri tərəfindən konsert verilib.

Bu Beynəlxalq forum təcrübə mübadiləsi və Moskva Universiteti ilə bağlı olan hər kəslə peşəkar dostluq əlaqəsinin möhkəmləndirilməsinə misilsiz imkan yaratdı. Akademik Nərgiz Paşayeva Rusiyanın «Vestnik Kavkaza» federal analitik-informasiya agentliyinin baş redaktoru Mariya Sidelnikova ilə söhbət zamanı qeyd edib ki, «MDU-ya qayıtmaq, özünə qayıtmaqdır».

«Mən Moskva universiteti ilə 10 ildən çoxdur ki, sıx əlaqə saxlayıram. Yadımdadır ki, MDU-da ilk görüş çox gözəl keçmişdi. Elə o zaman Moskva Universitetinin filialının Bakıda açılması ideyasını müzakirə edirdik», – Nərgiz Paşayeva bildirib.