"Yaponlarda daha çox Armani var, nəinki Armani-nin özündə" – dizayner zarafat edir. Tokioda ilk Armani kruiz kolleksiyasının nümayişi rekonstruksiyadan sonra Armani / Ginza Tower flaqman mağazasının açılışına təsadüf edib. Bu dəfə mağazanın dizaynı ilə dizayner öz memar komandası ilə birlikdə şəxsən özü məşğul olub.
Gündoğan ölkənin sakinlərinin bu brendə olan sevgisini qiymətləndirmək çətindir: Yaponiyada brendin 90 satış nöqtəsindən 34-ü təkcə Tokioda cəmləşib! Giorgio Armani ilə selfi çəkdirmək və ondan avtoqraf almaq üçün isə yolunu kəsirlər.