NARGIS x Bee Goddess: Afternoon Tea

İyunun 25-də NARGIS və Bee Goddes zinət əşyası evinin təşkil etdiyi Ladureé fransız şirniyyat mağazasının nağıl kimi atmosferində ləziz çay süfrəsi təşkil edildi.

Tədbirin ideya təşəbbüskarı "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmudova idi. O, çay süfrəsində fəal iştirak edib, hər bir qonaqla səmimi söhbət edərək Bee Goddess brendinin zinət əşyaları ilə tanış oldu.

Qonaqları çılğın ispan melodiyalarından tutmuş ən romantik motivlərə qədər xoş canlı musiqi, ləziz qəlyanaltılar, müxtəlif fransız desertləri, isti və soyuq içkilər, sürprizlər və qeyri-adi hədiyyələr gözləyirdi.

Şirniyyat mağazasında xanımlar üçün iki qeyri-adi yaradıcılıq məşğuliyyəti var idi: bir tərəfdə əllərə xına ilə naxış çəkdirmək, digərində isə portret-karikatura əldə etmək mümkün idi.

 

Çay süfrəsinin kulminasiya anı Bee Goddess brendindən bəzək əşyasınınuduşu oldu. Xoşbəxt qalib Artemis simvollu kulon qazandı.

Bakıda dünya şöhrətli zərgərlik və brilyant zinət əşyaları butikinin sahibi Nigar Abbasbəyli NARGIS jurnalının redaksiya heyətinə tədbirin təşkili və göstərdiyi köməyə görə təşəkkür etdi, 15 ildir fəaliyyət göstərən brendin yaradılma hekayəsi barədə danışdı, həmçinin qonaqlara zərgərlik fəlsəfəsi barədə məlumat verdi. Hər bir zinət əşyası sahibinin şəxsiyyətini və daxili dünyasını əks etdirən müəyyən bir məna daşıyır. Onlar müsbət, sevgi çağırışı, mehribanlıq, səmimiyyət və özünə olan inancı əks etdirir. Bu zinət əşyaları  həyata öz baxışı olan, özlərinin çizdiyi yol ilə gedən və öz daxili gücləri sayəsində məqsədlərinə çatan qadınlar üçündür.

 

Bee Goddess zinət əşyalarının pərəstişkarları arasında Keyt Blanşet, Madonna, Rihanna, Kayli Minouq, Rita Ora kimi məşhur qadınlar və bir çox dünya divaları yer alır.

Foto: Pərviz Qasımzadə

Video: Ruslan Gorbunov