BÜTÜN DÖVRLƏRİN ƏN YAXŞI 10 QORXULU TELEVİZİYA SERİALLARI

«Rolling Stone» jurnalının müxbirləri bütün zamanların vampirlər, seriyalı qatillər və digər pis adamlar haqqında ən qorxulu serialların siyahısını tərtib ediblər. Ən yaxşıları seçilən ilk onluğu dərc edirik. Əsəbləriniz zəifdirsə davamını oxumayın!

 

10-cu yer

«Gəzən ölülər»

Serialın premyerası Hellouin ərəfəsində, 31 oktyabr 2010-cu il tarixində baş tutmuşdu. Bugünkü günə qədər artıq on sezon yayımlanıb və on birincisi planlaşdırılır. Aktyorlar zombi məktəbində xüsusi təlim keçmişdi, bütün çəkiliş günlərində "zombilər" insanları oynayan aktyorlardan ayrı yemək yeyirdilər, qrim etmək saatlar sürürdü. Televiziya serialı baxış sayına görə bir neçə dəfə rekord qırıb.

 

9-cu yer

«Amerika qorxu hekayəsi»

Bu serial FOX telekanalında ən reytinqli seriallardan biri idi. Hekayənin yaradıcıları sərt reallıqdan və qorxunc əfsanələrdən ilhamlanmışdı. Hətta ilk mövsümdəki qotik "qatil ev" həqiqətən də mövcuddur və Airbnb bu evi arzu edən hər kəsə bir günlük 1500 dollara icarəyə götürməyi təklif edir.

 

8-ci yer

«Qara güzgü»

Futuristik, pessimist, texnogen gələcəyin qorxusu ilə dolu olan "Qara güzgü" televiziya serialı bir-birindən əlaqəsiz seriyalardan ibarətdir. Yəqin ki, rəqəmsal cəmiyyəti həyəcanlandıran və satirik yazıçı, Guardian-ın guşə yazarı Çarli Brukerin ssenarisində yer almayan kimsə qalmadı. Beşinci mövsüm bu yay yayımlanmışdı.

 

7-ci yer

«Əsl detektiv»

Bu televiziya antologiyası həqiqətən mükəmməl aktyor kastinqi ilə öyünə bilər: burada həm Kolin Farrell, həm Maherşala Ali, həm Metyu Makkonahi yer alıb. Çəkiliş üçün filtrlər, hava şəraiti, yerləşmə – hər şey tamaşaçıda psixoloji gərginliyə səbəb olacaq şəkildə seçilib. HBO video-servisi ilk mövsümün son epizodunu izləmək istəyən rekord sayda izləyicinin təzyiqi altında çökmüşdü. 2019-cu ilin əvvəlində üçüncü mövsüm buraxıldı.

 

6-cı yer

«Vampir qatili Baffi»

Əgər 1997-ci ildə fövqəlbəşəri bacarığı olan bir qız haqqında olan serialda komediya elementləri var idisə, artıq 2003-cü ildə bu daha çox dramatik hekayəyə dönüşdü. Yeri gəlmişkən, "Google it!" ifadəsi ilk dəfə məhz bu serialda səslənmişdi. Baffi özü isə Entertainment Weekly-nin rəyinə görə bütün zəmanələrin ən yaxşı üç personajlarından biri oldu, əlbəttə ki, Homer Simpson və Harri Potterdən sonra.

 

5-ci yer

«Sıfırıncı kanal»

Altı mövsüm, hər biri altı seriya – istənilən sıralamada izləmək olar, çünki hər mövsümdə "şəhər əfsanələri" seriyasından ayrıca dəhşətli hekayədən bəhs edilir. Müəlliflər süjet xəttini internet-forumlardan götürüblər. 

 

4-cü yer

«Məxfi materiallar»

Məxfi hadisələr haqqında serial çəkmək fikri Harvard universitetinin professorunun yadplanetlilərin insanları qaçırdıqları barədə yazdığı məruzəsindən sonra prodüser Kris Karterin ağlına gəlib. Serial 1993-cü ildən 2018-ci ilə qədər davam etdi – Devid Duxovnı və Cillian Anderson milyonlarla insanın yaddaşında Malder və Skalli agentləri kimi qalıblar. Maraqlıdır ki, süjet xəttinə görə Dana Skalli Foks Malderdən fərqli olaraq qatı skeptikdir, amma həyatda – tam əksinədir.

 

3-cü yer

«Hannibal»

Qaniçən və ziyalı qatil, cazibə qüvvəsi heyvan maqnitizminə yaxın olan doktor Hannibal Lektor haqqında olan bu qandonduran kino hekayəsi 2013-cü ildən 2015-ci ilə qədər NBC kanalında yayımlanıb. Bütün seriyalar fransız və yapon mətbəxinin yeməklərinin adları ilə adlandırılmışdı və guya insan ətindən hazırlanan yeməklərin üzərində isə peşəkar stilist – rəssam Cenis Pun çalışmışdı. Sonralar o, bu işin bütün karyerası boyunca ən qeyri-adi təcrübə olduğunu etiraf etmişdi.

 

2-ci yer

«Alatoranlıq zonası»

«Alatoranlıq zonası» serialının ilk epizodu düz 60 il əvvəl yayımlanıb. O vaxtdan bəri teleserial ən yaxşı televiziya şoularının reytinqinə daxil olub, 2013-cü ildə Amerika ssenaristlər gildiyası onu bütün dövrlərin ən yaxşı üç serialı sırasına daxil etmişdi. Layihə 2019-cu ilin yazında yenidən başladı.

 

1-ci yer

«Tvin Piks»

Devid Linçin kult dramı Time jurnalının rəyinə görə "Bütün zəmanələrın ən yaxşı televizia şousu" siyahısına daxildir. Hər şey Devid Linç və Mark Frostun Merilin Monronun bioqrafiyası üzərində çalışmaları ilə başladı. 1990-cı ildə, müasir texnologiyanın olmadığı bir dövrdə rejissor aktyor replikalarını elə səsləndirmişdi ki, adamın tükləri ürpərirdi: aktyorlar mətnləri sondan əvvələ oxuyurdular, daha sonra səsyazmanı geri istiqamətə çevirirdilər – və həmin qorxulu təhrif olunmuş səs alınırdı.