Oktyabrın 29-da Heydər Əliyev Mərkəzində işgüzar və kübar ünsiyyət üzrə tanınmış mütəxəssis Tatyana Polyakovanın «Etiket və peşəkar ünsiyyət» mövzusunda mühazirəsi keçiriləcək. Tatyana mədəniyyətlərarası ünsiyyət kursunun müəllifidir. Filoloq. Etnoqraf. Həvəsli bir səyahətçi. O, həm kübar, həm də protokol və iş mövzusunda özünü rahat hiss edir. Onun hər sözünün arxasında təcrübə dayanır. Uşaqlarla xüsusi bir səmimiyyətlə çalışır. Axı Tatyana uşaqlara güvənir və ən titullu böyüklərə cəsarət etmədiyi və heç vaxt edə bilməyəcəyi sözü deyə bilir.
Tatyana Polyakova Bakı tamaşaçılarına səs tembri, baxış, intonasiya kimi nüanslara diqqət yetirməyi öyrədəcək. Müəyyən vəziyyətlərdə hansı hədiyyələrin veriləcəyi, istək və ya təşəkkür üçün hansı sözlərdən istifadə olunacağı barədə bəhs edəcək.
Mühazirə ərəfəsində Tatyana Polyakova Nargis jurnalı oxucularına niyə Azərbaycana ilk səfəri zamanı tanışlıq üçün peşəkar ünsiyyət mövzusunu seçdiyi barədə danışdı:
- Bəxtim gətirdi: uşaqlıqda bir neçə mədəniyyətdə və bir neçə dildə yaşadığım təcrübələri, eləcə də böyük beynəlxalq şirkətlərdəki təcrübəmi etiket və mədəniyyətlərarası ünsiyyətə həsr olunmuş bir biznes layihəsinə çevirə bildim. Mənim üçün etiket rahat qaydalar külliyyatıdır. “Qaydaları pozmaq üçün onları bilmək yaxşıdır." – bu mənim sitatımdır. Və mövzuya göstərilən belə bir beynəlxalq maraq mənə çox xoşdur, axı vahid bir qayda yoxdur. İstənilən qayda dalğalar kimi mədəniyyətlər, adətlər və vəziyyətlərə dəyib dağılır.
Başqa bir inandırıcı məşhur söz var: “Hər kəsin xoşuna gəlmək mümkün deyil. Əsas heç kəsi incitməyəsən”.
Peşəkar uğurlar yalnız insanın təbii və kübar keyfiyyətlərini vurğulayır. Beləliklə, nadir vəziyyətlə istisna olunmaqla etiket kübar və işgüzar məqamlara bölünmür. Eynilə uşaq etiketi olmur. O, tək və həyat boyunca olur. Bakıdakı mühazirə mənim hər bir çıxışım kimi böyüyən övladları ilə gələn ailə üçün idealdır, çünki etik davranış həm ailədə, həm cəmiyyətdə, həm də peşəkar ünsiyyətdə vacibdir”.