Gingerbread city by NARGIS: AÇILIŞ

Dekabrın 6-da Port Baku Mall-da Gingerbread City sərgisi açıldı. Port Baku Mall-un birinci mərtəbəsində un məmulatlarından hazırlanmış şirin zəncəfilli şəhərcik təqdim olundu. Şəhərcikdə Bakının əsas görməli yerlərinin miniatür versiyaları, o cümlədən, Heydər Əliyev Mərkəzi, Qoşa Qala qapısı, Flame Towers, Qız qalası, Şeytan çarxı, Teleqüllə, Xalça Muzeyi, həmçinin kiçik evlər, karusel və hətta ədvalı xəmirdən hazırlanmış təyyarə və gəmi də yer aldı.

Hər il Avropanın müxtəlif şəhərlərində zəncəfilli pryaniklərdən evlər ucaldılır, Azərbaycanda Gingerbread City isə ilk dəfədir ki sərgilənir. Layihənin ideyası Nargis jurnalının baş redaktoru Ülviyyə Mahmudovaya məxsusdur.

 

Şirniyyat inşaat sənayesi şəhərcikdə qənnadı məmulatlarından hazırlanmış "Gingerbread insanlar"ın Yeni il alış-verişi etmələri üçün işıqlı oyuncaq mağazaları və kiçik şirniyyat dükanlarına qədər real sosial infrastrukturu yaradıb. Şirniyyat şəhərciyinin əsas arxitektoru isə Rəşad Ələkbərov idi. Şəhərçikdə 80 ev, 77 marsipandan şam ağacı, 43 pryanik şam ağacı və 17 bayram xizəyi yerləşdirilib, küçələrdə isə yüzlərlə qənnadı məmulatlarından hazırlanmış insanlar gəzişir – şəhərciyin inşasında 50 kq un və 10 kq şəkərdən hazırlanmış 100 kq xəmir istifadə olunub. Bir ay ərzində Le Plaisir-in on şirniyyatçısı yorulmadan işləyib və pryanikləri bəzəyiblər, sobalar isə soyumağa çatdırmırdı. Ədvalı şəhərciyin tərtibatına 200 kq marsipan, çoxlu şokolad, makarun, şirə, marmelad və rəngbərəng M&Ms konfetləri istifadə olunub.

Layihə Nargis nəşriyyat evi tərəfindən Formula 1, “Azərbaycan Hava Yolları” (AZAL), Chenot Palace Hotel, Qafqaz Tufandag Mountain Resort Hotel, Bee Goddess, Caspian International Hospital, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), iTicket, Berg, 150 Bar & Grill, Ay Qonşu, Bank Respublika, Coca-Cola, Etage Celebrity Point by Elnur Həsənov, Pasha Travel, Le Plaisir, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANiiA), “ANC GROUP MMC” – “Rahat” supermarket, Aytən Səfərova Sonsuzluq Mərkəzi, "Soyuq Əllər, İsti Ürək", Elux Events Hall, Port Baku Mall və Gazelli House Bakunun dəstəyi ilə həyata keçirilmişdir.

Gingerbread City sərgisinin rəsmi açılışı 6 dekabrda baş tutdu. Sərgidə sponsorlar və Nargis nəşriyyat evinin dostları iştirak etmişdilər.

Dadlı miniatürlərin hazırlanma prosesini time-lapse formatlı videoda görmək olardı.

Sərgi yanvarın 13-nə qədər açıq olacaq, səhər saat 10-dan axşam saat 10-a qədər onu ziyarət etmək mümkündür. Giriş sərbəstdir. Şəkərli küçələrin fotolarını sərbəst olaraq çəkib sosial şəbəkələrdə #nargisgingerbreadcity həştəqi ilə paylaşa bilərsiniz, amma dişləmək üçün yaxınlaşmaq tövsiyə edilmir.

Foto: Pərviz Qasımzadə