Emal olunmuş materiallardan kostyumlar və frankenşteyn paltarlar: Con Qalyano Maison Margiela Artisanal kolleksiyasını resayklinq-art və artıq istehsal probleminə həsr edib. Bədii kəsilmiş və bir o qədər də kreativ, tikişləri üzdə olan müxtəlif dövrlər, üslublar, düşüncələrdən toplanmış kəsik parçalar – bu, babil mədəniyyətlərinin səs-küyü, ideyaları və qarşıdurmaları ilə yeni onilliyin əsl manifestidir. Eyni zamanda həqiqi sənət kimi gözəldir. Yalnız Qalyano bu cür proporsiyaların, teksturların və çalarların belə inanılmaz bir tarazlığını təmin edə bilərdi. Detalları saatlarla seyr etmək olar, necə ki biz edirik.