BURADA MUSİQİ YARANIR

Azərbaycanın Gilan Beltmann Piano şirkəti 2008-ci ildə təsis edilib. Bu şirkət Johan Beltman tərəfindən təsis olunmuş məşhur "Beltmann Piano" holland şirkətinin ənənəsini davam etdirir. Bu gün, markaya onun nəticəsi Hans Leferink başçılıq edir. Qəbələ turu zamanı sahibinə bir neçə sual vermək üçün biz fabrikə baş çəkdik. 

screen_shot_2017-06-23_at_11.09.41_am

Beləliklə, keçmişinizdə musiqi alətlərinin yaradıcılarından ibarət bütöv bir sülalə var...

Bəli, hələ 1901-ci ildə ulu babam Johann Beltmann piano və fortepiano istehsalı üzrə Beltmann fabrikini qurmuşdu. Atam da burada işləyirdi, 1967-ci ildən isə mən də burada çalışıram. Sahibi olduqdan sonra, mən fabriki Almaniyanın cənub hissəsinə köçürdüm, burada da onu, 1983-cü ildə Berdax fabriki ilə birləşdirdim. Fabrik 2002-ci ilə qədər fəaliyyət göstərib, on mindən çox alət istehsal edib. 2008-ci ilin oktyabr ayında Qəbələdə yeni bir fabrik inşa etməyə başladıq və indi burada ən müxtəlif fortepiano və royal modelləri istehsal olunur.

Siz bütün il boyu Azərbaycanda yaşayırsınız?

Bəli, 2008-ci ildən etibarən, artıq on ildir ki, mən ailəmlə birlikdə Azərbaycanda yaşayıram. 

Bəs Hollandiyadakı doğmalarınızı nə qədər sıx ziyarət edirsiniz?

Mən burada daimi yaşayıram, lakin vaxtaşırı Almaniyadakı fabrikə baş çəkirəm - orada beş-altı gündən çox qalmıram, təşkilati məsələləri həll edirəm... Hollandiyadakı evim isə, demək olar ki, Almaniya ilə sərhəddədir, tez-tez evə də dəyirəm. Ümumilikdə, ildə dörd və ya beş dəfə evə gedirəm...

Amma Almaniyadakı fabrikiniz hələ də fəaliyyət göstərir?

Xeyr. Oradakı fabriki bağladıqdan sonra, yəni 2008-ci ildən bizim alətlər yalnız burada - Qəbələdə istehsal olunur.

Həm fortepianolar, həm royallar dəqiq yoxlamadan keçən seçilmiş ağac növlərindən hazırlanır. Material bir neçə ekoloji təmiz regionlardan - Almaniya, İngiltərə, Türkiyə, Çexiya, Avstriyadan gəlir. Burada təbiət özü ağacın keyfiyyətini musiqi dinləyicilərinin yüksək tələblərinə müvafiq təmin edir. Həmçinin alətlər üçün simlər və çəkiçlər əl ilə hazırlanır, naxışlarda isə yalnız ekoloji, toksinsiz maddələrdən istifadə olunur; istehsal prosesinin heç bir mərhələsində süni materiallardan istifadə olunmur.

Qəbələ fabriki il ərzində neçə piano istehsal edir və onları harada satır?

Nəzərə almaq lazımdır ki, bizim məhsul - ədədlədir və tamamilə əl işidir, buna görə də ildə minə qədər alət istehsal olunur. Satışlar artıq Almaniyanı, ABŞ-nı əhatə edir, bu yaxınlarda biz Qazaxıstana, Birləşmiş Ərəb Əmirliklərinə və daha bir neçə ölkəyə piano satmışıq.

Piano istehsalında sifarişlər hansı müddətə yerinə yetirilir?

Keyfiyyətli Beltmann pianosunun hazırlanmasına tam altı ay vaxt sərf olunur.

2008-ci ildə Gilan Beltmann Piano şirkəti istehsalı genişləndirmək məqsədilə mütəxəssislərin hazırlanması ilə bağlı layihə həyata keçirərək Beltmann istehsalının əl işi metodunu öyrənmək istəyənlər üçün kurslara qəbul elan etdi. Gilan Beltmann Piano Qəbələ istehsalatı - bugünkü gün bu qeyri-ənənəvi metodikanı istifadə edən yeganə fortepiano istehsalçısıdır.

screen_shot_2017-06-23_at_11.10.01_am

İstehsalatla neçə insan məşğuldur? Və onların neçəsi qadındır?

Ümumi bizdə 150 nəfər çalışır, onların yarısı - qadındır.

Bakıda Beltmann pianosunu haradan əldə etmək olar?

Bakıdan istənilən zaman buraya - Qəbələyə gəlib və yerindəcə piano seçmək və ya yenisini sifariş etmək olar. Bakı buradan çox da uzaq deyil - sadəcə 220 kilometr. Əlbəttə ki, əgər sizə həqiqətən də yaxşı piano lazımdırsa.

Sizin məhsulların qiymət aralığı necədir?

Təkrar edirəm, bizim bütün məhsullarımız - ədədlədir, hər bir hissəsi əl ilə yığıldığına görə, demək olar ki, eksklüzivdir. Ən ucuz qiymət 5 min manatdır, şəffaf şüşədən hazırlanmış piano üçün hal-hazırda ən yüksək qiymət isə - 90 min manatdır. 

Bu da tamamilə əl işidir?

Şübhəsiz. Biz dizaynla bağlı müştərinin bütün arzularını nəzərə alırıq. Axı hər kəsin zövqü fərqlidir: biri mavi rəngdə piano istəyir, digərlərinin isə sadəcə qırmızı və yaxud başqa bir rənglə bağlı təsəvvürləri var... Lap yaxşı! Əsas odur ki, bizə sifariş daxil olur, biz işə başlayırıq və yarım ildən sonra piano hazırdır. Müştəri bilməlidir ki, bu uzun, əziyyətli bir əməkdir: axı bu cür piano 14 min hissədən ibarətdir və tamamilə əl işidir. Fabrikdə avtomatlaşdırılmış dəzgah yoxdur.

Piano, bildiyiniz kimi, bazalı musiqi alətidir. O, həm ritm hissini, həm musiqi duyumunu, həm əllərin koordinasiyasını, hətta yaddaşı inkişaf etdirir. Biz indi Azərbaycanda bu alətə yüksək tələbat görürük - bu da təsadüfi deyil: pianoda ifa etmək bir neçə onilliklərdən əvvəl olduğu kimi, sadəcə gecə dəvətlərinin dəbli bəzəyi deyil, həmçinin o, gənc nəslin mənəvi yükünün vacib tərkib hissəsi statusunu əldə edib. Bizim soydaşlarımız getdikcə daha çox əmin olurlar ki, musiqi ilə məşğul olmaq uşağa mənəvi zəngin, yaradıcı və istedadlı şəxsiyyət kimi böyüməyə kömək edir.

Boş vaxtınızı burada, Qəbələdə necə keçirirsiniz?

Yatıram. Əlbəttə, əgər boş vaxt olursa... Amma, ümumiyyətlə, adi həyat yaşayıram: pianoda ifa edirəm, dizayn hazırlayıram, uşaqlara baxıram. Mənim balaca oğlumu artıq görmüsünüz, onun gələn həftə üç yaşı olacaq. Bizim körpə qızımız isə cəmi doqquz aylıqdır, və o - mənim bütün həyatımın mənasıdır!

 leica

Cəmi neçə uşağınız var?

İkisi burada. Bir də böyük oğlum var, 39 yaşındadır.

Mənim artıq uşaqlarınızla necə ünsiyyətdə olduğunuzu izləmək imkanım olub və deyə bilərəm ki, Siz çox yaxşı atasınız! Uşaqların dayəsi varmı?

Xeyr, uşaqlara baxmaqda həyat yoldaşımın anası və bacısı kömək edirlər. 

Burada, təbiətdə, yəqin ki, Sizin uşaqlarla daha sıx ünsiyyətdə olmaq şansınız var?

Əlbəttə ki, biz həmişə birlikdəyik və bu mənim üçün çox vacibdir. Hər gün mən özüm uşaqlar üçün yemək hazırlayıram. Yeri gəlmişkən, ümumiyyətlə mən bişirməyi çox sevirəm! Çox yemək bişirirəm, xüsusilə şirniyyat bişirməyi sevirəm.

Hər bir işinizdə uğurlar!

Təşəkkür edirəm!

Bəlkə, bizim üçün ifa edəsiniz?

Məmnuniyyətlə...

screen_shot_2017-06-23_at_11.10.21_am

  • Gilan Beltmann Piano fabrikinin 330 nəfərlik öz konsert zalı var. Rəhbərliyin planında  səhvə dözə bilməyən bu tarixi musiqi alətinin qədim yaradılma sənətini gənclərə uğurla öyrətmək üçün Fortepiano Akademiyasını açmaq var.
  • 2008-ci il ilin oktyabr ayında Qəbələdə yeni fabrik inşa ediməyə başlanıldı.
  • Beltmann pianosu  yüksək texniki xarakteristikası ilə tanınmış, 14 min hissələri əl ilə, çox əziyyətlə yığılan bir alətdir.
  • Azərbaycanda bu alət sadəcə gecə dəvətlərinin dəbli bəzəyi deyil, həmçinin o, gənc nəslin mənəvi yükünün vacib tərkib hissəsi statusunu əldə edib.
  • Bizim soydaşlarımız getdikcə daha çox əmin olurlar ki, musiqi ilə məşğul olmaq uşağa mənəvi zəngin, yaradıcı və istedadlı şəxsiyyət kimi böyüməyə kömək edir.

 

MÜSAHİBƏ ÜLVİYYƏ MAHMUDOVA FOTO PƏRVİZ QASIMZADƏ, ÜLVİYYƏ MAHMUDOVA