GƏLƏCƏYƏ ÜMİDLƏ

Sırğalar BVLGARI kolleksiya Bvlgari, saat BVLGARI kolleksiya Serpenti Seduttori, qolbaq BVLGARI kolleksiya Serpenti Viper, boyunbağı BVLGARI kolleksiya Gelati, üzüklər BVLGARI kolleksiya Serpenti Viper və Serpenti Scalia

make-up artist ‒ İlhamə Əliyeva

Ümid nədir? Məncə, bu həmişə mütləq yaxşı nəticələnən hər hansısa sevindirici xəbəri gözləmək, yaxşılığın və ədalətin zəfər çalmasına və ən uzun tunelin sonunda da işığın görsənəcəyinə inanmaqdır. Uşaqlıq həmişə gələcəyə ümidlə baxır. Məhz uşaqlıqda həyatdan həzz almağın, özünə və sabahımızın mütləq bu gündən daha yaxşı, daha parlaq və daha əla olacağına inamın təməli qoyulur. Uşaqların ürəkləri bu dünyaya açıqdır. Ancaq yaşa dolduqca sanki ayağımız yerə basmır, yalnız gözlərimizin görmək istədiklərini görməyə və yalnız məntiqimizə uyğun gələn məlumatları qəbul etməyə başlayırıq. Bu yaxşı şeydirmi? Bəlkə də həyat təcrübəmiz məhz bu cür formalaşır və həyatın hər anını qiymətləndirməli olduğumuzu və bu hədiyyə üçün minnətdar olmağımızı başa düşməyə başlayırıq. Gəncliyimizdə tez-tez həyat üçün risk daşıyan, hətta fizika qanunlarına məhəl qoymayaraq 30 yaşından sonra cəsarət etməyəcəyimiz inanılmaz şeylər edirik. Düşünürəm ki, insan nə qədər ki gəncdir, özünə daha çox inanır, gələcəyə böyük inamla, ümidlə baxır, sabaha və onun dünəndən daha yaxşı olacağından əmin olur! Çox vaxt hər bir uğursuzluqdan sonra bəzən yanımızda bizə ümid verən bir insana – bizə inanan, inam və uğursuzluqdan sonra irəliləməyə davam etmək üçün əlavə güc verən birinə ehtiyacımız olur. Bir şeyi bilirəm ki, həyatda məyus olanda, ümidini itirəndə, Yaxşılığın Pisdən güclü olduğuna inanmayanda və sabahkı gündən qorxanda vəziyyətdən bir müddətlik uzaqlaşmaq lazımdır. Özünüzlə tək qaldığınızda daxilinizə nəzər salmağa və özünüzü anlamağa çalışın. Əminəm ki, həqiqət yoluna məhz bu cür gələcəksiniz: sizi anlayan, dəstəkləyən və ümid verməyi bacaran qəhrəmanınız sizin daxilinizdədir.

Ülviyyə Mahmudova,

baş redaktor