TARİXİ-MƏDƏNİ MİRASI QORUYARAQ

Tbilisinin memarlığı çox unikaldır. Bununla yanaşı Tbilisinin Bakı ilə bənzər tərəfləri çoxdur - xüsusən XIX əsrin binaları ilə əlaqədar olaraq məlumdur ki, Bakıda və Tbilisidə oxşar memarlıq tendensiyaları hökm sürürdü. Hər iki paytaxtın bu unikal memarlıq və mədəni irsinə SOCAR böyük məsuliyyət, hörmət və ehtiyatla yanaşır.

Tbilisidə ofis

2007-ci ildə SOCAR Energy Georgia ofis üçün Tbilisidə bina əldə etdi. Şirkətin əməkdaşlarının yerləşdirilməsi nəzərdə tutulan bina çox köhnə, demək olar ki, qəza vəziyyətində idi. Ancaq binanın tarixi əhəmiyyət daşıdığı açıq-aydın idi, buna görə də onu saxlamağa qərar verildi. SOCAR Energy Georgia binanın memarlıq rekonstruksiyasının ən yaxşı layihəsi üzrə tender elan etdi. Bu tenderi Kobuliya Qardaşları qazandı - onların fikirləri şirkət üçün ən münasibi oldu. Memarlar "Küləklər şəhərinin" ruhunu hiss etmək və bunu konstruksiyada əks etdirmək, bununla da Azərbaycan əməkdaşlarının maksimal dərəcədə alışdıqları, rahat mühiti yaratmaq üçün Bakıya gəlmişdilər. Eyni zamanda bina Bakının simvolunu xatırladır - hər bir Bakılıya dəyərli olan İçərişəhərin qəlbi sayılan - Qız qalasını.

1jp

Həmçinin ofisin yaxınlığında yerləşən, əvvəllər eyni kədərli vəziyyətdə olan 120 illik unikal yaşayış binası da bərpa edildi. Bina şəhərin ətrafından daha yaxşı görünsün deyə, onu 3,5 metr artırmaq qərarına gəldilər. Bundan əlavə, bütün ilkin detalları və formaları qoruyub saxlamaq şərtilə binada rekonstruksiya və möhkəmləndirilmə işləri aparıldı. Layihəyə, bu sahədə ən yaxşılardan biri olan Hollandiyanın "Bresser" şirkəti cəlb edildi. Binada bərpa və tikinti işləri davam edir, lakin gələcəkdə o, 2018-ci ilin ikinci yarısında istismara verilməsi gözlənilən lüks otelə çevrilməlidir.

123

Batumidə ofis

SOCAR Energy Georgia-nın dənizkənarı Batumidəki ofisinin müzakirəsiz Bakı küçəsində açılmasına qərarı verilmişdi. Bakı-Batumi neft marşrutları çoxdan dünya neft tarixinin klassikasına çevrilib, buna görə memarların qarşısına belə bir vəzifə qoyuldu: bina Bakı ilə Batumi arasındakı əlaqəni xatırlatmalıdır. Tikinti üçün daşlar Azərbaycanın paytaxtından gətirilmişdi. Nəticədə, SOCAR Georgia Gas və SOCAR Georgia Petroleum ltd. şirkətlərinin regional nümayəndəlikləri Batuminin tarixi memarlıq ansamblına çox uyğunlaşdı.

socar1

Tbilisidə və Batumidəki, mahiyyət etibarilə SOCAR-ın ikinci bir həyat verdiyi bu iki möhtəşəm tikili artıq bu şəhərlərin əlamətdar abidələrinə çevrilib. Onlar hər kəsdə çox böyük maraq oyadırlar. Bu səbəblə də burada ekskursiya marşrutlarının keçirilməsi ehtimalı müzakirə edilir. Bu da, SOCAR-ın bütün əməkdaşları üçün xüsusi və şübhəsiz ki, layiqli bir fəxrdir.

 socar