PRİORİTET– ENERJİ TƏHLÜKƏSİZLİYİ DİNAMİK ƏMƏKDAŞLIQ

screen_shot_2017-08-29_at_11.43.38_am

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (State Oil Company of Azerbaijan Republic və ya SOCAR) üçün 2005-ci il çox əhəmiyyətli olub: şirkətə perspektivlərin cəsarətli, iddialı və olduqca maraqlı görmə imkanına əsaslanan yeni idarəetmə tərzi gəldi. Bu qeyri-adi görmə imkanı - özülünü hələ ötən yüzilliyin 90-cı illərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin qoyduğu uğurlu strategiyaya yeni bir təkan verdi. SOCAR-ın əsas fəaliyyəti neft və qazın hasilatı, emalı və nəqli, neft və emal olunmuş neft məhsullarının daxili və xarici bazarlarda satışı, habelə Azərbaycan sənayesinin və əhalisinin təbii qazla təchizatıdır. SOCAR-ın iştirakı ilə yaradılan birgə müəssisələr (Gürcüstan və Türkiyə daxil olmaqla), konsorsiumlar və əməliyyat şirkətləri müxtəlif sahələrdə sahibkarlıq fəaliyyətini həyata keçirirlər. SOCAR-ın Gürcüstan, Türkiyə, Rumıniya, Avstriya, İsveçrə, Nigeriya, Sinqapur, Vyetnam və digər ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir.

SOCAR Gürcüstandakı fəaliyyətinə "SOCAR Energy Georgia" müəssisəsini yaradaraq 2006-cı il 29 sentyabr tarixində başlamışdır.

Hazırda SOCAR-ın 55 min nəfər Azərbaycanda, 12 mindən artıq isə 15 ölkədə işçisi var.

screen_shot_2017-08-29_at_11.43.01_am

 Beynəlxalq brend

SOCAR-ın inkişafı üçün olan perspektiv planları onun beynəlxalq (qlobal) bazara çıxışını və dünya miqyasını əhatə etməsini nəzərə tutur. Əvvəlki dövrdə şirkət bu istiqamətdə müəyyən nəticələrə nail ola bilib: Azərbaycan və Gürcüstanı birləşdirən Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri çəkilmiş və üçüncü boru kəmərinin istifadəyə buraxılması yönündə hazırlıqlar aparılmışdır. Ölkələrimiz arasında əsrlərdən bəri dostcasına qonşuluq, qardaşlıq əlaqələri SOCAR-ın Gürcüstan bazarı ilə yaxınlaşması üçün həlledici amil olmuşdur. Bu gün, demək olar ki, SOCAR-ın beynəlxalq brend kimi inkişafı tam olaraq Gürcüstanla başlayıb. Azərbaycan onun strateji tərəfdaşı olaraq, eyni zamanda Gürcüstanda yaşayan etnik Azərbaycanlılara yardım göstərməyə çalışdı. Bu ölkənin hakimiyyəti ilə birlikdə onların Gürcüstan cəmiyyətinə inteqrasiya etmələrinə kömək edirdi. Bu vəzifənin uğurla həll olunduğunu inamla bildirmək olar. Gürcüstanın enerji təhlükəsizliyinə gəldikdə isə, bu “SOCAR Energy Georgia”-nın fəaliyyəti sayəsində yüksək səviyyədə təmin olunub. Bu barədə ölkəmizin prezidenti İlham Əliyev dəfələrlə bildirib, o cümlədən, bu yaxınlarda Gürcüstana rəsmi səfəri zamanı da qeyd edib.

screen_shot_2017-08-29_at_11.43.21_am

İlk YDM

İlk vaxtlarda Gürcüstana neft məhsullarının satışı üçün yanacaqdoldurma məntəqələri şəbəkəsi lazım idi. Şirkətin ilk yanacaqdoldurma məntəqəsinin açıldığı Rustavi şəhəri Azərbaycan və Gürcüstanı birləşdirən yolda yerləşir. Bu da şirkətin gələcək layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır. SOCAR Georgia Petroleum ltd qrupunun İlk YDM-si 2008-ci ilin 25 aprel tarixində Rustavi şəhərində açılıb, bu gün isə SOCAR-ın qaz stansiyaları daxil olmaqla 120 məntəqəsindən ibarət şəbəkəsi Stepantsminda və Mestia kimi yüksək dağlıq kəndlərə çataraq bütün Gürcüstanı əhatə edir. Şirkət tərəfindən Tbilisi-Qori sürətli magistral yolunda müasir çoxfunksiyalı obyekt inşa edilib. Bununla yanaşı, "SOCAR Energy Georgia" Terjolada, yeni inşa olunmuş yolda eyni infrastrukturun qurulması üzrə tenderdə qalib gəlib. Bu da onun strategiyasının sadəcə bir hissəsidir.

SOCAR Georgia Petroleum

 Bu şirkət öz strukturunu daim inkişaf etdirir və təkmilləşdirir. Bu gün burada 1400-dən çox işçi çalışır. Gürcüstanda yanacaqdoldurma məntəqələrinin şəbəkəsi 7 sıxılmış təbii qaz stansiyası və 21 birləşdirilmiş - mayeləşdirilmiş təbii qaz və benzin stansiyaları daxil olmaqla 89 stansiyadan ibarətdir. Gürcüstan ərazisində neftin saxlanılması üçün optimal yerlərə malik olan altı anbar yaradılmışdır. Kartların və kuponların rahat istifadəsini təmin etmək üçün SOCAR Georgia Petroleum Gürcüstanda eyni zamanda 20 servis mərkəzini idarə edir: bunlardan səkkizi Tbilisidə, qalanları isə Batumi, Poti, Gonio, Telavi, Marneuli, Zuqdidi, Özürgeti, Qori, Urbnisi, Rustavi, Xaşuri və Kutaisi regionlarında yerləşir. SOCAR Georgia Petroleum tərəfindən Urbnisidə (SOCAR-Goodwill) və Batumidə (SOCAR-McDonald's) inşa edilən çoxfunksiyalı komplekslər maraqlı dizayna görə çox sayda beynəlxalq mükafatlara layiq görülmüşdür. Hətta nüfuzlu "The Telegraph" jurnalı Batumidəki SOCAR-McDonald's binasını dünyada ən gözəl YDM onluğuna daxil edib.

screen_shot_2017-08-29_at_11.45.37_am

 SOCAR Georgia Gas

 SOCAR-ın "SOCAR Georgia Gas" qrupuna bağlı Gürcüstandakı "SOCAR Georgia Gas" MMC, SOCAR Georgia Gas Distribution QC və "SAKORGGAZI" QC saflaşdırma şirkətləridir. Qurumun əsas fəaliyyət istiqamətləri belədir: təbii qazın idxalı və satışı; əhalini təbii qazla təmin edilməsi; qaz paylama şəbəkələrinin tikintisi, reabilitasiyası və istismarı. SOCAR Georgia Gas qrupu - Gürcüstanda ən böyük işlə təmin edən müəssisələrindən biridir (2200 işçi).

SOCAR Energy Georgia komandası

Bu ilin ortalarında SOCAR "SOCAR Energy Georgia" müəssisəsinin nəzarət payını 51%-dən 67,34% artırmışdır. Müəssisənin səhmdarları - SOCAR, Intersun Holding FZCO və Heritage General Trading FZE. Hər hansı bir müəssisənin və ya təşkilatın uğurlu inkişafı hər zaman savadlı, peşəkar rəhbərliklə bağlıdır. "Komandanın müvəffəqiyyəti üçün elə bir mühit yaratmaq vacibdir ki, hər bir üzv öz qabiliyyətini göstərə bilsin" - "SOCAR Energy Georgia"-nın baş direktoru Mahir Məmmədov belə hesab edir. Bu konsepsiyadan nəticə çıxararaq, inamla demək olar ki, bu gün şirkətdə, "SOCAR Energy Georgia"-nın həyata keçirdiyi və keçirməyə davam etdiyi tarixi missiyasını, şirkətin məqsədlərini dəqiqliklə dərk edən, müstəqil, düşüncəli insanlar var. "Mən komandam ilə qürur duyuram! Ən əhəmiyyətlisi - o, daim inkişaf edir və təkmilləşir, - deyərək Mahir Məmmədov əlavə edir. – Belə işçilər olduqda, hər bir məsələni həll etmək mümkündür!”. Onun baş menecer kimi müvəffəqiyyətinin formulası haqqında suala Mahir Məmmədov belə cavab verdi: "Mənim müvəffəqiyyətimin formulası üç faktordan ibarətdir - müasirlik, sabit iş rejimində olmaq və insanlara qayğı göstərmək. İnsanları heç vaxt unutmaq olmaz".

 Mahir Məmmədov Gürcüstandakı həyat haqqında

«Gürcüstanla əlaqəm hələ 1993-cü ildə başlayıb: mənim bioqrafiyamda Azərbaycanın neft məhsullarını Gürcüstana tədarük etdiyim bir dövr var idi. Hələ o zamanlardan bu ölkə ilə çox sıx əlaqələrim yarandı: mən işlə bağlı demək olar ki, hər ay ora gedirdim. Mən Gürcüstana məftun oldum, onu sevməyə indi də davam edirəm və burada keçirdiyim hər bir gündən böyük zövq alıram! Mənim üçün, Gürcüstanın mədəniyyəti çox orqanikdir, mən ona yaxşı bələdəm, onu anlayıram və hiss edirəm. Bəzi cəhətlərdə bir-birinə çox yaxın olan Gürcüstan və Azərbaycan mədəniyyətlərinin müxtəlifliyinə heyranam, baxmayaraq ki, başqa amillərdə çox əhəmiyyətli fərqləri qoruyub saxlayırlar. Mənim fikrimcə, məhz bu mədəni bənzərliklər və fərqlər Azərbaycan-Gürcüstan dostluğunu bu qədər xüsusi - nümunəvi və sarsılmaz edir. Bu da çox vacibdir: həm Azərbaycanda, həm də Gürcüstanda insanlar bu dostluğu dərk edir və qədrini bilirlər. Düşünürəm ki, bütün bunları mənimsəmişəm, buna görə də Gürcüstanda keçirdiyim hər günü bir qurtum oksigen kimi, bir mükafat kimi qəbul edirəm ...”.

screen_shot_2017-08-29_at_11.44.17_am

 Layiqli qiymətləndirmə

Onillik müvəffəqiyyətli fəaliyyəti zamanı şirkət gürcü və beynəlxalq təşkilatlardan sertifikatlar və diplomlar ilə təltif olunub. Burada onlardan ən diqqətəlayiqlərini sadalayaq: – Neft Məhsulları İstehsalçıları Birliyindən, Gürcüstanın idxalatçı və İstehlakçılarından: "Neft sənayesində Gürcüstanın dövlət büdcəsində ən böyük vergi ödəyicisi", "Gürcüstanda ən böyük investor olan Neft şirkəti", “Ən qayğıkeş şirkət”, “Ən yaxşı infrastruktura malik yanacaqdoldurma məntəqələri şəbəkəsi”, “Xeyriyyə şirkəti”;

– “Sənaye lideri” nominasiyasında National Business Awards; beynəlxalq miqyasda:

– ERA Century International Quality ERA, mart 2011-ci il;

– “Keyfiyyət və biznes prestij ” (Berlin, 18 aprel 2011-ci il);

– "FORNOVOGAS" İtalyan şirkətinin mükafatı “Ən yaxşı stansiyanın sahibi CNG 2014”;

– keyfiyyət sertifikatı ISO 9001: 2008 (May 2011-ci il.).

2016-cı ilin sonunda Georgian Times media-holdinqi, o cümlədən, bazar və ictimai fikirlərin araşdırmaları üzrə GORBI şirkəti Tbilisidə ilin nəticələrinə əsasən biznes-reytinqli mükafatların təqdim etmə mərasimini keçirdilər. SOCAR Georgia Petroleum "Gürcüstanın dövlət büdcəsinə ən yaxşı vergi ödəyicisi", "Ən yaxşı yanacaq doldurma məntəqəyə və ən yaxşı infrastruktura malik olan şirkət", "Ən böyük işəgötürən şirkət"   nominasiyalarında mükafatlara layiq görülüb; SOCAR Georgia Gaz qrupu "Ən yaxşı inkişaf strategiyası", "Ən yaxşı xidmət", "Ən yenilikçi şirkət" nominasiyalarında qalib olub, Qara dəniz sahilindəki SOCAR-a məxsus "Black Sea Terminal" Kulevi terminalı "İlin investoru" elan edilib. Səs çoxluğu ilə "SOCAR Georgia Petroleum" şirkəti bu müsabiqənin Grand Prisinə layiq görülüb.

screen_shot_2017-08-29_at_11.53.05_am

Əlavə edək ki, Batumidə (Acarıstan Muxtar Respublikası) və Qoridə (Şida Kartli bölgəsi) yerləşən yanacaqdoldurma məntəqələri Quartz internet nəşrinin versiyasına əsasən ən yaxşı YDM onluğuna daxil olublar.

 Yaxın dövrün planları

Azərbaycan və Gürcüstan arasında neft və enerji sahəsində strateji tərəfdaşlıq uzunmüddətli perspektivdə nəzərdə tutulub. Şirkət artıq "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinə yaxınlaşdı. "Şahdəniz-2" istismara verildikdən sonra SOCAR-ın 2-ci missiyası daha çoxyönlü, eyni zamanda daha məsuliyyətli olacaq. Hələlik isə şirkətin fəaliyyəti hələ də yanacaqdoldurma məntəqələrinin şəbəkəsinin bundan sonra da mühüm dərəcədə inkişafı və Gürcüstanın qazlaşdırılmasının başa çatması ilə bağlıdır. Xüsusilə, bu Qırmızı Körpüdən Sarpi sərhəddinə qədər olan hissəyə aid olacaq - SOCAR-ın layihələrində, bu yolun gücləndirilməsi və genişləndirilməsi nəzərdə tutulub. Paralel olaraq, həmişə olduğu kimi, şirkət maraqlı, sosial əhəmiyyətli layihələrdə və yeni faydalı təşəbbüslərdə fəal iştirak etməyə davam edəcək.

screen_shot_2017-08-29_at_11.55.20_am