NARGIS for ECO

Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən "Yaşıl Şəbəkə" hərəkatının eko-klublarının dəstəyi ilə keçirilən "Nargis for Eco" layihəsi davam edir. 

 

Fevralın 28-də Nargis komandası iki məktəbi ziyarət etdi: Bakı Slavyan Universitetinin məktəb-lisey tədris kompleksi və 160№-li Klassik gimnaziyanı.

 

Bakı Slavyan Universitetinin məktəb-liseyinin şagirdləri Rəşad Ələkbərovun master-klassında fəal iştirak etdilər. Onlar öz biliklərini bölüşdülər, rəssama maraqlı suallar verdilər və sonda eko-işlərini nümayiş etdirdilər.

160№-li Klassik gimnaziyanın istedadlı məktəbli qızları qonaqlara tam bir moda nümayişi təqdim etdilər! Onlar emal olunmuş materiallardan libaslar hazırladılar: polietilen paketlərdən dəbli ətəklər və paltarlar, kağız korsetlər... Bütün bunlar lazımsız, istifadə olunmuş materiallardan hazırlanmış aksessuarlarla zərif şəkildə tamamlandı.