Zeynəb Cahan: Həsən Haqverdiyev «DAVAM»

Əziz Oxucu! Həsən Haqverdiyevi kəşf etmək üçün səni bu gün muzeyə dəvət edirəm.

Əminəm ki, bir çoxunuz onun oğlanları Ucalın (kimin ki, əsərləri nəinki doğma şəhərimizdə, həm də Finlandiya, Norveç və Rusiyada məşhurdur), həmçinin istedadlı heykəltəraş Hüseynin yaradıcılığı ilə tanışsınız. Lakin sizin diqqətinizi böyük Haqverdiyevə yönəltməq istəyirəm - onun "DAVAM" adlı sərgisinin açılışı bu yaxınlarda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilmiş Muzey Mərkəzində keçirilib. 

_mg_1547

Həsən Haqverdiyev 1917-ci ildə Mamağan şəhərində (Cənubi Azərbaycan) anadan olub, Əzim Əzimzadə adına bədii məktəbi bitirib. Onun mürəkkəb həyat yolu Alman hərbi əsirliyi, QULAQ düşərgəsi və sovet əsgəri kimi rəssamın payına düşən digər müsibətlərlə bağlıdır. Buna baxmayaraq onun yaradıcılığında müharibənin və ya düşərgələrin ağrı və qaranlığını heç də əks olunmur. Əksinə, müğənnilər, aktyorlar, rəssamlar, rəqqaslar və gündəlik, rəngarəng həyatın səhnəsində olan sadə insanlar onun rəsmlərinin qəhrəmanları olub. 

 

Sərgi Haqverdievin bir tərəfdən bir-birinə bənzəməyən işlərinin silsiləsi ilə, lakin digər tərəfdən onun ciddi tərzininin açıq şəkildə varlığı ilə maraq oyadır. Beləliklə, ziyarətçi ilk olaraq onun məşhur insanların və peşələrinin karikaturada təsvir olunmuş şarj dünyasına qərq olacaq. Sonra isə əməkçinin iş başında, yaxud sovet dövründə "siesta"da təsvir olunmuş sosial realizm tərzində gözəl silsilə işlərinə keçid edir. Sərgiyə səyahət edərkən siz tədricən onun "DAVAM" adlanmasının mənasını anlayırsınız - onun nəslinin işlərinə verilən dəyər. Haqverdiev, uşaqlarını, onların işlərini, həmçinin onların da uşaqlarını erkən yaşlarda sənətə cəlb edib. Siz xoş təəcüblə bunu ekspozisiyanın sonunda tapa biləcəksiniz.

img_1531

img_1530

Haqverdiyev bizi kifayət qədər çoxdan tərk edib. Lakin bizə onun "davamı" və onun unudulmaz işlərinin timsalında möhtəşəm suveniri qalıb.