Her Story: Tanışlıq

Azərbaycan tarixi - ilk növbədə həyat yolu bu gün bizim sizinlə yaşadığımız dünyanı yaradan və inkişaf etdirən canlı insanların tarixidir. Azərbaycan - Şərq ölkəsidir və bizim sizinlə həmvətənlərimiz uzun zaman və ilhamla azadlıq, sevdiyi işlə məşğul olmaq, öz həyatını müstəqil şəkildə qurmaq uğrunda mübarizə aparıblar. Bu gün Nargis'in oxucularını Arzu Cahid ilə tanış etmək istəyirik. O, öz  HerStory bloqunda Azərbaycan tarixində parlaq və istedadlı qadınların taleyindən bəhs edəcək. Artıq hər həftə Arzu onları Nargis ilə də paylaşacaq.

screen_shot_2017-11-06_at_10.32.18

Arzu, bloqunuz haqqında bizə məlumat verin. Bunu yaratmağa sizə nə ilham verdi?

Hələ məktəb dövründə mən dekabristlərin həyat yoldaşlarının taleyi və hekayələri ilə maraqlanırdım. İllər sonra gözümün qabağına böyük şair Mikayıl Muşviqin həyat yoldaşı Dilbər gəldikdə məni bir fikir düşündürməyə başladı. Tariximizdə mürəkkəb yol keçən, yorulmayan və ölkəmizin zahiri görünüşünü dəyişən nə qədər çox qadın olub, lakin onlar haqqında çox az məlumatımız var. Haqqlarında yazdığım qəhrəmanlar daha çox kadr arxasında qalırlar, mən də onların hekayələrini ön plana çəkmək və oxucuya çatdırmaq istədim. Elə əslində bu da mənə ilham verdi.

Elə təəssürat yaranır ki, sizin tarix təhsiliniz var?

Xeyr, mən daim tarixlə yalnız maraqlanmışam və köhnə ağ-qara foto şəkillərə həyəcanla baxmışam. Əslində mən Qarabağlıyam, ancaq 9 il bundan əvvəl qayıtdığım Bakıda anadan olmuşam. Moskvada böyümüşəm, orada xarici dillər gimnaziyasında təhsil almışam. Lomonosov adına MDU-nun Bakı filialında filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Hazırda ikinci təhsilimi alıram. Rus, ingilis və ispan dillərində danışıram. Ailəmdə təhsil həmişə prioritet olub və "tramvay donub, piyada gedirəm" üslubunda hekayələr məktəb yolunda gedən mənə və bacılarıma aiddir. Heç vaxt peşəkar səviyyədə yazmamışam, əvvəllər öz mətnlərimi qorxunc dərəcədə sevmirdim. Ancaq 6 il filologiya təhsili özünü büruzə verdi. Hətta indi özümə bir yazıçı və ya jurnalist deməyə cürət etmirəm, çox böyük müəlliflərin əsərlərini oxumuşam, özümü onlarla bir səviyyəyə qoymağa ixtiyarım yoxdur. Bu gün tarix mənim həyatımda çox əhəmiyyətli bir yer tutur.

Sizin üçün tədqiqat və axtarış zamanı yaranan Azərbaycan qadının obrazı - necədir?

Bu qadınların arxasında çətin bir tarixi yol var. Dünən çadraya bürünən qadınlar, sabah evlərində kurslar təşkil etdilər və maariflənmə ilə məşğul oldular. Bizim qadınlar - ilk səs vermək hüququ əldə edən zərif cinsin nümayəndələridir, müsəlman Şərqindəki ilk tələbələr, müəllimlər, elmi dərəcə sahibləri, opera müğənniləri və aktrisalardırlar.

img_5496_

İllər keçdikdən sonra Sizcə bu obraz nə qədər dəyişib? Bəs bu gün Azərbaycan qadınını necə görürsünüz?

Hətta bu gün bizim qadınların özlərinə ilk dəfə olaraq yol açmağa məcbur olduqları sahələr var. Amma məncə, ümumiyyətlə, hər şey eyni qalıb. O, bu gün də təhsilin, daha yaxşı, xoşbəxt və sağlam həyat fürsətinin arxasında mətanətlə dayanır. O, həmçinin peşəkar, çox vaxt da ictimai fəaliyyətlərini şəxsi sahəsi ilə birləşdirir. Bu gün qadın özünə daha çox güvənir, nə istədiyini və bunun üçün nə etməsi lazım olduğunu bilir. Hətta bilməsə belə, həmişə yol göstərəcək və məsləhət verə biləcək birini tapmaq olar.

Sevdiyiniz tarixi qəhrəman varmı? Hekayəsinin qəlbinizə ən çox toxunduğu bir qəhrəman?

Ümumilikdə hekayələr çox vaxt kədərli olur. Başqa birinin həyatını nəzərə almamağı öyrənməmişəm və dərdinə şərik olmaya bilmirəm. Xüsusilə Sovet dövründə qadınlar sürgünə göndərilirdi, təzyiqlərə məruz qalırdılar, bəziləri isə ən yüksək ciddiliklə məhkum edilirdi. Əlbəttə, onlar intriqa və dedi-qodu qurbanları idilər, bir çoxları ölümdən sonra bəraət qazanmışdı. Sadəcə birini seçmək olmur, oxuduğumun və öyrəndiyimin təsiri altında həftələrlə gəzə bilərəm.

Nargis'in oxucusuna nəyi göstərmək və nə demək istəyirsiniz?

Mən qadın prizmasından ölkənin tarixini göstərmək istəyirəm. Mən canlı hekayələrdən bəhs etmək, qabaqcıl qadınların keçdiyi yolu göstərmək istəyirəm. İnanıram ki, insan - özündə daşıdığı müxtəlif görüşlərin və hekayələrin birləşməsidir. Əgər kimsə növbəti hekayəni oxuduqdan sonra irəliləmək üçün özündə güc tapsa və təslim olmasa deməli bu nəşrlərin məqsədi "mükəmməl" olaraq yerinə yetirilib.

 

Arzu Cahid