Her Story: Azərbaycanlı Fransız yazıçısının hekayəsi

Gəlin hekayəmizə o illər Azərbaycan üçün adi sayılan hadisə ilə başlayaq - onların həyətində qara qızıl fontan vurmuşdu. Sərvət, xarici mürəbbiyələr və müəllimlər, ən gözəl libaslar və səyahətlər. Qəhrəmanımızın babası Əsədullayev soyadı ilə "Allahın sevimlisi" oldu, təkcə soyadının tərcüməsinə görə deyil. 4 qızdan ən kiçiyi olan o, 1905-ci ildə anadan oldu. Doğum zamanı anası vəfat etdi. Adətən ailələrdə ən kiçik uşaq ərköyün və kaprizli olur, lakin onun əhvalatında bu belə olmadı.

337px-banin-2

Ümm-Əl-Banu Mirzə qızı Əsədullayeva

17-ci ilin İnqilabı - var-dövlət əldən çıxıb, hətta atası həbsxanaya düşüb. Faciəli hadisələrdən əvvəl ailənin bir hissəsi təsadüfən Fransaya gedir. Banin (o, kitablarını məhz belə imzalayırdı), bu qəribə tarixi zamanda Bakıda qalır. Öz yaşadığı küçənin xaricinə çıxmadığı halda, o, üç ölkənin vətəndaşı olur: Rusiya İmperiyasının, Azərbaycan Demokratik Respublikası və nəhayət Sovet İttifaqının. Yalnız 1924-cü ildə Banin Parisə yerləşməyə nail olur.

İttifaqın mühacirləri "çamadan" əhval-ruhiyyəsi ilə yaşayırdılar - düşünürdülər ki, bu gün və ya sabah geri dönəcəklər. Banin isə xəyal qurmur və hərəkətə keçir. Heç nəyi olmayan və hər şeyi olan keçmiş milyonçu Fransız şirkətində işə düzəlir, dizayner evlərinə düşür, model işləyir, mətnlər tərcümə edir. Yeri gəlmişkən, ata evində aldığı əla təhsil ona tez bir zamanda yeni həyatında ayağa qalxmağa kömək edəcək.

Onun mühacirliyə qədər olan həyatı tərcümələrini tapa biləcəyiniz "Qafqaz Günləri" memuarında açıq-aydın təsvir edilmişdir. Kitab 45-ci ildə işıq üzü görüb. Bu kitabın onun qələmi ilə yazılan ilk əsər olmamasına baxmayaraq, bu səhifələrdən sonra sirli müsəlman qadın məşhur olaraq oyanır. Fransa hər zaman nadir və təəccüblü şeyləri məmnuniyyətlə qəbul edib. Fransa eyni zamanda onun kitablarını da qəbul etdi. Kitab ardınca kitab, onun adı var, onu yüksək dairələrdə qəbul edirlər - məgər bu uğur deyil?

Çıxışı pis zamana rast gələn ilk işi Alman zabiti, yazıçısı və mütəfəkkiri tərəfindən fərq ediləcək. Onların dostluğu və münasibətləri haqqında o, "Ernst Junger ilə görüş" kitabında bəhs edəcək. Onun bütün həyatı - mütləq uğur qazanacağı növbəti kitabının yazıları üçün taleyin hədiyyəsidir.

Bir dəfə, onu cürbəcür yollarla "öz" mühacirlər dəstəsinə çəkməyə çalışan rəfiqəsinin evində onun fotoşəklini görəcək. Bu şəxsin siması onun diqqətini cəlb edəcək. Ev sahibəsi onların tanışlığını təxirə salmayacaq, o isə ilk baxışdan ona dəlicəsinə aşiq olacaq.

banin

Sözü gedən Nobel mükafatçısı İvan Bunin nəinki Parisdə, düz Baninin yaxınlığında yaşayırdı. O, onunla görüşlər axtaracaq, ziyarət edəcək, “Şamaxı çariçasını” məftun etməyə çalışacaq (bu arada o, Şamaxıda doğulub). Onlar saatlarla söhbət, mübahisə edə bilərdilər, lakin Baninin qəlbinin qapıları heç vaxt ona açılmayacaq. 3 ay baş verən görüşlər, ancaq müvəffəqiyyətsiz nəticə. Bunin, hər bir şeyə özünün nail olduğu, ağlı və istedadı ilə əldə etdiyi Baninin müstəqilliyini rədd edirdi. Banin belə bir şeyi qəbul edə bilməzdi. Bunin isə onu rədd edilməsini, onu anlamamasını, ona diktə edilməsini, incidilməsini qəbul edə bilmirdi. O, öz əsərlərində - taleyi idarə edən, həyat arabasının haraya gedəcəyini qərar verən biri idi. Lakin hansısa "canım" (Banini belə çağırardı) buna imkan vermir. Onun Rus, hüdudsuz qəlbinin böyük qüdrətini anlamır. Onu yazıçı, nəsr yaradıcısı kimi qəbul etmir. Bu dəfə deyil. Banin, "Zaman və biz" jurnalında onun üçün də hissələrlə sətirlər dərc etməyə başlayacaq. Yüksək səsli sətirlərə belə başlıq verəcək: "Buninin son döyüşü".

Qarabağ müharibəsi illərində, Azərbaycan informasiyadan təcrid olunduqda, o, bu münaqişə ilə bağlı jurnallara və qəzetlərə tez-tez çoxlu məqalələr göndərirdi. "Mən hər şeyin şahidi olmuşam, mən 1905-ci ildə anadan olmuşam" - deyirdi, onun üçün isə bütün qapılar açıq idi.

banin-1986-3

Banin dünya insanı idi. Onun üçün hansı ölkədən olduğu, haradan gəldiyi və nə yaşadığı vacib idi. Fərdilik – budur, onun üçün insan obrazının apogeyi. Budur, onun üçün ən vacib olan. O, qorxusuz idi, özünəməxsus söz söyləməkdən çəkinmirdi, onun hər bir şey üçün öz fikri var idi və əlbəttə ki, Azərbaycanın hələ də araşdırmalı olduğu böyük tarixi irs buraxmış nəhəng bir ədəbi qabiliyyətə sahib idi.

Mətn: Arzu Cahid