Her Story: Dahi generalın və Nigar xanımın sevgi hekayəsi

Nigar tanınmış və çox təhsilli dini xadim Mirzə Hüseyn Əfəndi Qaibovun evində dünyaya gələcək. Mirzə Hüseyn, bütün həyatını qadınların təhsil almaq hüququnu müdafiə edərək, elm və maarifçiliyə həsr edəcəkdir. "Şəriətdə belə bir qadağa yoxdur" - deyərək o, təkrarlayır və iki qızına o dövrdə verilə biləcək ən yaxşı təhsili verir.

Qızları onu yanıltmır. Onlar nəinki təhsil alıb bir neçə xarici dilə sərbəst yiyələnmişdilər, həm də Azərbaycanın tarixində ölkənin inkişafına mühüm töhfələr bəxş etmiş ən qabaqcıl qadınlardan olmuşdular. Amma bu gün biz məhz Nigar haqqında danışacağıq.

nigar_shikhlinskaya

Hər şeyin öz vaxtı var və hansısa bir məqamda Nigar ürəyində başqa birinin adını daşıdığına baxmayaraq, valideynlərinin qərarına qarşı çıxmağa cəsarət edə bilməyəcək. Daha sonra müfti niyə Nigar və Əliağanın bir-birinə çoxdan aşiq olduqlarını bilməsinə, ailələrin çox yaxın olmasına, bu gəncin nə kimi qüsurunun olduğunu və Əli Ağanın təhsilinin davam etməsində məhz Hüseyn Əfəndinin yardımına baxmayaraq qızını sevmədiyi birinə ərə verdiyini soruşduqda, atası cavab verir: "Əli Ağa ağıllı və istedadlıdır, amma o hərbiçidir - bu gün o, bir şəhərdə, sabah isə başqa bir şəhərdə yaşayacaq. O, öz səadətini hər yerdə tapa bilər. Mən Nigarı gözümün nuru kimi sevirəm. O, mənim işlərimdə köməkçimdir. Onu gözümdən uzağa buraxa bilmərəm, qızımın yad şəhərlərdə, başqa dinə mənsub olanların arasında yaşamasını istəmirəm". Əlbəttə ki, bunların hamısı bəhanə idi, axı evlənmək istəyən oğlanın ailəsi onları rahat buraxmırdı, halbuki Nigarın anası qızının ürəyinin başqa birinə aid olduğu barədə onları xəbərdar edirdi: "o, zabitdir, biz onun geri qayıtmasını gözləyirik". "Xeyr, onu oğluma alacam" - deyərək oğlanın anası başqa şey eşitmək istəmir. Onlar balaca adamlar deyildi, imtina etmək mümkünsüz idi. Nigar tanınmış gürcü ailəsindən olan Dərviş bəy Pələvəndovla ailə qurur. Taleyin isə öz planları var idi. Həyat yoldaşı onu həmişəlik olaraq tərk edəcək, öz doğma əmisi isə yeganə oğlunu oğurlayıb Türkiyəyə aparacaq, orada taleyin dəhşətli ssenarisi üzrə onlar ikisi də xəstələnəcək və oğlu 9 yaşına çatmadan gözlərini dünyaya əbədi olaraq bağlayacaq...

Səhnəyə onun ilk məhəbbəti, artıq "Artilleriyanın tanrısı" ləqəbli general - Əli Ağa Şıxlinski qayıdır.

250px-shikhlinski_a._1917

Çar generalı, həm də müşaviri olan Əli Ağanın axsadığını görür və onu Yessentukiyə altı aylıq müalicəyə göndərir. Əli Ağa gücünü 2 aya bərpa edir, amma vurulmuş zərbədən sonra doğma torpaqlarına qayıtmaq istəmir, 4 ayı necəsə keçirmək lazım gəlir. Qazaxda onu təmtəraqla qarşılayırlar, hər gün birinin evində qonaq olur və birdən onu görür... Onun Nigarı atasının evinə geri dönüb. Dəqiq məlumdur ki, Əli Ağanın bir çox qohumları onun dul qadınla evlənmək istədiyini öyrəndikdə olduqca narazı idilər. Parlaq karyera qurmuş varlı adam... Ona evlənmək üçün ən titullu və gözəl xanımları təklif edirdilər. Ancaq Əli Ağanı fikrindən daşındırmaq mümkün deyildi. "Nigar mənim ilk məhəbbətimdir, ilk arzumdur. Dünya alt-üst olsa da, mən onunla evlənəcəm. O ki qaldı gənc qız və ya dul olmasına - mənim üçün hər biri məqbuldur. Yetər ki ilk məhəbbətim Nigar olsun" - Əli Ağa bildirdi.

200px-shikhlinskaya_nigyar_hanum_1914

O, həyat yoldaşının arxasında yox, yanında durur və var gücü ilə I Dünya müharibəsi zamanı döyüşlərdə yaralananlara kömək etmək üçün əlindən gələn hər şeyi etməyə çalışır. Nigar Şıxlinskaya, Azərbaycanın ilk şəfqət bacısı, I Dünya müharibəsi zamanı Qırmızı Xaç tərkibində zabit artilleriya məktəbinin qadın komitəsi Xəstəxanasının sədri olacaq. Əsgərlər ona nəvazişlə "ana" deyirlər, yaralıları müalicə etdikləri klinikanı isə "Şıxlinskaya klinikası" adlandırırlar. Olduqca çox işinin olmasına baxmayaraq, Nigar xanım əsgərlərin adından qohumlarına məktublar yazır. Həm də yaralıların kim olduğundan asılı olaraq - rus, kazak və ya kazan tatarı və s. - onun danışdığı dildə yazır.

weocdfhv4xm

Bir dəfə o, zabit qatarında tək-tənha yol gedir, kupeyə zabitlər və polkovniklər daxil olurlar. Bir qadının Dostoyevski oxuduğunu görəndə istehza ilə fransız dilində deyirlər: "Bu qaralar rus dilini bilməklə özlərinə fəxr hesab edirlər. Bu onlar üçün elmin zirvəsidir". Nigar xanım susur. Çatdıqlarında, perronda generalı görürlər və qorxu içində hər şeyi başa düşürlər. Nigar xanım ayağa qalxır və onu təhqir edənlərə təmiz fransız dilində deyir (o isə vaxtilə Baudelaire'nin poeziyasını tərcümə etmişdir): "Cənab zabitlər, sizin davranışınız heç zabitə yaraşan bir davranış deyildi." Və əlavə edir "Bu söhbət kupedə qalacaq. Sağolun." 

Ömrü boyu paqon geyinən, savaşlar və döyüşlər görən biri, ölümün gözünün içinə baxan 47 yaşlı bir kişi Nigar xanımın şərəfinə çox zərif bir şeir yazacaq, 1948-ci ildə Üzeyir Hacıbəyov isə bu sözlərə romans bəstələyəcək - çox təəssüf ki, başa çatdıra bilməyəcək…

tf_shikhlinski

Tale onlara uşaq nəsib etməsə də, onlar iki onillik ərzində çiyin-çiyinə, əl-ələ ömür sürdülər. Əli Ağa öz memuarlarında yazacaq: "Bizim sevincli səmamızda bir qara bulud belə olmayıb... Həyatımın ən xoşbəxt vaxtı, çətin dövrlərə baxmayaraq Nigar xanımla birlikdə yaşadığım 22 il olub. Onun ölümü mənim üçün həyatın ən güclü zərbəsi idi, həyatımda olan bütün gözəlliklər onunla getdi..."

11 il ərzində hər cümə axşamı onu ziyarət edəcək və sevdiyi qadının yanında dəfn edilməyi vəsiyyət edəcək. 

 

Mətn: Arzu Cahid