ZEYNƏB CAHAN: BƏS BAKI ŞƏHƏR GÜNÜNÜ QEYD EDİR?

Mən oxucuya "Şəhər gününü" necə və ilin hansı fəslində keçirmək istəyər, ya da ümumiyyətlə keçirmək istəyərmi sualı ilə müraciət edirəm. Şəhər günü nədir? Yaranma tarixi nə vaxtdır? Bu, bir qayda olaraq bazar günü və ya bir neçə həftə sonları keçirilən böyük tarixi şəhərlərin hər il qeyd etdiyi bayramdır.

İtaliyanın Toskana əyalətində yerləşən Piza şəhəri "Şəhər gününü" kostyumlu parad ilə qeyd edir. Tarixi personajların geyimlərini geyinən yüzlərlə insan Möcüzələr Meydanına Maskarad Balına gəlir. Bənzər kostyum paradı, daha doğrusu futbol paradı İtaliyanın başqa bir mədəniyyət şəhərində, Florensiyada keçirilir. Bu parad elə florensiya futbolu paradı adlanır. Burada şəhər günü 24 iyunda, şəhərin himayədarı Müqəddəs İoannın doğum günündə qeyd olunur. 

 img_6364

Latviyanın Riqa şəhərində "Şəhər günü" iki gün qeyd olunur. Birinci gün şəhər əhalisi "Okarte" gecə qaçış yarışı - bir növ 5 km məsafəlik marafon keçirir. İkinci gün isə riqalılar bütün şəhərin təşkil etdiyi dəniz kənarı banketdə əvvəlki gün yandırılmış kaloriləri bərpa edirlər! 

2094930 

Qədim Yunanıstan dövründən adını qoruyan köhnə Feodosia şəhəri "Şəhər gününü" öz yerliləri marinist rəssam İvan Ayvazovskinin doğum günü qeyd edir. Bu il Feodosiya şəhərinin 2547 yaşı tamam olur!

Şəhər Günü bayramı ilə bağlı çempion ölkə Rusiyadır. Şəhər günü demək olar ki, Rusiyanın bütün ən böyük şəhərlərində qeyd olunur: Moskva, Sankt-Peterburq, Tomsk, Yekaterinburq, Tver və bir çox digər şəhərlərdə! 

img_6367 

Bəs Bakıda Şəhər günü varmı? Yox. Hələ ki yox! Çox tezliklə biz bu günü, köhnə şəhərin tam mərkəzində qeyd etməyə hazırlaşırıq. "İçərişəhər" Tarix-Memarlıq Qoruğu İdarəsi Bakının Azərbaycan, region və ümumilikdə bütün dünyanın ictimai-siyasi, mədəni və iqtisadi həyatında vacib rolunu nəzərə alaraq belə bir böyük miqyaslı tədbirin təşkilatını öz üzərinə götürür. Bayramın əsas hissəsi əlbəttə ki, Bakının ruhunu, irsini və müxtəlifliyini təcəssüm etdirən köhnə şəhərdə olacaq. Lakin şəhərin sakinləri və qonaqları onu İçərişəhərdən kənarda da qeyd edə biləcəklər - xalq şənlikləri küləklər şəhərinin bütün nöqtələrində planlaşdırılır.

Bütün detalları hələ ki açıqlaya bilmirəm, sadəcə təqvim sirrini aça bilərəm - Bakının şəhər gününü sentyabr ayında gözləyin. Doğma şəhərimizin günündə nəyi görmək və nə etmək istərdiniz? 

 

Zeynəb Jahan