Sonsuz Idman "batlI" və ya Nike vs Adidas

Nike və Adidas- əbədi rəqabət edən iki idman nəhəngidir. Hər il onların marketinq rəqabəti şiddətlənir, bizə isə sizinlə bərabər yalnız izləmək qalır. İspaniya, Almaniya və Argentina komandaları hələ 1998-ci ildən FİFA-nın rəsmi tərəfdaşı olan Adidas brendinə sadiq qalırlar. Buna baxmayaraq, investorlar hər zaman nəyə görəsə Nike brendinə səs verirlər: Dünya kubokunun ən məşhur 200 oyunçusundan 132 nəfəri bu brendi seçirlər, Adidas isə sadəcə 59 futbol idolunu özünə "məhkum edib".

football-player-nike

Bu rəqəmlər CIES Football Observatory tərəfindən müəyyən edilib. Lakin əgər lap sadə dildə desək, Nike brendinin bu qədər böyük uğurunun taktikası və səbəbini iki sözlə izah etmək olar – sosial şəbəkələr. Bəli-bəli, məhz onlar! Sosial şəbəkələrin artıq çoxdan bəri Kainatı ələ keçirdiyini nəzərə alsaq, o zaman onları şirkətin gizli silahı və əsas təkanvericisi olaraq istifadə etmək çox məntiqlidir. Elə deyilmi?

Nike markasının sponsorluq etdiyi Kristianu Ronaldo Facebook, Twitter və Instagramda abunəçilərinin sayına görə artıq Beyonce'nin rekordunu qırıb. Onun yarım milyardan çox abunəçisi var!

cristiano-ronaldo-net-worth

Adidas yenə də istədiyinə nail oldu, Moskvada keçirilən futbol üzrə 2018 Dünya Çempionatında oyunçuların yarıdan çoxu meydançaya Adidas loqotipli futbolkalarda çıxdılar. Yeri gəlmişkən, üstünlük yalnız bir bal təşkil etmişdi: Adidas'da 11 komanda, Nike'da isə - 10 oldu.

adidas_football_player

Lakin individual müqavilələrin bağlanmasında həmişə güclü və hiyləgər tərəf Nike olub, Adidas isə "köhnə məktəb" qaydalarına əməl edir və diqqətini yalnız federasiyalara və milli yığmalara yönəldir.
Amma yenə də tribunadakı sadiq fanatlar və azarkeşlər həmişə öz kumirlərinin uğurlu nömrələri ilə Adidas futbolkalarını alırlar.

14fcdf2e8e1c67bc844d820696db9dcc

21149046_1412177598901873_6879342172764635136_n

Şübhəsiz ki, zəfər hər bir şirkətin yalnız marketinq planının keyfiyyətindən asılı olacaq. Ancaq sual hələ də açıq qalır: Nike yoxsa Adidas? Bəs sən kimin tərəfindəsən?