SƏNƏT ƏSƏRİ KİMI GEYİM: DİZAYNERLƏR VƏ RƏSSAMLARIN SƏS SALAN KOLLABORASİYALARI

Hər bir dizayner həmişə geyimin ayrı bir sənət növü olduğunu çatdırmağa çalışır. Amma onlar məşhur rəssamlarla kollaborasiyalar hazırladıqda, modanın ən skeptik rəqibinə heyrancasına alqışlamaq, həyəcanla foto çəkmək və "bellissima!" qışmarmaqdan başqa bir şey qalmır.

Biz sizə hər bir modeli ən məşhur müasir sənət muzeylərində yer almağa layiq olan kolleksiyalar haqqında danışacağıq.

Bu ideya ilk dəfə Elza Schiaparelli'nin ağlına gəlib. Salvador Dali'nin sürrealizmi və Schiaparelli moda evinin qeyri-adi modellərinə hətta Anna Wintour laqeyd qala bilməmişdi. 2012-ci ildə amerikan Vogue jurnalının baş redaktoru Met Gala'nın qırmızı xalısına bu kolleksiyaya məxsus libaslardan birində – üzərində lobster olan ağappaq paltarda çıxdı.

anna-wintour

48 yaşında rəsm çəkməyə başlayan və instagram səhifələrində məşhurlaşan rəssam Helen Downey haqqında eşitmisiniz? Bir gün o məşhur fotoqraf Nick Knight'ın diqqətini çəkir və məhz bu tanışlıq sayəsində Gucci brendinin ən parlaq kolleksiyalarından biri yaranır.

gu563-gucci-unskilled-worker-pr-16-1506354067

Məşhur rəssam, prodüser, yazıçı və pop-art sənətinin ideoloqu əfsanəvi Andy Warhol'u hamı və hər kəs tanıyır. Moda sənayesində bu dahi böyük bir iz buraxıb. 1966-cı ildə Yves Saint Laurent onun işindən ilhamlanaraq kolleksiya yaradıb, Jean Charles onun avtoportreti ilə paltar hazırlayıb, Gianni Versace 1990-cı ildə Andy'nin çəkdiyi Monronun və James Dean'ın avtoportretləri ilə hazırladığı paltarları bəzəyib, daha sonra Stephen Sprouse'nin “Andy Warhol Dress”, 2008-ci ildə Diane von Furstenberg kruiz kolleksiyası, Nike brendinin səs salan idman ayaqqabıları və nəhayət, öz hazırladığı paltarları Dior'un clutch çantalarını dəlisov müəllifin rəsmləri ilə bəzəyən Raf Simons...

759753f550dff541b460da8dec5c33ad

Yeri gəlmişkən, Yves Saint Laurent'in həmçinin Peter Mondrian yaradıcılığı ilə bağlı kolleksiyası da var, Versace brendi isə 2008-ci ildə kollaj texnikası ilə çalışan rəssam Tim Roloff'un printləri ilə kolleksiya hazırlamışdı.

collage1

Louis Vuitton isə özlərini çox da əziyyətə salmamağa qərar verdilər və hansısa konkret bir rəssamı seçmədilər. "Masters" kolleksiyası özündə Vincent Van Qoq, Jean-Honoré Fragonard, Leonardo da Vinci və Tisian kimi ən məşhur yaradıcıların kult əsərlərini birləşdirdi.

louis-vuitton--1001_lvnow_mastersiicollinstore_01_di3

Budur, əsl sənət əsərləri!