Amerikan Vogue-un ilin ən mühümü hesab edilən sentyabr sayının üz qapağı üçün bu dəfə Beyonce tam və bütünlüklə məsuliyyət daşıyır. Nəşriyyat ilə müqaviləyə görə müğənni yalnız üz qapağı üçün çəkilmir, həm də fotoqrafı özü təyin edə, üz qapağı üzərinə "tam nəzarət", jurnalın içərisində yerləşdiriləcək cover story üçün çəkilən bütün fotoşəkilləri və həmin şəkillərə yazılacaq şərhləri də seçə biləcək.
Bununla əlaqədar, Anna Vinturun baş redaktor vəzifəsindən ayrılması ilə bağlı yeni şaiyələr dalğası yayılmağa başladı. 2007-ci il Vogue sentyabr buraxılışının yaradılması ilə əlaqədar "Sentyabr nömrəsi" sənədli filmindən bu buraxılışın onun üçün nə qədər əhəmiyyətli olduğunu bilirik. Əgər şaiyələr təsdiq edilərsə, 2018-ci ilin sentyabr buraxılışı Anna Vinturun karyerasında Vogue amerikan jurnalının baş redaktoru vəzifəsində sonuncu olacaq.
Beyoncenin qərarı ilə fotoqraf 23 yaşlı Tyler Mitchell olacaq. Mitchell jurnalın bütün 126 illik tarixində Vogue üz qapağı üçün şəkil çəkmiş ilk qaradərili fotoqraf olacaq. 2015-ci ildə olduğu kimi Vogue tam intervyu vəd etmir, amma bütün hallarda buraxılışın sensasion olacağı gözlənilir.
Sentyabr buraxılışı 14 avqustda satışa çıxarılacaq.