Bu gün Madonna 60 illik yubileyini qeyd edir. 40 illik karyerası ərzində o, 12 studiya albomu buraxıb, 22 filmə çəkilib, iki "Qızıl Qlobus" mükafatı qazanıb, Ginnessin Rekordlar Kitabına əsasən ən uğurlu ticari ifaçı olaraq tarixə düşüb, özünün Material Girl fərdi geyim brendini və dəriyə qulluq üçün MDNA Skin xəttini yaradıb. Madonna qabarmış saçları, xuliqan saç düzümü, qaşlarına qədər sürülən göz kölgələri və provokasion geyimləri ilə 80-ci illərin modasını yaradanlardan biri idi. Müğənni gah qot, gah da Merilin Monro obrazına girib. 2000-ci illərdə ulduz klassik saç düzümünə və təmkinli makiyaja üstünlük verməyə başlayıb, lakin bununla onun eksperimentləri bitmir, təəccübləndirməyi isə 60 yaşına baxmayaraq hələ də bacarır və təəccübləndirir.
Müğənninin doğum günü şərəfinə Madonna obrazlarının evolyusiyasını izləyək.