London intizarda! Ricardo Tishi'nin Burberry üçün hazırladığı debüt kolleksiyasını şoudan dərhal sonra Instagram və WeChat-da düz 24 saat ərzində əldə etmək mümkün olacaq. Instagram və WeChat üzərindən "droplar" (axı böyük Çin auditoriyası olmadan keçinmək olmaz) yeni liderin yeni strategiyasıdır və razılaşın ki, çox cəlbedicidir. Əlbəttə ki, dünya sadəcə sosial şəbəkələr üzərində qurulmayıb və Londonda yerləşən Burberry brendinin flaqman mağazası da ilk alıcıları məmnuniyyətlə qəbul etməyə hazırdır.
Nümayiş 17 sentyabrda moda həftəsi çərçivəsində keçiriləcək. Bəli, brend ilk dəfə sosial şəbəkələri online-satış üçün bir platforma olaraq istifadə edəcək.
Daha əvvəl Burberry brendinin dəridən və satılmayan mallarının məhv edilməsindən imtina etməsi barədə yazmışdıq. Bundan əlavə, Instagram artıq online alış-verişi daha sadə etmək üçün şopping-platformanın yaranması üzərində çalışır . O zaman yenilikləri gözləyirik!