ZƏRİF GÖZƏLLİK

"Neftçi PFK"-nin peşəkar məşqçisi, idman ulduzu Elnarə Hüseynova bizə bədii gimnastikanın populyarlığının sirrinin nədə olduğu, uşağın və valideynlərinin hansı çətinliklərlə üzləşəcəyi barədə danışdı.

Axı hər kəs birinci və yaxşı ola bilməz …

Elə ona görə də idmandır: burada həmişə qalib və məğlub olur. Seçilmişlər ölkələrini müsabiqələrdə təmsil edirlər, zəif, amma böyük artistliyi olan qızlar isə çox sevdikləri nümunəvi səhnələrdə, qala konsertlərdə iştirak edirlər.

Bədii gimnastika həm də böyük əməkdir. Uşaq bu ağır yükü necə daşısın və eyni zamanda sınmasın?

Biz uşaqları tam fiziki proqram ilə birdən yükləmirik. İlk növbədə qızlar ümumi bədən hazırlığı ilə məşğul olurlar - dartınma, qaçış və sair. Hazırlıq prosesi mərhələlərlə keçir və əgər uşağın istedadı və güclü xarakteri varsa, heç bir çətinlik onu sındıra bilməz.

Böyük idmanda olan uşaqların heç bir uşaqlığı olmadığına dair fikirlə razısınızmı?

Qismən. Ancaq bu cür uşaqlar idmandan uzaq olanlardan daha çox üstünlüyə malikdirlər. İdmançılar hər zaman diqqətli, toplanmış, intizamlı və məsuliyyətli olurlar.

Böyük idman, həm də böyük perspektivlər vəd edir - idmançı öz ölkəsini beynəlxalq arenada təmsil edir, bütün dünyaya səyahət edir. İdmanla məşğul olan uşaqların həyatı inanılmaz gərgin, amma bir o qədər də maraqlı keçir.

Qızlar üçün bədii gimnastika niyə üstünlük təşkil edir?

Bu incəlik, gözəllik, görkəm və zəriflikdir. Və ən əsası: idman - sağlamlıqdır. Böyük idman isə - sağlamlıq, üstəgəl həm uşaqların, həm də valideynlərin qalibiyyət zamanı yaşadıqları böyük həzz hissidir.

Gələcəyin uğurlu gimnastları hansı keyfiyyətlərə sahib olmalıdırlar?

Elastikliyə, plastikliyə, xarici cazibədarlıq və hündür boya. Gimnastın boyunun hündür olması vacibdir - hündür qızlar xalı üzərində effektli görünürlər.

Bəzən elə olur ki, valideynlər uşaqlarını idmana öz ambisiyalarını tətmin etmək üçün verirlər.

Əsas - valideynlərinin ambisiyaları deyil, uşağın istəyidir. Bəzən də, elə olur ki, uşağın fiziki keyfiyyəti var, amma marağı yoxdur. Və bunu uşaqda oyatmaq məşqçi üçün çətin məsələdir. Burada məşqlərin şən musiqi altında oyun şəklində olması köməyə çatır.

Maraq - gimnastika sahəsində gələcək inkişafa yol açmaq və yaxşı nəticələr əldə etmək üçün böyük stimuldur.

 

MƏTN FELİKS VİŞNEVETSKİY FOTO RUSLAN NƏBİYEV