2019-CU İLİN ƏSAS FASHION-SƏRGİLƏRİ

Bizim səyahət planlarımıza ciddi şəkildə təsir göstərəcək önümüzdəki ilin ən yaxşı ekspozisiyalarını seçdik.

 

Fabric in Fashion

photo5190683189893507582

4 dekabr 2018-il – 4 may 2019-cu il, Moda və texnologiyalar institutu muzeyi, Nyu-York

Ekspozisiyanın əsas qəhrəmanları   – ipək, pambıq, yun və sintetikadır. Bu gözəl dördlük son 250 il ərzində tamamilə dəyişib – onlarla bərabər bizim geyiminiz, onların tikilişi və silueti də.

 

Exhibitionism: 50 Years of the Museum at FIT

photo5190683189893507575

8 fevral – 20 aprel 2019-cu il, Moda və texnologiyalar institutu muzeyi, Nyu-York

2019-cu ildə Nyu-york moda və texnologiyalar institutu muzeyi 50 illiyini qeyd edir. Yubiley ekspozisiyası muzeydə keçirilən 33 sərgidən ən yaxşılarını birləşdirib. 1976-cı ilin «Pol Puare – moda kralı» ekspozisiyasını, 1999-cu ilin «Çin dəbdəbəsi» sərgisini görmək üçün unikal imkandır.

 

JewelryThe Body Transformed

photo5190683189893507578

12 noyabr 2018 – 24 fevral 2019, Metropoliten muzeyi, Nyu-York

Metropoliten muzeyində artıq zərgərlik məmulatları sərgisi keçirilir. Burada muzey arxivinin 230-a yaxın eksponatını  görmək olar. Bəzi zinət əşyaları kral ailələrinə məxsusdur, digərləri dini ayinlərdə istifadə olunub, bəzilərini isə dünyanın ən gözəl qadınları taxıb... 

 

Rodarte

photo5190683189893507540

10 noyabr 2018 – 10 fevral 2019, Milli Qadın incəsənəti muzeyi, Vaşinqton 

Rodarte bredinin 13 illik fəaliyyəti ərzində ən tanınmış libasları  bir böyük sərgidə. Burada həm «Qara qu quşu» filmindən olan kostyumlar, həm «Ulduz müharibələri»nə həsr olunmuş kolleksiya var. Əl ilə işlənmiş naxışlara diqqət edin! Rodarte brendinin dizaynerləri həmişə detallara qarşı çox diqqətlidirlər.

 

Fashioned from Nature

photo5190683189893507579

21 aprel 2018 – 27 yanvar 2019, Viktoriya və Albert muzeyi, London

Sərgi məsuliyyətli istehlakçılığa, yeni texnologiyalara və ekoloji kollapsın qarşısını alma üsullarına həsr olunub.  2016-cı ildə Emma Uotsonun Kostyum institutu balına geyindiyi Calvin Klein brendinin emal edilmiş plastik şüşələrdən hazırlanmış məşhur paltarını görmək üçün əla fürsətdir.  

 

Christian DiorDesigner of Dreams

 

2 fevral – 14 iyul 2019, Viktoriya və Albert muzeyi, London

Britaniyanın paytaxtında keçən ilin Dior brendinin Paris yubiley sərgisi əsasında böyük miqyaslı sərgi açılacaq. Əsas fərq – bu ilki ekspozisiyanın kuturyenin İngiltərə ilə münasibətlərini diqqətlə tədqiq etməsindən irəli gəlir. Beləliklə, burada şahzadə Marqaretin 21-ci yaş günü üçün sifariş etdiyi paltarı görmək mümkündür

 

Mary Quant


6 aprel 2019 – 8 mart 2020, Viktoriya və Albert muzeyi, London

Bu retrospektiv sərgi Böyük Britaniyada moda inqilabı edən mini-ətək yaradıcısına həsr olunub. Dizaynerin şəxsi arxivindən olan bəzi eksponatlar ilk dəfə nümayiş olunur.

 

Yves Saint Laurent: Dreams of the Orient

photo5190683189893507568

2 oktyabr 2018 – 27 yanvar 2019, Yves Saint Laurent muzeyi, Paris

Bu yaxınlarda Morso avenyusunda açılan bu muzeyin kuratorları  İv Sen-Lorenin yaradıcılığında ilham mənbəyini və asiya motivlərini tədqiq edirlər. Muzeyin ilk müvəqqəti  ekspozisiyasını şərq rəssamlarının əsərləri müşayiət edir.

 

Margiela: The Hermès Years

photo5190683189893507570

26 oktyabr 2018 – 10 mart 2019, Artipelag, Stokholm

Martin Markanın Hermès brendində möhtəşəm retrospektiv yaradıcılığını görmək üçün son fürsətdir. Əvvəl Parisdə Antverpendə sərgilənən 12 kolleksiya indi Artipelag müasir mədəniyyət mərkəzində nümayiş edilir. 

 

Thierry Mugler: Couturissime

photo5190683189893507571

2 mart – 8 sentyabr 2019, Monreal İncəsənət Muzeyi

Tyerri Müqlerin böyük miqyaslı retrospektiv sərgisinə  eskizləri, aksesuarları, kostyumları, Süzi Meniesin «fantastik işlər» adlandırdığı cəmi 140 eksponat daxildir. Burada Helmut Nyutonun, Gerbi Ritts, Riçard Avronun və Devid Laşapelin əfsanəvi fotolarını görmək mümkündür.