Bakıda görmə qabiliyyəti məhdud və zəif görən insanlar üçün nəzərdə tutulmuş "Tarixə və ənənəyə toxunuş" sərgisi açılır. Bu sərgi ölkəmizdə bu sahədə ilk sosial layihədir.
Harada: Azərbaycan xalça muzeyi
Nə zaman: 1 fevral, 19:00
Həftə sonunu rus klassiki N. Nekrasovun "Peterburq sələmçisi" məzhəkəsi ilə başlayırıq.
Harada: Rus Dram Teatrı
Nə zaman: 1 fevral, 19:00
Balaca teatr həvəskarları üçün isə gənc tamaşaçılar teatrının səhnəsində K. Ağayevin əsəri əsasında "Göyçək Fatma" tamaşasının nümayişi keçiriləcək. Bunu necə qaçırmaq olar?
Harada: Gənc Tamaşaçılar Teatrı
Nə zaman: 2 fevral, 14:00
Şənbə axşamı Azərbaycan musiqisinin dahisi Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasından zövq alırıq.
Harada: Azərbaycan Dövlət Musiqili Teatrı
Nə zaman: 2 fevral, 19:00
Balaca izləyicilərimizi rus xalq nağıllarının qəhrəmanları ilə unudulmaz görüş gözləyir.
Harada: Rus Dram Teatrı
Nə zaman: 3 fevral, 12:00
Bazar günü britaniyalı rejissor Fil Qrabskinin Yan Vermeerin "Mirvari sırğalı qız" şedevrinə həsr olunmuş sərgi-filmini seyr edərək dünya bədii mədəniyyətinə qatılırıq.
Harada: Park Cinema, Flame Towers
Nə zaman: 3 fevral, 13:00
Fransız nağılbazı Şarl Perronun ən parlaq süjetlərindən birini bu bazar günü görə biləcəyik.
Harada: Gənc Tamaşaçılar Teatrı
Nə zaman: 3 fevral, 14:00
Həftə sonunu mütləq "Əli və Nino" tamaşası ilə tamamlayacayıq.
Harada: Rus Dram Teatrı
Nə zaman: 3 fevral, 19:00