1-2-3 mart

Həftə sonunun ən yaxşı başlanğıcı – Azərbaycan simfonik orkestrinin konsertidir!

Harada: Azərbaycan Dövlət Akademik Filarmoniyası

Nə zaman: 1 mart, 19:00

 

Bakıda "Zamanında" sərgisi keçirilir, burada məşhur rus avanqard rəssamlarının nadir əsərlərini görmək olar. Bəzi əsərlər ilk dəfə sərgilənir!

Harada: Heydər Əliyev Mərkəzi

Nə zaman: 17 fevral – 5 may

 

Cümə günü axşam Cəlil Məmmədquluzadənin eyni adlı komediyası əsasında qoyulmuş "Ölülər" tamaşasını seyr edirik.

Harada: Akademik Milli Dram Teatrı

Nə zaman: 1 mart, 19:00

 

Bu həftə sonu xalq rəssamı, professor Arif Hüseynovun Xocalı faciəsinin 27 illiyinə həsr edilmiş "Qarabağnamə - tarixin səhifələri" adlı sərgisi keçiriləcək. Sərgidə təqdim edilən bütün əsərlər, oyma janrında icra olunub.

Harada: Müasir İncəsənət Muzeyi

Nə zaman: 27 fevral - 3 mart

 

Balaca teatr həvəskarları "Üç donuz, Qırmızı papaq və boz canavarlar" interaktiv tamaşasından mütləq zövq alacaqlar.

Harada: Rus Dram Teatrı

Nə zaman: 2 mart, 12:00

 

Bu şənbə 10 qat "Grammy" qalibi, "Emmy" mükafatı laureatı, 6 qat Billbord mükafatçısı, caz musiqiçisi Arturo Sandoval Bakıda çıxış edəcək. Bunu qaçırmaq olmaz!

Harada: Heydər Əliyev Sarayı

Nə zaman: 2 Mart 19:00

 

Çoşduran, parlaq və təkrarolunmaz Ani Lorak Bakıda konsert verəcək. Bu şənbə axşamı unudulmaz emosiyalar və təəssüratlarla dolacaq!

Harada: Bakı Konqres Mərkəzi

Nə zaman: 2 mart, 20:00

 

Rəqs və musiqi dilində bəhs edilən əfsanəvi sevgi hekayəsini seyr edirik.

Harada: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Nə zaman: 2 mart, 19:00

 

Məktublara və digər şəxsi qeydlərə əsaslanan "Mən Klod Moneyəm" film-sərgisi böyük impressionistin portretini yaradır. Bu, günəşlə dolu rəsm əsərlərinin müəllifinin tənhalıq və depressiyadan əziyyət çəkməsi, lakin xilası sənətdə tapması barədə bir hekayədir.

Harada: Park Cinema, Flame Towers

Nə zaman: 3 mart, 13:00