"DIOR: ARZULARIN DİZAYNERİ"

«Mənim paltarlarım – qadın vücudunun proporsiyalarını üzə çıxarmaq üçün təyin olunmuş müvəqqəti memarlıq əşyalarıdır», – tanınmış fransız kuturye Kristian Dior öz işi haqqında belə deyirdi. Onun haqqında xəbərləri Viktoriya və Albert Muzeyindən, bu günlərdə öncədən səs-səda salan, Parisdə keçirilən «Christian Dior: arzuların dizayneri» sərgisindən gətirmişəm.

Bu sərgi – London mədəniyyət proqramının ən populyar hissəsidir, biletlər həftələr öncədən satılıb və bu eleqant paltarlar aləminə səyahəti dizaynerin 1947-ci ildəki New Look-u ilə müqayisə edirlər. Ekspozisiyaya Dior moda evinin arxivindən haute couture-yə aid 200 nadir geyim əşyası, həmçinin aksesuarlar, fotolar, qısametrajlı filmlər, vintaj parfümeriya, orijinal kosmetika, illüstrasiyalar, jurnallar və Kristian Diorun şəxsi əşyaları daxildir.

Burada bütöv bir epoxa təqdim olunub, müsyö Diorun yaratdıqlarından tutmuş davamçılarının işlərinədək. Onların töhfəsini qiymətləndirmək çətindir. Muzeyin hər bir ayrı zalı sizi Canfranko Ferrenin, İv San Loranın, Con Qalyanonun, Raf Simonsun və son tələbələrindən biri olan Mariya Qrasiya Kürinin  yaradıcılıq atmosferinə qərq edir. Beləliklə, sərgi sadəcə modadan deyil, həm də zəmanəmizin ən nüfuzlu moda evlərindən birinin 1946-cı ildən bu günə olan tarixçəsindən bəhs edir.

Sərgiyə dizaynerin vətənində start verilib, amma Londona əbəs yerə gəlib çıxmayıb.  «Dünyada yaşam tərzi bu qədər çox xoşuma gələn doğma ölkəmdən savayı bir ölkə yoxdur. Mən ingilis ənənələrini, ingilis nəzakətini, ingilis memarlığını sevirəm. Mənim hətta ingilis yeməyi xoşuma gəlir!», – dizayner deyirdi.

Hal-hazırda bütün biletlər satılıb, lakin sərginin bitməsinə qədər, 15 iyuladək sərgiyə yetişməyin bir neçə yolu var. Çox az sayda bilet hər səhər canlı növbə sıralaması ilə buraxılır və Cromwell Road-ın əsas girişində saat 10-da satılır. Siz həm də sərgini muzeyin üzvü kartına sahib olan biri ilə ziyarət edə bilərsiniz.

Zeynəb Cahan

 

 

Тэги

Тэги