TITANIC MARDAN PALACE-də YAY VAXTI

Titanic Mardan Palace oteli – Aralıq dənizi sahilində saray üslubunda inşa edilən yeganə oteldir və bütün gözləntiləri aşan istirahət təqdim edir. Titanic Mardan Palace oteli zərif dekorasiyası, ideal yerləşməsi, ecazkar panoramalı mənzərələri, həmişəyaşıl palma ağacları və geniş yaşıl bağları sayəsində əsl lüksu və əzəməti təcəssüm edir. Bu otel dörd əsas memarlıq üslubu ilə dünyanın ən təsirləndirici şəhərlərindən biri olan İstanbulun əsl əksidir.

 

Çimərlik və unudulmaz kokteyllər

Maldiv adalarından gətirilmiş büllur kimi təmiz ağ qumu olan çimərliyin təbii gözəlliyini, otelə məxsus kokteylləri, bu yay səs salan musiqili və əyləncəli çimərlik şoularını qiymətləndirə bilərsiniz. Birbaşa sahildə, qumun və çəmənin ortasında dizaynında dünyanın məşhur çimərlik klublarının motivləri istifadə edilmiş istirahət və əyləncə yeri – Beach Club yerləşir. Burada günəşin ilk şəfəqlərinədək davam edən tematik əyləncə gecələri keçirilir. Mayconus çimərlik barında təkcə dadı ilə deyil, həm də təqdimatı ilə xoş hisslər bəxş edən Cats Cup, Famous Tiki, Bird Beard, Warm Bodies kimi əfsanəvi kokteyllər verilir.

Asudə vaxtlarında da idmanla məşğul olan qonaqlar üçün gün ərzində Jumping Fitness, Zumba, Tabata, Crossfit və Core Training, həmçinin su idman növləri mövcuddur.

 

İstirahətə sevinc qatan əyləncələr

Dünyaca məşhur şoular, hər biri özünəməxsus konsepsiyaya malik olan klublarda və barlarda xüsusi şoular və əyləncə proqramları aralıq dənizi gecələrinizi rəngləndirəcək. İsti yay boyunca Titanic Mardan Palace otelinin qonaqlarını Allen Halsi, Todes ansamblı, Prizma Layihəsi, Freddi Merkurinin xatirəsinə həsr olunmuş konsert, Anadolu Atəşi rəqs qrupu və Pelin Gedik ilə unudulmaz gecələr gözləyir.

 

Monkey Club gecə klubunun işıq effektlərinin dizaynı və sehri  əsl tətil əhval-ruhiyyəsi yaradır. Üç mərtəbəli ayrı lojaları və yumşaq güşələri olan bu klub dünyanın ən yaxşı gecə klublarının tendensiyalarını özündə cəmləşdirib, burada gecə həyatı yeni bir səviyyəyə yüksəlir.

 

Titanic Mardan otelinin qonaqları nəinki ənənəvi türk mətbəxinin, həm də dünyanın müxtəlif ölkələrinin mətbəxlərinin təamlarından və yeməklərindən ləzzət alırlar, özlərini möhtəşəm hiss etdirəcək lüks spa-mərkəzini ziyarət edirlər və lüks bir saray həyatının bütün rahatlığını hiss edirlər.