Biblos Resort ALAÇATI: YER ÜZƏRİNDƏ CƏNNƏT

"Lüks" deyərkən ağlınıza nə gəlir? XX əsr insanı üçün – əsl lüks vaxt özü ilə tək qalmaq imkanının olmasıdır. Bu fürsəti Alaçatı yaxınlığında bir oteldə, İzmirdən bir saatlıq məsafədə tapdıq və bu otelin adı – Biblos Resort, Alaçatıdır.

Bu otellə tanışlığımız budanmış şümşad və banyan ağacları ilə yan-yana Türk şüşəçilərinin üfürərək düzəltdiyi şüşə çiçəklərin "bitdiyi" sürrealistik bağçadan başladı. Eyni ustalar resepşn zonasında ipək xalça üzərində işıqsaçan rəngarəng şar lampalar da yaradıblar. Belə xalçalardan burada çox var, hamısı sifarişlə hazırlanıb. Sənət və təbiətin möhtəşəm şəkildə ahəngi…

Otelə girdiyiniz andan etibarən vaxtınızın çoxunu sarmaşıq bürümüş çardaqlarda, gözəl bağların kölgəsində, restoran terraslarında və çimərlikdə çətir altında keçirəcəksiniz.

Ege dənizi çox duzlu, təmiz və sərindir. Çimərliyin kiçik bir hissəsi hətta güclü küləyin belə təsir edə bilmədiyi ağ Misir qumu ilə örtülüb. Külək isə burada demək olar ki, azalmır, sadəcə gücünü dəyişir – bakılıların uşaqlıqdan bəri bələd olduqları şiddətli küləkdən sakit dəniz rüzgarına qədər. Turistlərlə dolu səs-küylü kurortları günəş yandırdığı zaman burada boğanaq isti olmur. Hətta ən günəşli günlərdə belə rahat nəfəs almaq, tez və düzgün günəşlənmək olur.

Mavi üfüqdə rəngli üçbucaq vindsörflər üzür: bu yerli peyzajın ayrılmaz hissəsidir. Fasiləsiz külək və suyun dərinliyi (suyun çiyinə qədər çatması üçün kifayət qədər uzaqlaşmaq lazımdır) sayəsində bu körfəzdə Dünya Vindsörf Çempionatı rahatlıqla keçirilə bilər və keçirilir də. Alaçatıda Türkiyənin ən yaxşı sörfinq məktəbləri fəaliyyət göstərir, burada bir saatlıq dərs almaq mümkündür – əgər sizin tarazlıq və balans hissiyatınız varsa bu bir saat ərzində ilkin bilikləri əldə edə bilərsiniz. Dəniz havası və günəş şölələri – hamımızın ehtiyacı olan təbiətlə vəhdətdir. Yaxşı düşünülmüş memarlıq və bağbanların ustalıqcasına gördüyü iş sayəsində bu otel tam sükut oazisidir. Üç mərtəbəli binalardan ibarət kompleks yaşıllıq içindədir. Ərazi çox müxtəlifdir, burada darıxmaq mümkün deyil. Belə ki, "Palma bağında" şaxlı-budaqlı palma ağacının kölgəsində şezlonqda uzanaraq hovuzun açıq mavi suyunu seyr etmək və ya barda çardaq altında orijinal kokteyllərdən birini dadmaq mükündür. "Zeytun bağında" köhnə ispan zeytun ağacları qovşaq şəklində əkilib. Hər yerdə kaktuslar bitir, mandarin ağaclarının meyvələri günəş kimi parlayır.

Bir mərtəbəli hollivud bunqalo evlərini xatırladan "Laqun" tipli otaqlar jasmin çiçəkləri ilə hörülüb və otaqların mənzərəsi tropik yaşıllıqlarla çəpərlənmiş fərdi hovuza açılır. Bu nömrələrin yarısı uşaqsız istirahət edənlər üçün nəzərdə tutulub – sükutdan zövq alanlar üçün ən gözəl fürsətdir.

Ümumilikdə oteldə yeddi açıq hovuz var. Alatia Spa-da qapalı hovuzlar mövcuddur. Bu spa mərkəz zeytun, odun, bahalı baxım məhsullarının ətri gələn ayrı bir dünyadır.

2000 m2 spa-mərkəzdə dünyanın gündəlik problemlərini unudacaqsınız. Burada insanları rahatladıcı alaqaranlıq, tavanın altında ovsunlayıcı işıqlar gözləyir, uzaqdan dəniz sakinlərini xatırladan inanılmaz ağac fakturaları, əliniz çatan hər tərəfdə şüşələr və daşlar var. Aralıq dənizi, skandinaviya və ar-deko vəhdəti insanın ruhunu oxşayır. İstirahət zamanı Türkiyədən və Balidən gəlmiş yüksək dərəcəli mütəxəssislərdən spa-prosedur seçimləri qayğınıza qalacaq. Massaj üçün Aromatherapy Associates, baxım üçün – Biologique Recherche kosmetikalarından istifadə olunur. Baal və Yamm cütlük süitlərində iki nəfərlik qonaqlar üçün ege bölgəsinə məxsus Aromatherapy Associates efir yağlarından xüsusi olaraq hazırlanmış rituallar keçirilir.

Açıq havada, çimərlikdə massaj xidməti göstərilir. Hamam prosedurlarını seçənlər skrab və köpüklü massaj edilən isti mərmər podiumu dəyərləndirə biləcək. Və bütün qonaqlar ödənişsiz olaraq buxar otağını, duz hamamını, buz generatoru ilə soyuducu zalını, trenajor zalını, yoqa və pilates studiyalarını ziyarət edə bilərlər.

Velnes-barmen otelinin bağçasından toplanmış otlardan sağlam içkilər təklif edəcək, stilistlər isə axşam ziyafətləri üçün sizi hazırlayacaqlar. Bu məkanın yerini də qiymətləndirməmək mümkün deyil: Biblos Resort nəinki istirahət, həm də iş görüşmələri, konfranslar, hətta 700 nəfərlik toy məclisi üçün çox uyğundur. Bunun üçün oteldə 17,5-dən 539 m2 sahəli yeddi zal təchiz olunub.

Nömrələrə qayıdaq. Oteldə doqquz kateqoriyada 176 otaq var. Vanna otaqlarında L’Occitane brendinin miniatür flakonları var. Otaqların birindən körfəzə elə bir mənzərə açılır ki, o an dərhal rəsm çəkmək həvəsi gəlir… digərlərinin balkonları dolanbac yolu, yüksək palma ağacları, nəhəng kaktusları olan bağa və mavi dənizə baxır. Bütün otaqlar bir stilistika ilə birləşir, bütün yataqlarda Frette yataq dəstləri və mozaik panno var. Bu pannolar otelin xüsusi fəxridir. Onları Livandan gələn usta komandası üç il ərzində əl ilə toplayıb və bütün otelin bəzəndiyi daş mozaikanı seyr etmək üçün bir gününüzü sərf edə bilərsiniz.

Yeməklər xüsusi qeyd edilməyi tələb edir. Səhər yeməyi balaca brasseri Le Jourda verilir. Burada süni göldə ekzotik balıqlar üzür, səhərlər təzə bişmiş çörəyin və ya kofenin ətri gəlir, masalar kənd yumurtası, pendir, zeytun, bal, meyvə ilə dolu olur. Le Jour kafesinin kölgəli terrasında sakit türksayağı səhər yeməyindən zövq almaq çox xoşdur.

Nahar və axşam yeməyi üçün sahildə yerləşən Amante di Mare restoranına gəlməyə dəyər. Burada odun sobasında bişirilən ləzzətli pizza verilir, axşamları isə masaların üzərinə ağ süfrələr sərilir və axşam menyusunda ləziz dəniz məhsullarını dadmaq olur. Restoran girişində vitrində buzda yerli barabulka, qırmızı xanı balığı, tuna, yabanı levrek balığı, xırda xərçənglər və iri xərçəng yer alır. Bütün bu məhsullar əsasən yerlidir. Onlara əlavə olaraq zövqlü birinin hazırlaya biləcəyi məzə seçimləri təqdim olunur. Bütün bunlar saxsı qablarda serviz edilir, zərif qədəhlərə şərab süzülür. Aralıq dənizi mətbəxini şərabsız təsəvvür etmək mümkün deyil.

Yeri gəlmişkən şərab haqqında: Biblos otelinin şərab anbarında köhnə və yeni kolleksiya saxlanılır, lakin yerli seçimin rəqibi yoxdur, çünki İzmir Türkiyənin şərabçılıq mərkəzlərindən biridir. Asudə vaxtda öz şərabları ilə məşhur olan qonşu Urla şəhərinə getmək olar. Yaxınlıqda görməli bir çox digər cazibəli yerləri var. Sörferlərin körfəzinə yunan memarlığı, dar daşla döşənmiş küçələri, bugenviliya çiçəkləri, taxta balkonları, YUNESKO-nun Dünya irs siyahısına daxil edilmiş, dünyanın yeddi möcüzəsindən biri olan Artemis məbədindən qalan Efes xarabalıqları ilə "Türkiyənin Mikonosu" sayılan qədim Alaçatı şəhərini və əfsanəyə görə Homerin anadan olduğu İzmir şəhərini də əlavə edin. Bütün bu bölgə mədəniyyəti və tarixi ilə nəfəs alır.!
Biblos Resort, Alaçatı – bu adı yadda saxlayın. Bu ad otelin simvolu kimi yarı ilan-yarı at şəklində hippokamp Aralıq dənizinin qədim mədəniyyətinə aiddir. Bu, bir insanın dənizi necə əhliləşdirdiyinin, sənətkarlığın və ticarətin necə inkişaf etdiyinin, qədim padşahların nə qədər böyük sərvətə sahib olmasının canlı nümunəsidir. Balıq padşahı, hippokamp dəniz tanrısı Poseydonun mindiyi atdır. Dəniz, torpaq, keçmiş və gələcək, tanrılar və insanlar bu mif və yer üzündə bu cənnət məkanı ilə birləşib.