İnam = uğur

unnamed

Şəxsi işini qurmağa cəsarət edənlər, yalnız başlanğıc kapitala deyil, məhz biznes üçün ideyaya ehtiyac duyur. Sizi nəyin həyacanlandırdığını, sizə nəyin güc verdiyini və özünüzə inanmağa məcbur etdiyini yalnız qəlbinizin dərinliyinə baxaraq anlaya bilərsiniz: o zaman başqaları da sizə inanacaq! Bəs biznesiniz üçün çox sayda hazır ideyalar arasından necə seçim etmək lazımdır? Düşünürəm ki, seçimi sadəcə qazanc məqsədilə etmək olmaz: əsas odur ki, işiniz sevgi ilə böyüyüb inkişaf etsin! Əgər təməl sevgi ilə qoyulubsa, deməli gələcəkdə uğur qazanacağınız ehtimalı daha böyükdür!

Çox vacib bir sirr var: istədiyin yerə getməlisən, getmək lazım olan yerə deyil ...

Ülviyyə Mahmudova,

Baş redaktor

Kulon, üzük, sırğa - Pasquale Bruni, BON TON kolleksiyası

Royal Collection butiki