QAZANMAQ ÜÇÜN MƏĞLUB OLMAQ

Həvəslənmək – yəni düşüncələrinizi xoş, cəlbedici bir şeylə məşğul etmək, nəyəsə maraq duymaq deməkdir... Mənim fikrimcə, bu çox gözəl haldır! Bu vəziyyət canlı duyğular, möcüzə intizarı və məqsədə ən qısa müddətdə yaxınlaşmaq arzusu verir.

Bu vəziyyətin özünəməxsusluğu ondadır ki, belə bir halda intuisiyamız işə salınır və müəyyən bir mühitdə necə davranmağı şüuraltı qərar verməyə başlayırıq. Məsələn, axşam saat 11-də bir dilim ləzziz tortla sizi həvəsləndirirlər. Siz nəfsinizi saxlamağın daha yaxşı fikir olduğunu dərk edirsiniz, ancaq... "olmaz, lakin çox istəyirsənsə, o zaman olar" ifadəsi boş yerə səslənməyib! Məncə, bu bir dilim tort sizi xoşbəxt edəcəksə – olsun, tamaha məğlub olun, intuisiyanızın səsini dinləyin – o, bu anda sizin həqiqətən nəyə ehtiyacınız olduğunu daha yaxşı bilir. Bir şeyi dəqiq bilirəm: tamaha nifrət ilə cavab vermək lazım deyil. Xüsusilə də nəfsinizə qalib gələ bilmədiyinizə görə qəzəblənmək mənasızdır. Heç vaxt bunu etməyin! Nəfsə sülh yolu ilə qalib gəlmək daha asandır: onunla dostlaşaraq, ona məğlub olaraq və... onu azad edərək.

İlanı yemək qadağan olunsaydı, Adəm onu da yeyəcəkdi (Mark Tven)

P.S. Qərarlarımızın hər birinin mənəvi mənası var. Nəfsə məğlub olmaq yaxşıdır dedikdə, mən mütləq bir şərti nəzərdə tuturam: bunu etməklə insanlara əziyyət və zərər verməyəcəksiniz.

Ülviyyə Mahmudova,

baş redaktor