13-14-15 dekabr

Axşam Bazarı Fashion Edition moda tədbirində Dəbz, Yarpaq Ink, Bafta, Dəri Məna, Jumla, FR Collection kimi və digər maraqlı yerli markaları görmək mümkündür.

Harada: Landmark III, Rotunda Hall

                                                                    Nə zaman: 13 dekabr                                                                    

 

Rauf Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Simfonik Orkestri Bramsın skripka konsertini və digər əsərlərini ifa edəcək. Konsertdə skripkaçı Mark Buşkov iştirak edəcəkdir.

Harada: Azərbaycan Dövlət Akademik Filarmoniyası

Nə zaman: 13 dekabr, 19:00

 

Şənbə günü səhər Cakomo Puççininin "Madam Batterflay" əfsanəvi operasını Entoni Minqellanın quruluşunda (ABŞ, 2019) italyan dilində rusca alt yazıları ilə seyr edirik və dinləyirik. Baş rolda - çinli opera divası Huey He.

Harada: Park Cinema Flame Towers

Nə zaman: 14 dekabr, 10:00

 

Şənbə günü "Handicraft" əl sənətləri yeni il yarmarkası keçiriləcək. Hər bir iştirakçı şam ağacın altına bir yeni il hədiyyəsi qoya bilər. Hədiyyələr uşaq evlərinə çatdırılacaq.

Harada: Passage 1901

Nə zaman: 14 dekabr, 11:00 – 20:00

 

Üçüncü Beynəlxalq "Qış" Uşaq Festivalının qala-konserti rəngarəng şousu ilə tamaşaçıları sevindirəcək.

Harada: Heydər Əliyev Sarayı

Nə zaman: 14 dekabr, 19:00

 

Qəmər Almaszadənin quruluşunda 3 pərdəli "Qu gölü" baletini izləyirik. Dirijor – Əyyub Quliyev.

Harada: Opera və Balet Teatrı

Nə zaman: 14 dekabr, 19:00

 

Britaniya rejissoru Devid Bikerstaffın "Mikelancelo: Məhəbbət və Ölüm" adlı bir saat yarımlıq kadrarxası rus dilinə dublaj olunmuş film nümayiş olunacaq.

Harada: Park Cinema Flame Towers

Nə zaman: 15 dekabr, 13:00