Şəhərin mərkəzində əsl şirin şəhər salındı, burada zəncəfil xəmirindən və qlazurdan hazırlanmış Bakının və ətraf ərazinin bütün memari abidələrini görmək olar. Ədviyyat ətri isə məst edir! Getmək istəyənlərə bir sirr verək: Nargis nəşriyyat evi bu geniş miqyaslı şirniyyat şəhərini hər il, lakin müxtəlif yerlərdə inşa etməyi planlaşdırır. Bir də, bütün dünya muzeylərinin sərgilərindən fərqli olaraq, bizdə pulsuz olacaq.
Harada: Port Baku Mall, 1-ci mərtəbə
Nə zaman: 13 dekabra dək, 10:00 – 22:00
"Soyuq əllər, isti ürək" Yeni il xeyriyyə yarmarkası öz işini davam etdirir.
Harada: Fəvvarələr Meydanı
Nə zaman: hər gün, 10:00 – 21:00
Kinoteatrda "Old Vik" teatrının rəhbəri Metyu Uorçasın baş rolda istedadlı Endru Skottun yer aldığı "Əsl komediya" filminə baxırıq. Bu tamaşa bütün il boyu Londonda anşlaqla keçib, təcrübəli London publikasına isə etibar etmək olar.
Harada: Park Cinema Flame Towers
Nə zaman: 7 dekabr, 10:00
Gənc ana Sura Nadirova limfoma xərçəngi ilə mübarizə apararaq Türkiyədə müalicə alırdı. Müalicə o qədər bahalı idi ki, ailəsi yardım üçün rok musiqiçi, bəstəkar və xeyriyyəçi olan Halük Leventin fonduna müraciət edir. Halük Levent nəinki yardım etməyə cavab verdi, həm də sıx konsert cədvəlinə baxmayaraq Bakıda xeyriyyə konsertinin təşkil olunması arzusunda olduğunu bildirdi. Konsert Nargis Fondunun dəstəyi ilə bu şənbə günü keçiriləcək və toplanan bütün vəsait həmyerlimizin müalicəsinə xərclənəcək.
Harada: Elektra Events Hall
Nə zaman: 7 dekabr, 19:00
"Klassik musiqinin inciləri" layihəsi çərçivəsində "Yeddi notun ekologiyası" adlı maraqlı konsert proqramında çoxsaylı mükafatların laureatı, beynəlxalq kataloqun rəyinə görə dünyanın 17 eksklüziv pianoçusundan biri, Barselona Musiqi Akademiyasının professoru Senya Son çıxış edəcək.
Harada: Beynəlxalq Muğam Mərkəzi
Nə zaman: 7 dekabr, 19:00
Xalça Muzeyi Uşaq şöbəsi 10 illiyini qeyd edir və hər yaşda uşaqları “Xalça diyarına səyahət” adlı əyləncəli uşaq festivalına dəvət edir. Proqrama 6-16 yaş arası uşaqlar üçün master-klasslar, viktorinalar, kvestlər, face-art, Elçin Əliyev və İrina Eldarovanın yeni uşaq kitablarının təqdimatı, xeyriyyə yarmarkası və başqa tədbirlər daxildir.
Harada: Azərbaycan Milli Xalça Muzeyi
Nə zaman: 7 dekabr, 10:30 – 17:00
8 dekabr, 11:00 – 18:00
Leonardo da Vinçinin vəfatından 500 il keçir və tarixdə ilk dəfə onun bütün əsərlərini HD formatında görmək mümkün olacaq. "Leonardo: The Works" filmi ABŞ-dan Rusiyaya qədər dünyanın altı ölkəsində çəkilib. Premyera bu il keçirilib.
Harada: Park Cinema Flame Towers
Nə zaman: 8 dekabr, 13:00
İranlı rejissor Abbas Kiarostaminin "Külək bizi aparacaq" filmini Azərbaycan dilində altyazılarla izləyirik. Giriş sərbəstdir.
Harada: Caspian Plaza III, 3-cü mərtəbə
Nə zaman: 8 dekabr, 19:30 – 21:30
Bu həftə sonu Azərbaycan rəqs və çirlidinq kuboku keçiriləcək. Yarışlar dörd yaş qrupunda keçirilir. Ən gənc iştirakçılar dörd yaşlı qrupdur.
Harada: “Sərhədçi” İdman Olimpiya Mərkəzi
Nə zaman: 8 dekabr, 10:00 – 22:00