Uğura gedən yol

«İdeya düşünün. Onu öz həyatınız edin - onun barəsində düşünün, onu arzulayın, onunla yaşayın. Qoy sizin ağlınız, əzələləriniz, siniriniz, bədəninizin hər hissəsi bu ideya ilə dolu olsun. Bax, budur - uğura gedən yol».

Svami Vivekananda

Arzularının arxasınca dünyanın o başına getməyə hazır olan, mübarizə aparan, çətinliklərin öhdəsindən gəlməyi bacaran və nəyin bahasına olursa-olsun ideyalarını həyata keçirən kateqoriyalı insanlar var.

Bu gün biz sizə Glenfiddich ilə birgə yeni layihəni təqdim edirik.

miniatura

Hər kəs kimi olmamaq, fərqlənmək, sistem və stereotiplərlə mübarizə aparmaq – budur bizim qəhrəmanlarımızı xüsusi edən. Şərtsiz yaradıcı fərqli düşüncə bu insanları izdihamdan fərqləndirir və başqalarını öz karyeraları və nailiyyətlərinə diqqət yetirməyə məcbur edir. İngilis dilində tutumlu «maverick» sözü var (fərqli düşünən insan, dissident "damğasız" insan). Bizim layihənin qəhrəmanları bu anlayışa çox dəqiq uyğun gəlirlər!

Biz sizə öz arzularının ardınca getməkdən qorxmayan və buna müvəffəq olan gənclər haqqında danışacayıq. Onlar üçün uğur nədir? Onlar nəyi rəhbər tuturlar, axtarmağa, yaratmağa və məqsədinə çatmağa məcbur edərək onları irəliyə nə aparır?

Azərbaycanda tatu üzrə ilk qadın-usta, asan yolla getməyi deyil, qabaqcıl olmağa üstünlük verən, Yana Lyubimenko (Yana lu), uşaqlıqdan ətirlərin sehri ilə ovsunlanan ətriyyatçı Salam Çingiz Akif və notaların sehrli oyununa aşiq olan, öz həyatını sənətə xidmət etməyə həsr etmiş istedadlı musiqiçi, skripkaçı, orqançı və bəstəkar Üzeyir Məmmədov - hər bir qəhrəmanımız özünə xas və özünəməxsus unikaldır. Onları həyat yolu ilə aparan arzu və şəxsi imkanlarına olan inamdı. Gəlin onlarla yaxından tanış olaq.

Lyubimenko Yana (Yana lu), Azərbaycanda tatu üzrə ilk qadın-usta

Mənim üçün uğur - nəticədən sonra səni öz yaxınlarına tövsiyə edən müştərilərimin razı simalarını görməkdir.

Mənim ən böyük nailiyyətim hələ qabaqdadır, hələlik isə mən təcrübə qazanıram, sınaqlar edirəm, öyrənirəm. Haçansa özümdə güc tapsam və anlasam ki, başqalarını öyrətməyə, onlarla bildiklərimi paylaşmağa hazıram - bax bu mənim nailiyyətim olacaq.

Yananın üzərində: köynək, ətək, çanta Prada; ayaqqabı - Kurt Geiger

Əlbəttə, mən təkmilləşmək, beynəlxalq tatu-konvensiyalara getmək, xarici studiyalarda işləmək istəyirəm. Sevdiyim işi gəlirli biznesə çevirmək - mənim fikrimcə, heç də pis məqsəd deyil! 

Çingiz Salam, ətriyyatçı, Azərbaycan seçmə ətriyyat brendinin yaradıcısı

Sahibkar üçün hərəkətverici qüvvə nədən ibarətdir? Cavab sadədir: uğur.  Uğur - özünü reallaşdırma və şəxsiyyətin formalaşmasıdır. Həyatının işinə ürəyini qoyarkən, insan qarşılığını gözləyir: əkilmiş ağac bəhrə gətirməlidir. Övladlarımızı böyüdüb tərbiyə edərkən biz onların kim olduqlarına sevinirik. Mənim isə övladım UNIQUE LUXURY ətir şirkətidir. 

Uşaqlıqdan mənə bir-birinə qətiyyən bənzəməyən ətirlərin necə yaranması çox maraqlı olub, ətriyyatçılar ətirlərə xüsusi cazibədarlıq verən, fərqli notalarla səslənən inqrediyentləri hansı prinsipə görə  seçirlər. İllər keçdi, maraq nəinki azaldı, əksinə məni öz ətir formulamı yaratmaq və çıxarmaq ideyasına sövq etdi.  Eksperiment apararaq və ətirin yaranma tarixinin dərinliklərini tədqiq edərək mən istehsalın unikal sxemini aşkar etdim və bu da mənim brendimin formalaşmasının təməli oldu.

Çingizin üzərində: kostyum - Caruso; köynək, qalstuk, kəmər - Prada; ayaqqabı - John Lobb

Mən çox məmnunam və anlayıram ki, UNIQUE milli brendinə tələbat var və seçilmiş ətirlər xətti daha çox insanları sevindirir.

Mən əldə etdiklərimlə kifayətlənmək fikrində deyiləm, çünki brendin uğurlu və daha çox tanınmış olması məni yalnız həvəsləndirir. Sonrakı hədəfimiz - dünya ətriyyat bazarında layiqli yer tutmaqdır.

Üzeyir Məmmədov musiqiçi (bəstəkar skripkaçı, orqançı, orqan ustası), Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının məzunu

Mənim üçün uğur kimi bir kateqoriya yoxdur. Nəticəsindən asılı olmayaraq hər hansı bir hadisə mənim dünyagörüşümün yeni üfüqlərini aşkar edən dəyərli və maraqlı təcrübəyə çevrilir. Yaddaş, düşüncə - bu şəxsiyyətin özülüdür, sənətdə isə şəxsiyyət və dünyagörüşü əsas həlledici əhəmiyyət daşıyır. İnsan - bir güzgüdür, sənət əsəri isə - əks olunmadır. Təmiz güzgü olmaq – bax, uğur budur.

Mən öz peşəmdə dərslərimin konsepsiyasını formalaşdırmışam. Bu da mənə maraqlı nəticələr əldə etmək imkanı verəcək. Onlardan bəziləri artıq  göz qabağındadır.

Üzeyirin üzərində: pencək, köynək - Armani Collezioni; şalvar - INCOTEX, ayaqqabı - Paul Smith

Mənim son konkret məqsədim yoxdur, çünki heç vaxt əldə etdiyimizin üzərində dayanmaq olmaz. Mən həmişə irəli baxıram!

Çəkilişin təşkilatında göstərdiyi köməyə görə Coffee Station cafe, Four Seasons Baku Bentley Bar otelinə, Cafe Sunset, həmçinin Emporium Man və Emporium Port Baku mağazalarına təşəkkürümüzü bildiririk.

Foto: Parviz Gasımzade

Stil: Nigar Gahramanova