No Mediocre

İnsanlar hələdə teatra gedirlər və mənə elə gəlir ki, yaşadığımız rəqəmsal texnologiyalar erası haradasa buna təkan verir.

7T9A0929

Maksim Matveyev haqda nə bilirik? Tamaşaçıların ərköyünü və başdan-ayağa müsbət personaj, aktyor, «Stilyaqaların ulduzu”, rəssam, müdaxiləçi, düşüncəli və sadəcə, yaraşıqlı... «Mən özünü sevən, çılğın və bəzən çox qəzəbliyəm, – deyə o, əlavə edir. – Bütün bunlar mənim xoşuma gəlir. İnsan özünü olduğu kimi sevməlidir».

«Cüssəli bədən quruluşuna, həlim və gözəl, son dərəcə sakit və qətiyyətli üzə malik qarabuğdayı kişi, – Lev Nikolayeviç Tolstoy Anna Kareninanın məşum sevgilisini belə təsvir edirdi. – Onun üzündə və bədən quruluşunda qısa kəsilmiş saçlarından və təzə qırxılmış saqqalından geniş və səliqəli yeni mundirinə qədər hər şey sadə və qəşəng idi». Sanki klassik yazıçı Maksim Aleksandroviçi təsvir etmişdi. Peterburq gənclərinin parlaq siması, «qızıl oğlan» Vronskiy,  Maksim Matveyevin ifasında təxminən bir il sonra ekranlara çıxacaq. Zadəgan rolunun ona yaraşıb-yaraşmadığını biz artıq «Mata Xari» serialından bilirik. Orada o, unudulmaz Con Malkoviç, Rutger Hauer və Fyodor Bondarçukla eyni çəkiliş meydançasını paylaşaraq sevgili zabit rolunu oynamışdı.

Bu və ya digər layihənin seçilməsi, hər şeydən əvvəl, ifa edilən materiala olan maraqdan asılıdır. İkinci yerdə isə həmin materiala həyat vermək istəyən rejissor və çəkiliş meydançasındakı tərəf-müqabillər dayanır. Bundan başqa, «Mosqaz» və «Şeytanlar» da var ki, onlar da televiziya hekayələridir.

 

7T9A0609 bw

«Şeytanlar… Dostoyevskinin ən məşhur və ən ağır romanlarından biridir. Nikolay Stavroqin Maksim Matveyevin ifasında əsl sensasiya yaratdı: dörd seriya boyunca entropiya getdikcə artır və fəlakətə aparıb çıxarır. Teleserialın uğuru sayəsində aktyorun reputasiyası psixopat rolları ilə assosiasiya olunur.

İnsanların ifrat təzahürləri mənim xoşuma gəlir. İfrat dərəcədə olan emosiyaları müşahidə etməyi və göstərməyi sevirəm və mənə elə gəlir ki, hamı buna meyillidir. İstədiyiniz adama «dəli» deyə bilərsiniz, bu, tamamilə subyektivdir, ancaq rolda heç bir təzahür olmasa belə, mənim üçün, əlbəttə ki, rolda nə isə axtarmaq və tapmaq maraqlıdır. İfrat olanı və ya həmin personajı ifrata sürükləyəcək vəziyyətləri aşkara çıxarmaq. Mənim peşəmin mənası elə məhz bundadır.

Belə bir fikir var ki, rola girmək unikal prosesdir. Məsələn, Robert de Niro Vito Korleone olmaq üçün uzun müddət Siciliyada yaşamışdır. Məhz bu məqamda elə bir çətinlik olmadan şizofrenik Stavrogindən homme mediocre Voronskiyə çevrilən bizim qəhrəmanımız peyda olur...

Təcrübə artdıqca iş prosesinin qurulmasına dair yeni anlayış da formalaşır. Vaxtilə bir sıra radikal tədbirlər sınaqdan keçirilib, ancaq hər şeydən əvvəl, bu, əlbəttə ki, peşədir və hər bir peşənin öz qanunları və metodları var. Aktyor işi materialın, xüsusilə də, ədəbi materialın yığılması üzərində qurulur. «Şeytanlar»da oynamaq üçün mən həm romanı, həm də mənim üçün maraqlı olan bütün ədəbiyyatşünaslıq materialını oxumuşdum.

Bu prosesdə mən Stavrogini xəstə bir insan kimi təsvir edən və romanı bu nöqteyi-nəzərdən təhlil edən peşəkar psixiatrın araşdırmasına rast gəldim. Mən psixiatr olan tanışıma müraciət etdim və o bu xəstəliyin fiziki təzahürlərini üzə çıxarmaqda mənə yardım etdi. Bu, çox maraqlı və mürəkkəb bir təcrübə idi, çünki müşahidə etdiyini fiziki şəkildə çatdırmaq tam fərqlidir.

7T9A2308

Bəs roldan çıxmaq necə?

Aktyor sənətinin daxilən başqalaşma ilə əlaqəli olduğu yanlış fikirdir. Aktyorlar, sadəcə olaraq, yaxşı aldada bilirlər, vəssalam. Emosional təcrübəyə gəlincə isə, aktyorun materialı, əsasən, ədəbiyyatdan ibarətdir.

Təbii ki, aktyor öz personajına diqqətlə yanaşır və onunla həmin personaj arasında hansısa bir əlaqə qalır. Ancaq bu, oxumağı bacaran istənilən bir şəxsdəki kimi olur. Mən çox vaxt belə bir stereotiplə rastlaşıram: guya obrazdan çıxmaq çətindir, ancaq axı sən bilirsən səhnə nədir, reallıq nədir. Oynadın, çıxıb getdin evinə.

Teatrda oynamaq kino çəkilişindən fərqlənirmi?

Əlbəttə, texniki baxımdan fərqlənir, teatr keçicidir, başqa heç bir fərq görmürəm. Artist də elə həmin mənəvi gücü sərf edir, elə həmin metodlardan istifadə edir, məşq edir (əgər film yaxşıdırsa), elə həmin düymələrə vurur.

Bir çox insanlar təəssüflənirlər ki, rəqəmsal texnologiyalar erası psixi metabolizmin rəhni olan teatrların boşalmasına səbəb oldu və onlar hətta bunu Stanislavski sistemində «böhranın» olması ilə əlaqələndirirlər...

Bu, düzgün deyil! İnsanlar yenə də teatra gedirlər və mənə elə gəlir ki, rəqəmsal texnologiyalar erası müəyyən dərəcədə buna təkan verir. Burada başqa göstərici mövcuddur: ölkədə çətin vəziyyət olan zaman insanlar ətrafda baş verənlərə gülmək və artistlərlə canlı enerjini bölüşmək üçün teatra gedirlər. Biz bu yaxınlarda MBT-nin kassasına ən çox gəlir gətirən tamaşalardan biri olan «İdeal ər» tamaşasını oynamışıq və tamaşanın əvvəlində biz-bir neçə aktyor, tamaşaçıların arasında oturmalı idik. Hər dəfə zalda oturarkən biz inzibatçılarımızın tamaşaçıları yerləşdirmək üçün ora-bura qaçışdıqlarını görürük. Elə çətin vaxtlar olur ki, insanları az qala yerdə oturtmaq məcburiyyətində qalırlar. Deməli, məsələ böhranda deyil və Stanislavski sisteminin böhranı ilə, ümumiyyətlə, əlaqəli deyil.

7T9A2500

Bir sıra müasir tamaşalara düşmək elə də asan deyil. Teatrı başa düşməyi necə öyrənmək olar?

Teatr həm tamaşaçı, həm də ifaçı baxımından tamamilə könüllü məsələdir. Teatra təmiz və açıq ürəklə gəlmək lazımdır, çünki ibarəli desəm, teatr, hansı yolla olursa-olsun, ruhun simlərinə toxunur. Buna görə də özünü kökləmək və ya özünə qarşı gəlmək lazım deyil. Teatr fərqli, istənilən zövqə və istənilən qəlb çağırışlarına uyğun olur. Kino da fərqlidir və öz tamaşaçısını tapmalıdır. Texnologiyalar, üslub, janr, dramaturgiyanın «təmizliyi», ideyaların müxtəlifliyi baxımından mükəmməllik – bizə bax bunları arzulamaq lazımdır.

Aktyor fəaliyyəti ilə yanaşı, Maksim Matveyev – «saat aludəçisi» və «Corum» saat markasının üzüdür. O həm də «Doktor Kloun» xeyriyyə təşkilatının ən məşhur iştirakçılarındandır...

Doktor-kloun – heç vaxt həkim vəzifəsini öz üzərinə götürməsə də, gülməli və əcayib görünməmək və gərginliyi azalda bilmək üçün ilkin tibbi biliklərə və texniki və mənəvi bacarıqlara sahib olan insandır.

Belə bir uşaq təsəvvür edin: o, gözəl yaşayıb, ətraf aləmlə ünsiyyətdə olub və psixoloqların dediyi kimi, dünyaya hökm edib. Xəstəxanada nə edəcəyini bilmir və oradakı mühiti aqressiv qəbul edir, çünki ağ xalatlı insanlar onun şəxsi məkanına müdaxilə edir və onunla çox vaxt ağrılı olan manipulyasiyalar edirlər... uşaq özünə qapanır. O sıxılır və bu da sağalma prosesinə müəyyən dərəcədə təsir göstərir. Digər tərəfdən, çox sayda xəstə uşağın olduğu böyük bir şöbədə işləyən bir həkimi təsəvvür edək.

Bu həkimin əməyinə hörmət hissi ilə yanaşırıq, amma hər bir uşağın psixoloji vəziyyəti ilə məşğul olmağa onun vaxtı çatmır. Bu zaman vəziyyətə doktor-kloun nəzarət edir. O, uşağa uşaqlığını qaytarır və ona göstərir ki, xəstəxanada da zarafat etmək, oynamaq və uşaq kimi qalmaq olar. Doktor-klounun əsas vəzifələri punksiya və ya qanalma kimi ağrılı prosedurlarda iştirak etməkdən, uşağın diqqətini onun bədəninə edilən müdaxilədən yayındırmaqdan və emosional baxımdan onu hazırlamaqdan ibarətdir. Hamıya məlum faktdır ki, iynənin yaxınlaşdığını görmürsənsə, inyeksiya prosesi elə də ağrılı olmur.

7T9A15200

Bizim həkim-klounlarımız uşaq psixologiyası və xəstəxanaya düşmüş uşağın psixologiyası üzrə xüsusi kurslar keçirlər, Moskvanın aparıcı həkimlərinin mühazirələrinə qulaq asırlar ki, uşaqların nədən ağrıdığını bilsinlər və tibbi etikanı pozmasınlar. Əlbəttə ki, bundan başqa, onlara aktyor sənəti, klounada üzrə pedaqoqlar dərs keçirlər və hər bir klounun obrazı hərtərəfli şəkildə düşünülür. Bizim təşkilatımız hələ ki könüllüdür, ancaq biz inkişaf edirik, həkimlər artıq bizi tanıyır və dəvət edirlər. Xarici həmkarlarımızın işi bizi həvəsləndirir: Qərbdə belə təşkilatlar artıq 30 ildən çoxdur ki, fəaliyyət göstərir.

Təxminən üç ay əvvəl Fransa parlamenti belə bir qanun qəbul etmişdir ki, uşağın müalicəsi səriştəli həkim-klounun iştirakı olmadan həyata keçirilə bilməz. «Le Rire Medecin»  təşkilatı dövlət diplomları verir. Bizim könüllülərdən olan Svetlana Sandrakova həmin diplomun sahibidir və onun biliklərinə əsasən biz növbəti könüllülər qrupunun öyrədilməsini təşkil edəcəyik. İsraildə Xayfa universitetinin bazasında həkim-klounlar fakültəsi fəaliyyət göstərir ki, orada bu peşə dövlət səviyyəsində tədris olunur...

Sevdiyi ailəsi və sevdiyi işi  – ona xoşbəxtlik üçün bunlar lazımdır. Hər şeyə vaxt çatdırmaq mümkün deyil, prioritetləri düzgün müəyyən etmək lazımdır..

İş seçimində çox dəqiq olmaq lazımdır, çünki məhz o zaman işiniz: a) sizə zövq verəcək və b) başqa məşğuliyyətlərə də vaxtınız qalacaq. Lazımsız işlərə vaxt sərf  etməmək və istəmədiyiniz işlə məşğul olmamaq. Vəssəlam.

 

 

Интервью: Сона Насибова/фото: Григорий Шелухин/стиль: Ольга Боброва