Mercedez-Benz Fashion Week artıq Bakıda

25-28 may tarixlərində MBFWBaku Payız-Qış 2017/2018-in ilk sezonu baş tutacaq.

mers_poster_date_

Üçguşəli ulduzun işarəsi altında prestijli moda nümayişinin keçirilməsi hüququnu “Baku Fashion Week” agentliyi əldə edib.

2000-ci ildə fəaliyyətə başlayan Mercedez-Benz Fashion Week, tezliklə moda dünyasında ən fərqlənən hadisələrdən birinə çevrildi.

Mercedez-Benz Fashion Week – orijinal festivaldır. Burada əsas ideya artıq uzun illərdir yüksək keyfiyyət nümunəsi olan aparıcı alman avtomobil istehsalçısının son yeniliklərinin fonunda müxtəlif dünya xalqlarının mədəniyyət və adət-ənənələrini geniş miqyasda təqdim etməkdir.

Mercedez-Benz Fashion Week emblemi altında Avropa, Avstraliya, ABŞ, Asiya və Yaponiyada moda nümayişləri keçirilir. Artıq bu prestijli siyahıda Azərbaycan da öz yerini tutdu.

İlk Mercedez-Benz Fashion Week Baku-nun keçiriləcəyi yer olaraq şəhərimizin tarixinin  və müasir elementlərin arxitektura və dizaynla sıx birləşdiyi məkan seçilmişdir. Bunun nəticəsində Mercedes-Benz Moda Həftəsinin yenilikçi ideyalarının "məlum ruhuna" mükəmməl cavab verən Passage 1901 “məkanı yaranıb”.

Sponsor və dizayner qismində iştirak etmək üçün, həmçinin mətbuat nümayəndələrinin akkreditasiyası ilə bağlı bütün müraciətlər [email protected] ünvanı vasitəsilə qəbul ediləcək.