ƏSRDƏN KEÇƏN SEVGİ

Lacoste şirkəti ilk baxışdan sevgiyə həsr olunmuş  yeni reklam çarxını təqdim edib. Bu reklam çarxını cəsarətlə əsl bədii mini-film adlandırmaq olar. Hekayəyə əsasən, çarxın baş qəhrəmanları perronda qarşılaşırlar, onların baxışları bir anlıq kəsişir və ikisində də sanki ildırım vurmuş kimi güclü hiss yaranır. Gənc oğlan gözdən qaçan naməlum qızın dalınca atılır və onun yolu bütöv bir əsrdən keçir: hər şey 1933-cu ildə başlayır, 2017-ci ildə isə bitir. 

Lakin, gənc oğlanın brendin klassik polosundakı obrazı bir saniyə belə öz aktuallığını itirmir.