Amapola Exclusive Eventsdən bayram

Məlum olduğu kimi, 22-25 iyun tarixlərində Bakıda Formula 1-in Azərbaycandakı Grand Prisi keçirilmişdi. Həmin günlərdə dəniz kənarı bulvarda Bakılılar və paytaxtımızın qonaqları üçün maraqlı əyləncələr təşkil edilmişdi. 

screen_shot_2017-08-22_at_12.16.36_pm

Amapola Exclusive Events şirkəti - fərdi və korporativ tədbirlərin, həmçinin Şəhər və dövlət səviyyəsində kütləvi tədbirlərin peşəkar təşkilatçısı - bulvarda Azərbaycanın mədəniyyət guşələrinin, xüsusi istirahət zonalarının təşkilində, o cümlədən bütün bulvar ərazisini əhatə edən, uşaqlar və ya böyüklərə darıxmağa imkan verməyən əyləncə proqramınının keçirilməsində köməklik etmişdi.

screen_shot_2017-08-22_at_12.16.12_pm

Azərbaycan mədəniyyət guşələri xüsusilə xaricilər arasında böyük uğur qazanmışdı: burada onlar xalqımızın incəsənəti və əsrlər boyu davam edən ənənələri ilə yaxından tanış ola bilmişdilər. İstəyən hər bir kəsin ənənəvi şirniyyatlardan dadmaq, milli musiqini dinləmək, ən əsası isə - ölkəmizin müxtəlif bölgələrindən olan mahir sənətkarların işini müşahidə etmək şansı var idi. 

screen_shot_2017-08-22_at_12.16.53_pm

Həmin günlərdə bulvarda ağacda oyma, keramika, xalçaçılıq, zənbilhörmə, şüşə üzərində rəsm, qurama tikişi, araqçın, kəlağayı və şəbəkənin hazırlanması kimi dekorativ-tətbiqi incəsənəti üzrə 30-dan çox ustalar işləmişdi.

screen_shot_2017-08-22_at_12.18.06_pm

screen_shot_2017-08-22_at_12.19.51_pm

screen_shot_2017-08-22_at_12.19.28_pm

Amapola Exclusive Events şirkətinin təşkil etdiyi əyləncə proqramında Ukrayna sirkinin akrobatları, Stilt Walkers ağacayaqları, animator Spandy Andy, milli və müasir rəqs ifaçıları iştirak etmişdi. Xüsusilə tamaşaçıların yadında pantomim-şousu, "sabun" şousu və "Azərbaycanın Çarli Çaplini" olan Üzeyir Novruzovun çıxışları qalmışdı.

screen_shot_2017-08-22_at_12.17.18_pm

screen_shot_2017-08-22_at_12.19.02_pm

screen_shot_2017-08-22_at_12.19.16_pm

Bulvarda isti Bakı günəşindən gizlənmək üçün xüsusi istirahət zonaları da ayrılmışdı. Burada divanda rahat oturaraq yarışları monitor vasitəsilə seyr etmək mümkün idi. 

screen_shot_2017-08-22_at_12.18.17_pm

Bulvarın xanım ziyarətçilərinin stilis, bərbər və digər xidmətlərdən istifadə etmələri üçün Beauty-Pit-Stoplar təşkil olunmuşdu. Balacalar da burada darıxmırdı: kids-pit-stoplarda onları maraqlı oyunlar və xüsusi təlimli animatorlar gözləyirdilər.

screen_shot_2017-08-22_at_12.17.45_pm

screen_shot_2017-08-22_at_12.17.07_pm

Bir sözlə, bu dörd gün unudulmaz idi. Amapola Exclusive Events şirkətinin bütün komandası bu bayramın keçirilməsinə layiqli bir töhfə verdiyindən qürur duyur!