What's Cooking: Ədviyyəli hekayə

Mən tez-tez müxtəlif ədviyyatlardan istifadə edirəm. Onlarla bağlı bir çox məlumat var, amma mən öz dadlarımla bölüşmək istərdim.

image3

Son illərdə ədviyyatlara qarşı münasibətim bir neçə dəfə dəyişib - onlara tamamilə məhəl qoymamaqdan olduqca yüksək marağa və həqiqi sitayişədək. Nə qədər inanılmaz bir şeydir ədviyyələr! Məsələn, bir toyuq götürək - yalnız ədviyyatın köməyi ilə, limon, rozmarin və ya oreqano ilə ona dad verərək Aralıq dənizi yeməyinə çevirə bilərik. Toyuğa zirə, darçın və sarıkök sürərək yeməklə birlikdə özümüzü Yaxın Şərqdə hiss edə bilərik.

Ancaq, zaman keçdikcə mən başa düşdüm ki, ədviyyat ilə diqqətli olmalısan – “həddindən çox” yaxşı sözünün sinonimi deyil, hər şeyi yalnız bir çimdiklə korlaya bilərsən!

Bu mərhələdə, mən məhsullara inanıram və hesab edirəm ki, yemək üçün ən yaxşı şey - onu maksimal dərəcədə "təmiz" saxlamaq, məhsulun özünün dadını üzə çıxartmaq və vurğulamağa çalışmaqdır.

image4

Sizinlə məni heç vaxt pis vəziyyətdə qoymayan və sizə yararlı olacaq olan go to kombinasiyalarımla bölüşmək istərdim.

Sarıkök, zirə, cövüz, darçın, qara bibər, mixək və üyüdülmüş keşniş - kiçik bankada görünən yerdə saxladığım ədviyyat qarışığı mənim üçün olduqca xüsusidir. Bu hələ mənim nənənim reseptidir, milli mətbəxə çox uyğun gəlir. Qarışım o qədər ahəngdardır ki, mən onu çox yeməklərdə istifadə edirəm.

Zirə, sarıkök, üyüdülmüş keşniş - şərq yeməkləri üçün olan qarışıqdır. Mən onları adətən ət sousları və tacin yeməklərində istifadə edirəm. Sirr bu ədviyyatların əvvəlcədən yağda qovrulmasındadır - bu üsulla onların dadı daha yaxşı çıxır.

Limon otu, laym yarpaqları, sarımsaq, təzə zəncəfil, çili - sirli Asiyadır! Hər bir inqrediyent - yalnız dad partlayışıdır. Əgər onları tər olaraq tapmasanız, qurudulmuş və ya supermarketdən hazır sous şəklində istifadə edə bilərsiniz. Adətən limon otu və ya laym yapaqları alarkən mən onları dondurucuda dondururam. Bu şəkildə onlar uzun müddət qalır və onlardan istədiyim vaxt istifadə edə bilərəm.

Rozmarin - mənim üçün ən ziddiyyətli ədviyyədir. Rozmarin kolları düz mənim həyətimdə bitir. Lakin bu ədviyyədən çox istifadə etdiyinizdə yeməyə sabun dadı verə bilər. Qoyun budunu bişirərkən mən mütləq aralarına sarımsaq və bir neçə rozmarin yarpağı basıram - o zaman yeməyin ətri və dadı ideal olacaq! Bir də rozmarin bişmiş kartof üçün çox yaxşıdır, yenə də ən əsası həddi aşmamaq şərtilə.

Reyhan və oreqano - onlar olmadan mənim sevimli tomatlı italyan sousum olmaz!

Mixək - rəfimdə daha bir ulduz. Sevimli yeməyim - soğan və bir neçə mixəklə əzmə ət. Ət hazır olanadək üzərinə su töküb pörtlətmək. Mixək ət yeməkləri ilə əsl möcüzələr yaradır.

Zəncəfil, nanə, bal - soyuq Praqada qışda məni xilas edən bir qarışımdır. Mən onları adətən ya həvəngdəstədə ya da blenderdə qarışdırıram, üzərinə isti su əlavə edirəm və termosa tökürəm. Soyuq havalarda və soyuqdəymədə çox yaxşı kömək edir və immuniteti əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Həmçinin orqanizmin daha yaxşı faydalanması üçün sarıkök də əlavə etmək olar.

image1