What's Cooking: İdeal blinlər

icon

Şübhəsiz ki, hər bir həvəskar kulinarın hansısa alınmayan bəzi reseptləri var və onunla hələ də əziyyət çəkir, ta ki hər şey bir gün möcüzəvi şəkildə öz qaydasına düşənədək. Mətbəx nemesisi kimi. İki il bundan əvvəl məndə də belə bir resept var idi. Bunun sadə blin olduğunu desəm, yəqin ki, inanmazsınız. Bəli, kimsə onları "sol ayağı" ilə edir, kimdəsə isə sadəcə belə nazik fransız blini eləmək alınmır. Mən əziyyət çəkirdim, əsəbi şəkildə xəmiri tökürdüm, dünyada hər bir şeydən inciyirdim və etiraz əlaməti olaraq mətbəxə girmirdim. Amma yenə də təslim olmadım. Mənim yaxşı bir rəfiqəm var, ən yaxşı blin resepti ondadır. Sizi inandırıram, əgər blin üçün sizin yaxşı tavanız və heç olmasa az da olsa səbriniz varsa, o zaman sizdə hər şey alınacaq! 5 ədədini birdən ayaq üstü nutella və ya cem sürərək yediyiniz həmin o qızılı, qırmızı blinlər. Resepti mən əzbər bilirəm. Əgər gecə məni oyadıb vurma cədvəlini soruşsalar xatırlamaram, bu resepti isə mütləq xatırlayaram.

  • 1 litr süd;
  • 4 yumurta;
  • 2 stəkan un;
  • 1 çay qaşığı duz;
  • 1 xörək qaşığı şəkər tozu;
  • 1 xörək qaşığı günəbaxan yağı

screen_shot_2017-11-01_at_2.40.32_pm

Xəmir yoğurmaq. Xəmir duru olmalıdır. Mütləq onu 30 dəqiqəlik soyuducuya qoymaq lazımdır, xəmir özünü tutan kimi hazırdır. Tavaya bir qədər yağ tökün və hər blin üçün 1 çömçə tökərək bişirin. Qabarcıqlar əmələ gələn kimi kənarlarından qopararaq diqqətlə çevirin. Hər blinə yağ sürməyi məsləhət görmürəm - çox yağlı olur.

Adətən blinlərin yarısını qatılaşdırılmış südlə, nutella və ya cemlə yeyirik. Digər yarısını mən ət qiyməsi ilə edib buzluğa qoyuram. Xüsusilə qışda turşu ilə tez hazırlanan əla nahar yeməyidir.

screen_shot_2017-11-01_at_2.40.47_pm

Bon appetit!

Mətn: Həcər Əliyeva