Onu cəsarətlə müasir Azərbaycan incəsənətinin ən qeyri-adi rəssamı adlandırmaq olar. Ən azından ona görə ki, rəssamlığa göstərdiyi xidmətlərdən savayı o, həm də peşəkar fotoqrafdır.
Azərbaycanın əməkdar rəssamı, Rəssamlıq Akademiyasının rəsm kafedrasının professoru, Rəssamlar İttifaqının gənclər birliyinin sədri, fotoqrafiya haqqında çox saylı kitabların müəllifi, yerli və dünya bədii fotoqrafiyası üzrə metr Tahir Məmmədov nail olduqları ilə kifayətlənmir və özü haqqında daimi yaradıcı hərəkətdə olduğunu bildirir.
"Sultan Məhəmməd" mükafatının laureatı, Azərbaycanda ilk dəfə bədii fotoqrafiya haqqında kitabın müəllifi, SSRİ Rəssamlıq Akademiyasının diplomunun sahibi... Onun fərdi sərgiləri ABŞ-da (1991), Parisdə (1992, 2003, 2011), Belçikada (2005), Moskvada (2010, 2012, 2013) keçirilmişdir, əl işləri isə dünyanın müxtəlif muzeyləri və qalereyalarında saxlanılır, bunlara Tretyakov Qalereyası, "Şərq Xalqları" muzeyi (Moskva), Bədii Sərgilər Direktorluğunun fondu (Moskva), "ARTS Turnelle" sərgi salonu və "Edmon Rozenfeld" qalereyası (Paris) daxildir, rəssamın əsərləri həmçinin ABŞ, Almaniya, Türkiyə və Yaponiyada şəxsi kolleksiyalarda yer alır...
Məhz axtarış və böyük maraq ehtirasla fotoğrafiya ilə məşğul olmağa səbəb olub.
- Bəli, fotoqrafiyaya mən rəssamlıqdan gəlmişəm. Əvvəl öz yaradıcılığımda rəssamlıqda olan hiperrealizm istiqamətindən fiqurativ ekspressionizmə keçmişəm, sonra isə fotoqrafiya sənəti mənim həyatıma daxil olub və onun böyük hissəsinə çevrilib.
Rəssam və fotoqraf olmaqla yanaşı, Tahir Məmmədov hesab edir ki, hər bir fotoqraf ilk növbədə təsviri sənətin əsaslarını öyrənməlidir.
- Bütün dünyada fotoqrafiya müstəqil sənət növünə çevrilmişdir - o ideyalarda, emosiyalarda sərbəst şəkildə əks olunur. Məsələn, təsviri sənət üçün - rəssamlığın əsaslarını, proporsiyanı, ölçüləri, kompozisiyaları mütləq öyrənməlisən, fotoqrafiya isə - burada və indi baş verən bir hadisədir. Əgər sən məqsədli şəkildə düşünürsənsə, o zaman mükəmməl kadrı əldə edənə qədər yenə və yenə çəkəcəksən.
Lakin bu heç də, o demək deyil ki, Tahir Məmmədov rəssamları və fotoqrafları "akademik" və müstəqil öyrənmiş qruplara bölür.
- Fəxrlə deyə bilərəm ki, Bakıda bədii fotoqrafiya Fakültəsi mənim təklifim sayəsində və Rəssamlıq Akademiyasının rəhbərliyinin dəstəyi ilə açılmışdır və fakültədə ilk dərs vəsaiti «Fotoqrafika» kitabı olmuşdur.
Dizayn kafedrasının nəzdində ayrı bir fakültənin açılışından savayı rəssam-fotoqraf ömrünün bir çox illərini bədii fotoqrafiya haqqında bir sıra kitabların yazılmasına həsr etmişdir. Elə "Bədii fotoqrafiya" adlanan ilk əməyinin üzərində o, üç il işləyib və bu kitabı nəinki yeni başlayan fotoqraflar üçün dərs vəsaiti, həm də bədii əsər hesab etmək olar.
- İkinci «Fotoqrafika» kitabımda mən artıq fotonun üzərində düzəlişləri etmək üçün müasir rəqəmsal texnologiyalardan necə istifadə ediləcəyini izah edirəm. Bu, dərs vəsaiti artıq peşəkar təhsil alan ali tədris müəssisələrinin tələbələri üçün nəzərdə tutulmuşdur.
Fərqli illərdə onun Landscape, Nude, Persons albomları, rəsm və fotoqrafiya üzrə kitabları buraxılmışdır.
- Rəssamlıq və fotoqrafiya layihələri ilə yanaşı, klassik musiqidən, caz və pop-cazdan enerji alıram, mütəmadi olaraq müasir müğənnilərin konsertlərinə gedirəm... Mən onu hər şeydə tapıram - ətraf mühitdə, təbiətdə...
Fotosənət dünyası onun dünyasına çevrilib. Rəssam olaraq onun yaradıcılığı ilə paralel inkişaf edərək şüurunda yaranan bir çox ideyalar, fantaziyalar, obrazlar fotolarda daha adekvat şəkildə ifadə olunub. Tahir Məmmədovun müəlliflik dəsti-xəttinə xas olan ekspressiv təsvirin xüsusiyyətləri hər zaman onun fotoşəkillərində mövcuddur. Tahir Məmmədovun işləri müxtəlif nəşrlərdə dərc olunmuşdur. Onun bir çox layihələri "Yol" jurnalının baş redaktoru Lalə Kazımova ilə birlikdə həyata keçirilib.
Böyük uğur 2002-ci ildə səs saldı: I Bakı Beynəlxalq Foto müsabiqəsində Gran-Pri. İki ildən sonra II Beynəlxalq müsabiqə - və iki mükafat birdən: birinci və ikinci yerlər. Münsiflər heyətini indi artıq hər kəsə məlum olan rəssamın üslubu valeh etmişdi: orijinal ssenari, mükəmməl rejissorluq tərtibatı, dəqiq yaxalanmış an, soyuq konseptual hesab və parlaq, emosional təqdimat.
O, cəsarətli və özünə güvənən biridir, heç vaxt öz üslubunun düzgünlüyünə şübhə etməyib və heç kəsin nüfuzuna baxmadan həm fotoqrafiya sənətində, həm də rəssamlıqda öz yoluna davam edib. Həm öz Vətənində, həm də xaricdə qəbul edilmiş və tanınmış olan Tahir Məmmədov bir çoxları üçün hələ uzun müddət fotoqrafiyada yeni söz söyləyən rəssam olaraq qalıb.
Tahir Məmmədov həqiqi böyük uğuru artıq kamil dövründə qazanmışdı. Aristokrat cəmiyyətin qlamur portretlərinin tanınmış ustası olaraq o, heç vaxt şablon hərəkət etməmişdir: həmişə orijinal qalmağa çalışaraq, duyğularının izi ilə getmişdir.
Azərbaycan publishing foto təcrübəsində xüsusi dəyərli olan amil Tahir Məmmədovun bilinən yol ilə getməməsidir, onun hər yeni layihəsi - yeni bir təcrübədir. Kaprizlər, zərif pop musiqisinin "geyimləri" üzrə usta olaraq o, özü də bu şok edici parlaq dünyanın bir hissəsidir. Hərəkətlərində coşğun və söhbətdə düşünülmüş-təmkinli, dağınıq-zərif və tərzli, sənət zəhmətkeşi olan rəssam kübar yığıncaqların dünyasını daxildən görür və yaxşı öyrənə bildiyi şeyləri tamaşaçıya göstərir.
Bu gün ölkəmizdə və xaricdə məşhur olan bir çox nəşrlər ona öz səhifələrini məmnuniyyətlə təqdim edirlər. Maestroya moda jurnallarından, inkişaf etmiş şirkətlərdən və fərdi şəxslərdən sözün əsl mənası ilə sifarişlər yağır. Fərdi sərgilər, professional müsabiqələr, qaçınılmaz kübar ziyafətlər - Tahir Məmmədov hər yerə yetişir. Ancaq gündəlik planı nə qədər dolğun olsa da, qrafiki nə qədər ağır olsa da rəssam həmişə yaradıcılıq üçün vaxt tapır.
Tahir Məmmədov onu ən istedadlı, kreativ tələbələrin daim əhatə etdiyi Rəssamlıq Akademiyasında çalışır.
- Mən xoşbəxtəm ki, mənim məktəbimin davamçıları təhsillərinə ən yaxşı xarici universitetlərdə uğurla davam edirlər və onların bir çoxu həm rəssamlıqda, həm də bu gün bədii fotoqrafiya kimi aktual istiqamətdə tanınmış ustalara çevriliblər.
İndi artıq arxasında bir çox təcrübə buraxmış biri olaraq o, həmişə rəssam olmağı arzuladığını dəqiq bilir. Modellərə gəldikdə, onların maestronun fantaziya dünyasındakı varlıqlarının - bir alət, onun isə bir simada ssenarist, rejissor, rəssam və operator olduğu artıq təsdiqlənib.
Maestronun vəzifəsi həmişə tamaşaçını maraqlandırmaq, onun təxəyyülünü oyatmaq olub.
Vizual sənətin bütün tərəfləri bir yaradıcı hərəkətdə birləşir: qrafikanın, rəssamlığın və plastikanın sintezi və təsviri üsullarının qarşılıqlı nüfuz etməsi rəssamın obyektivində fokuslanıb.
Həm də o, daimi özünü təkmilləşdirməkdədir:
- Mən ambisiyalı bir insanam, hər şeyə yetişmək və hər şeydə birinci olmaq istəyirəm! Texnologiyanın inkişafı məni daha da sürətli hərəkət etməyə məcbur edir.
Tanınmış rəssam və dəbli fotoqrafıya üzrə usta, kübar həyata və bomonda bələd olan Tahir Məmmədov bizə yeni "Ədən bağı" adlı konseptual layihəsini təqdim edib. Burada o, rəsm əsərləri ilə yanaşı məşhur, klassik sujetli foto işlərini nümayiş etdirir. Rəssam-fotoqraf Tahir Məmmədovun qənaətinə görə hər kəsin ilham tapa biləcəyi və özünü tamamilə azad hiss edə biləcəyi cənnət guşəsi olan "Ədən bağı" sərgisinin konsepsiyasını rəssamlıq və fotoqrafiyanın sintezi kimi təsvir etmək olar!
MÜSAHİBƏ MARİNA MURSALOVA FOTO PƏRVİZ QASIMZADƏ