ZEYNƏB CAHAN: YEREBATAN SARNICI

Bu gün biz buludlara qalxmayacayıq, yerin altına - İstanbulun mərkəzində yerləşən "Yerebatan Sarnıcı" adlı Yeraltı Saraya enəcəyik! 

 

Bazilika sisterni kimi də tanınan Yerebatan sisterni eramızdan əvvəl VI əsrdə inşa edilib. Gizli yeraltı su anbarından ibarət bu sistern İstanbulun tarixi yerlərindən biri olan Sultanahmet meydanında yerləşir. Bu su anbarının inşasını yunanlar başlamış, lakin Konstantinopolun türklər tərəfindən işğalından sonra tərk edilmiş və sözün əsl mənasında əsrlər sonra, yalnız 1987-ci ildə muzey olaraq bərpa edilmişdir. 

 img_3968

Yeraltı dünyasına qısa bir səyahət qarşınızda təxminən 9 metr yüksəklikdə mərmər sütunlar sarayınının mənzərəsini açacaq. Əgər Den Braunun “İnferno” kitabını oxumusunuzsa, bu yer sizə tanış gələ bilər. Burada həmçinin Konçalovskinin "Odissey" və Ceyms Bond haqqında “Rusiyadan məhəbbətlə” filmləri çəkilmişdir. 

 img_3966

"Gözyaşı sütunu" boyunca (suyun sütundan sanki gözyaşı kimi axdığı antik zal məhz belə adlandırılıb) səyahət etdikdən sonra meduzanın tərs çevrilmiş başı olan “Arzular hovuzuna” gəlib çıxacaqsınız. Mistika sevərlər üçün məlumat: meduzanın başı aşağı olduğu üçün onun gözlərinə baxmaq qorxulu deyil, hətta cəsarətlə toxunmaq, xırda pul atmaq və arzu diləmək olar! 

 02

İstanbul izdihamlı, daim təlaşda olan bir şəhərdir və Yerabatan Sarnıcı yeraltı su anbarı tam sükut və harmoniya tapmaq üçün yarım saatlıq qərq olunacaq bir yerdir.

 Zeynəb Cahan