Sevgi haqqında kitablar

Əziz oxucu, bu həftə qırmızı qızılgüllərlə, şarlarla və şokoladlı çiyələklərlə dolu olduğu üçün mən istiqaməti dəyişməyə və həftə sonuna bir az «valentin» əhvalı qatmağa qərar verdim!

Bir dəfə mən bu bayramın əsl yaranma hekayəsini araşdırmaq istədim – bəzi əfsanələrdə Valentin ənənəvi oriyentasiyaya malik deyil, başqa versiyaya görə o aşiq keşiş olub, amma nədənsə mənə elə gəlir ki, o həqiqətən heç mövcud olmayıb. Yəqin ki, Müqəddəs Valentin fransız və ingilis ədəbiyyatı təsiri altında yavaş-yavaş yaranan obraz olub. Bu gün elə həmişə olduğu kimi sizinlə ədəbiyyat haqqında danışacam. Ən böyük sevgi əsərlərinin siyahısını tutmaq olarmı? Əlbəttə yox! Nə qədər insan – o qədər siyahı. Budur, düşünməyiniz üçün sizə bir neçə kitab təqdim edirəm.

Sevgi nədir? Dəm qazından yaranan dəlilik, 

Yanğına səbəb olan odla oyun.

Alışmış dərya qədər göz yaşı, 

Düşüncəsizlik naminə tərəddüd

Zəhər və panzəhər qarışığı.

                                                                                                                                                                                                                                           

«Dünyada belə bir kədərli povest yoxdur» – bu klassik ştamp bir çox həvəskarlar üçündür, lakin iki gəncin faciəvi hekayəsi kitabsevərləri təsirləndirməyə bilməzdi, xüsusilə Marşakın tərcüməsində.  Heç bir teatrın bu «banal» hekayəsiz ötüşmədiyi barədə isə susuram. Belinski yazırdı ki, «Zövq verən ilahi hiss kimi sevgi etirafı»  Romeo və Cülyettanı ən məşhur sevgiliyə,  eyni adlı faciəvi romanı isə Şekspirin ən məşhur əsərinə çevirdi. Oxuyun! Tərcüməsini də, orijinalını da oxuyun, tamaşasına gedin, filmini seyr edin (ilk filmlərdən biri olan Franko Zeffirellinin çəkdiyi filmi məsləhət görürəm).

Həyatda yuxular görürdüm, daha sonra onlar daimi mənimlə birlikdə qalırdı və düşüncə tərzimi dəyişirdi: şərabla qarışan su kimi yavaş-yavaş mənə nüfuz edirdi, tədricən fikirlərimin rəngini dəyişirdi

Yəqin ki, Bronte bacılarını tanıyırsınız. Emilinin yeganə “İldırımlı təpələr” romanı ədəbiyyata qotik üslubun romantik təfsirlə birlikdə istifadə etmə yenilikçiliyi ilə girib. Bu sevgi hekayəsində, başqa sözlə desək, bir çox mənfi qəhrəman var, lakin qeyri-adi hekayə forması insanı özünə cəlb edir - bu həm də hekayə içində olan hekayədir; həm də oxucu çox vaxt hadisələri başqalarının sözlərindən dinləyir; muzdur və onun sahiblərinin qızı ilə faciəvi sevgisi barədə hekayənin bir çox başqa nüansları. 

 Mənim ilk sevgim olmamışdı – nəhayət o dedi, – birbaşa ikincisindən başladım

İldırımlı təpələrdən və yetkin personajlardan yenidən gənc, həyəcanlara, İvan Sergeyeviç Turgenevin demək olar ki, yarı-uşaq "İlk sevgi" romanına keçək. Bu hekayə real hadisələrə əsaslanır baş qəhrəmanın ümidsiz sevgisi, hər şeyin başladığı bal, Zinaida və yalnız onun haqqında olan düşüncələr! İvan Sergeyeviç özü bütün duyğuları gənc qəhrəmanla birlikdə yaşayır və "İlk sevgi" romanını oxuyanlar, nə qədər böyüksünüzsə, bir o qədər yaxşıdır!

Eşqdən başqa şey boş bir oyuncaq.

Eşqsiz olsaydı xilqətin canı

Diriliк sarmazdı böyüк cahanı.

Eşqsiz bir adam bir neydir – qırıq,

Yüz canı olsa da, ölüdür artıq

                                                                                                                                                                                                                              

Xosrov və Şirin hekayəsini yenidən oxuyanda mən sufizm haqqında düşünürəm. Amma sevgililər gününün kontekstində Nizami Gəncəvinin yazdığı "Xəmsə"yə daxil olan bütün poemalara müraciət etmək olar. Dahi yazıçı, şərq poeziyasının klassiki Nizami bizə sevgi haqqında ən fəsahətli hekayəni bəhş edib. Öz Romeo və Cülyettamızı indi deyilsə, bəs nə vaxt xatırlayaq? "Xəmsə" müxtəlif dillərdə satılır və bəxtiniz gətirsə illüstrasiyalı nəşri tapa bilərsiniz.

Çoxlu kitab oxuyun və sevdiklərinizi qoruyun!

Zeynəb Cahan