WHAT'S COOKING: ŞOKOLADLI BABKA

Şokoladlı babka: nutella, fındıq, xəmir.

Ən yaxşı inqrediyentlər bir yerdə!

image4

Sadə mayalı xəmiri götürürük. İçliyi hazırlayırıq. Xəmir qatını doldururuq, boru şəklində bükürük, uzununa kəsirik və hörük kimi hörürük. Uzun düzbucaqlı keks formasına qoyuruq. Bir qədər saxlayırıq, sonra bişiririk. Hər şey göründüyündən daha asandır. İndi isə texniki hissə. 

1 ədəd babka üçün lazımdır:

  • 2 stəkan un
  • 1/2 stəkan süd
  • 10 qram quru maya
  • 50 qram kərə yağı
  • 1 ədəd yumurta
  • 4 qaşıq şəkər tozu (yaxşı olardı qəhvəyi)
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı vanil ekstraktı
  • image1

İçlik: 

  • 200 qram Nutella
  • 100 qram badam və fındıq

Sirop:

  • 2 xörək qaşığı şəkər
  • 4 xörək qaşığı su 

Əvvəlcə adi xəmir yoğururuq. Mikser qabına ilıq süd, əridilmiş kərə yağı, maya və şəkər tozunu tökürük. 5 dəqiqə saxlayırıq. 1 yumurta, un və duz əlavə edirik. Bir neçə dəqiqə qarışdırırıq, yuvarlaqlaşdırırıq və xəmirin qalxması üçün 1 saat müddətinə bir qaba qoyuruq. 

İçlik üçün bir qədər fındıq qovurun, bıçaq və ya blenderlə doğrayın. 

image3

Xəmir gələn kimi, oxlov vasitəsi ilə kvadrat şəklində qat açın, üzərinə bütün perimetr üzrə nutella sürün və üstünə doğranmış fındıq səpin. Boru şəklində bükün və uzununa kəsin. Hörük kimi hörün və yağlanmış formaya qoyun. Qida plyonkası ilə üzərini örtün, 1 saatlıq və ya saat yarımlıq isti yerdə saxlayın. 

Saat yarımdan sonra babkanı 180 dərəcə isidilmiş sobaya 30-40 dəqiqəlik müddət ərzində bişməyə qoyun. Xəmirin bişməyini və qalxmasını gözləyirik. 

Üzərinə sirop tökmək mütləq deyil, amma son parlaq nəticə çox gözəl görünür. Adi siropu cezvədə və ya balaca qazançada hazırlamaq olar.  Şəkər tozu və su qarışımı bir qədər karamel rəngini alanadək bişirilir. Babka bişdikdən sonra üzərinə sirop sürün. 

image2

Bon appetit!! 

Mətn və foto: Həcər Əliyeva