What's Cooking: Ponçiklər

icon

Çoxsaylı istəklərə əsasən və ponçiklərin olduqca populyar olması səbəbi ilə sizə bir resept təqdim edirəm! Havalı, qızardılmış və inanılmaz dadlı! Bu resept çox vaxt aparır, amma hazırlama qaydası olduqca sadədir. Məndə 24 ponçik alındı, lakin hər şey dairələri hansı ölçüdə kəsməyinizdən asılıdır.  

ponchik2

  • 1 paket quru maya
  • 160 ml süd
  • 490 qram un
  • 70 qram toz şəkər (bir qədər də istənilən halda ponçiklərin üzərinə səpmək üçün)
  • 2 çay qaşığı duz
  • 3 yumurta
  • 100 qram kərə yağı
  • Qızartmaq üçün günəbaxan yağı

Ponçikin içliyi hər cür ola bilər. Mən vanilli və limon qabıqlı çiyələk cemli və bişmiş kremli hazırlamışam. 

ponchik 

Hamısını birdən mikserin qabında qarışdırdım. Bunu adi kasada da etmək olar. İlıq süddə mayanı həll edirik, şəkər, un, yumurta və duz əlavə edirik. Mikser və ya taxta qaşıqla çalırıq. Xəmir özünü tutduqdan sonra yumşaq, kiçik kub şəklində kərə yağını əlavə edirik. Yağ xəmirə tamamilə yayılıncaya qədər qarışdırırıq. Qida salafanına bükürük və bir gecəlik soyuducuya qoyuruq. Həmçinin otaq temperaturunda saxlayıb və iki saatdan sonra dairələrə kəsmək olar. 

 image1

Xəmiri çox nazik olmamaq şərti ilə enli lay şəklində yayırıq. Dairə formasında kəsirik və üstü unlu bir səth üzərinə qoyuruq (mən bişirmə qabına yığırdım). Çay dəsmalı ilə üzərini örtürük və ponçikləri 2-3 saatlığına qabarmağa qoyuruq. 

imagefrf3

Qalın dibli bir qazanda yüksək atəşdə qızılı rəng alanadək iki tərəfli qızardırıq. İsti ponçikləri şəkər tozuna salırıq və ya daha sonra üzərinə şəkər kirşanı səpirik.

Hazır ponçiklərdə oyuqlar açırıq və şprisin köməyi ilə içliyi doldururuq. 

123

Bon appetite! 

Mətn: Həcər Əliyeva