SÖZÜN DUZU: "AĞZI İSTİ YERDƏDİR"

Yaşamaq maraqlı olanda.

Ötən həftə mənə Azərbaycanın şimalında yerləşən gözəl bir şəhərdə olmaq nəsib oldu. Orada uzun müddət ilk dəfə özümü balaca həvəsli uşaq kimi hiss etdim. Mənə elə gəlir ki, məhz o anda Kainatın mexanizmləri işə salındı və mənim ilk məqaləm işıq üzü gördü.

Bakıdan kənarda olmaq bizə paytaxt sakinlərinin nitqində çox vaxt müşahidə etdiyimiz rus dilinin ədat və bağlayıcıları olmayan bir dialekt eşitməyə imkan verir. Məhz elə orada bu cümləni eşitdim və qərara gəldim ki, anaların haqqını vermək - bloqun simvolik başlanğıcıdır. Yəqin ki, hər kəs eşidib: "Ağzı isti yerdədir”. Biz şüuraltı nəyi nəzərdə tuturuq? 

İnsan, ətrafdakı hadisələr barədə heç bir təsəvvürü olmadığı komfort zonasında olur. Rahat, isti və şən olduğu zonada.   

Gəlin bu ifadənin etimologiyasına müraciət edək, çünki tapıntılar olduqca maraqlıdır. Bədii ifadə faktiki olaraq hələ həyatın bütün əziyyətlərini və çətinliklərini tanımayan körpələr üçün istifadə olunmalıdır. Həyatının ilk günlərində körpənin ətrafdakı yaxınlığı hiss etməsi üçün yeganə yol - duyğudur: görmək, eşitmək, iybilmə, dadmaq və toxunmağı hiss etmək. 

Süd verən ana körpəni qəbul edilə bilən bütün kanallar vasitəsilə toxunma və yaxınlıq hissi ilə təmin edir: o körpəni qucağında saxlayır, körpə anasının səsini və ürək döyüntüsünü eşidir, anasını görür, doğma dadda ilıq süd ağzına tökülür. Bütün atmosfer ona deyir: anam yanımdadır və əlaqə güvənlidir. "Ağzı isti yerdədir" frazeoloji ifadənin əsl mənası elə burada gizlidir. 

Böyümək və öz həyatının məsuliyyətini üzərinə götürmək asan deyil. Çünki biz "ağzımız isti yerdə" olan nəsilik. Amma digər tərəfdən, axı bu çox rahatdır?!

 

Mətn: Qəmər Məmmədova

İllüstrasiya: Nazimpaşa Mahmudzadə