Saçı uzun Suray xanım,
Boynu uzun Buray xanım
Dünən tələbə auditoriyasında imtahandan sonra maraqlı insanlarla möhtəşəm bir gün keçirdim! "İmtahan sonrası təlaş" - həmişə gələcək haqqında uzun danışıqlarla müşayiət olunur. Bir dəfə İçərişəhərin küçələrində gəzərkən Samir Salahovun artıq axtarışında ümidsizliyə qapıldığım əsərinə rast gəlmişdim. Fikrimdə dərhal "sürmə çəkdim gözümə..." səsləndi: Əlbəttə ki, hamımıza haqqında narahat olduğumuz Tık-tık xanımın nağılını oxuyublar (şəxsən mən narahat olurdum). Beləliklə, bütün kadrlar birləşir, ona görə də, bu gün mən qəhrəmanımızın suda boğulduğu səhnədə səslənən bu iki ifadədən danışacam.
Saçı uzun Suray xanım,
Boynu uzun Buray xanım
Bir az ön söz: nağıl Siçan bəy ilə yaşayan Tık-tık xanımdan bəhs edir. Hər şey yaxşı idi, lakin bir gün o, bataqlığa düşür və az qalır ki, boğulsun. Xoşbəxtlikdən bataqlığın yanından atlılar keçir. Bataqlıqdan çıxmağa çalışan Tık-tık xanım atlılardan xahiş edir ki, Xan evinə getsinlər və Siçan bəyə ondan xəbər versinlər. Ancaq belə situasiyada da, həyatı təhlükə altında olsa da o özünə sadiq qalaraq, özünü hündür boylu, uzun saçlı gözəl kimi təsvir edir.
Firudin bəy Köçərlinin “Uşaqlara hədiyyə” kitabında “Pıspısa xanım və Siçan bəy” hekayəsi var.
Gedin deyin siçan bəyə,
Börkü dəlik Solub bəyə.
Saçı uzun, saray xanım,
Donu, uzun, daray xanım…
Abdulla Şaiqin versiyasında Tık-tık xanım deyir:
Tarap-turup atlılar,
Atları qanadlılar!
Xan evinə gedərsiz,
Siçan bəyə deyərsiz,
Saçı uzun Suray xanım,
Boynu uzun Buray xanım
Düşübdü su çuxuruna,
Tez özünü yetir ona!
Qədim türk dillərində Suray / Saray sözü uzun, hündür mənasına gəlirdi. Buray sözü isə cəsur və cəsarətli olaraq tərcümə edilirdi.
Nağılın analizinə davam edirik. Gördüyümüz kimi, belə bir fövqəladə vəziyyətdə belə Tık-tık xanım öz şarmını itirmir, elə bu da onun xüsusiliyidir. Onun dostluqda bəxti necə gətirmişdi. Siçan xeyirxah, çalışqan idi və bu xəbəri eşidən kimi "naz-nemət" dolu çantasını atır və var gücü ilə onu xilas etməyə qaçır. Çaya çatan kimi əlini uzadır və deyir:
- Əlini mənə bəstərəcik?
- Yox, yox, mən səndən küstərəcik...
- Küstərəcik, küstərəcik, mən də sənə quyruq göstərəcik
Xanımının ondan niyə incidiyini başa düşməyən Siçan bizim qəhrəmanımıza quyruğunu göstərir, yəni birliyi sonlandırır. Tık-tık xanım quyruqdan tutur, islanmış və kədərli halda bataqlıqdan çıxır və başa düşür ki, nahaq yerə dostu Siçanı incitdi. Axı indi o yenə yalqız, dostsuz qaldı.
Əsərin ibrət dərsi odur ki, hiyləgərliklə dostluq münasibətləri qurmaq olmaz. Biz hamımız elə bir insan arzulayırıq ki, ilk zəngdən köməyimizə gəlsin, xəyanət etməsin, paxıllıq etməsin, yaxşı məsləhət versin, arxamızca danışmasın. Bəli, həqiqətən də, dostluğunda belə bir insanın olması əsl xoşbəxtlikdir və bu münasibətləri qorumaq və qiymətləndirmək lazımdır.
Elə buna görə də, etdiyi səhv barədə artıq düşünməmək üçün Tık-tık xanım Instagramla başını qatır. Bəs siz bizim məlahətli qəhrəmanımızın stories-lərini izləyirsinizmi?
Mətn: Qəmər Məmmədova
İllüstrasiya: Nazimpaşa Mahmudzadə