SÖZÜN DUZU: AMERİKA AÇMAQ

İyul ayında ABŞ-a hazırlaşırsınız? Tam zamanıdır! Birləşmiş Ştatlarda Müstəqillik günü hələ qurucu-ataların eyni gündə Müstəqillik Deklarasiyasını imzaladıqları vaxtdan bu yana hər il 4 iyulda qeyd olunur. Bu münasibətlə, amerikalılar möhtəşəm atəşfəşanlıq ilə təntənəli paradlar keçirirlər, konsertlər və digər bayram şənlikləri təşkil edirlər. Bizim qurucu-atalarımız da kənarda qalmadılar, onlar açıq-aşkar səbəbləri aydınlaşdırmaq və təsdiq etmək üçün "Amerika açmaq" ifadəsindən istifadə edirlər.

1.2_

Ənənəvi olaraq əvvəlcə ön söz. Məlumdur ki, Xristofor Kolumbun 1502-ci ildə dördüncü səyahəti baş tutub. O, Mərkəzi Amerika sahillərinə qədər gedib çataraq Atlantik okeanı ilə Cənubi dəniz arasında qitənin mövcud olduğunu sübut edir və bu qitəni "Yeni Dünya" adlandırır.

Avropanın şimalında isə Amerikanın Vikinqlər tərəfindən kəşf edildiyinə inananlar var. İspaniyalıdan xeyli əvvəl buraya - eramızdan əvvəl 1000-ci ildə sərt skandinavlar gəliblər. Bu yanaşmanın tərəfdarları Kanadanın şərqində Lans'O Medou-da yerləşən vikinqlərin qədim məskəninin qalıqlarını sübut olaraq gətirirlər.  

Bundan başqa Amerikanı qədim misirlilərin aça biləcəklərinə inanan norveçlilər də var. Belə bir versiyanı ilk dəfə 1970-ci ildə “Ra-2” adlı Papirus qayıqla Atlantik okeanı keçməyə nail olan Tur Heyerdal irəli sürüb. Beləliklə məşhur səyyah praktikada öz nəzəriyyəsinin əsaslı olduğunu təsdiq edib.

Buna baxmayaraq, Birləşmiş ştatlarda keçirilən son tədqiqatlar göstərir ki, təxminən min il bundan əvvəl, Şimali Amerikada qədim Kelt tayfaları yaşayıblar. Bir qrup amerikalı alimlər bu qitəni təxminən eramızdan əvvəl 1700-cü ildə Yeni İngiltərədə yaşayan qədim keltlər tərəfindən aşkar olunduğu fikri ilə razıdırlar. Harvard Universitetinin professoru Barri Fellin hesab edir ki, Birləşmiş Ştatların müxtəlif yerlərində yazılı abidələr də daxil olmaqla aşkar edilən bir sıra əşyalar Kolumbdan əvvəl Amerikada Liviya, Misir sakinlərinin və qədim Kritlilərin olduqlarına işarə edir.

1.1_

Bu cümlənin Azərbaycan dilində mənası barədə mürəkkəb nəzəriyyələr düşünməyə ehtiyac yoxdur. Əksinə, bütün mənanın ovcumuzun içində olduğu nadir bir haldır və buna görə bizim velosiped icad etməyimiz, ya da bizim dediyimiz kimi «Аmerika açmaq» lazım deyil.

B. Bayramovun "Qardaş-qul" romanında əsas qəhrəman Ziyadxan gələcəyi haqqında düşünür və belə deyir: “Gözümü yeznəyə, qardaşa dikəcəkdimsə, daha niyə fəhlə adını zay eləməliydim? Yox, baş xarab deyilsə, onu işlətmək mümkündür … Mən Amerika kəşf eləmirəm. Onlarca, yüzlərcə belələrini mənə misal çəkərmi yoldaşlarım?”

Unutmayın, çox vaxt biz özümüz olmayan bir şeyi uydururuq. Bu dünyaya açıq gözlə baxmaq vacibdir, bununla da həyatın bütün gözəlliyini anlamaq. Yeri gəlmişkən, əgər ABŞ-da iyul ayının ilk həftəsində olsanız, bayramda çəkdirdiyiniz fotolarınızı mütləq bizə göndərin!

Mətn: Qəmər Məmmədova

İllüstrasiya: Nazimpaşa Mahmudzadə