TEXNO BERLİNİN MONOXROM SPLİNİ

Berlin dəfələrlə özünü dünyaya ağ-qara çalarlarla təqdim edib. Səssiz mələklərin küçələrdə gəzişmələri, qotik kilsələrin şpillərinə dirmanmalari, ümumi kitabxanalara baş çəkmələri əks olunan “Berlin üzərində səma” filmini xatırlamaq olar... Bizim müsahibənin qəhrəmani da bu ənənəni davam etdirir, bir fərqlə ki, onun fotoşəkillərindən qüvvətli alman oğlanlarinin və sərt alman qadinlarinin təbəssümsüz simalari boylanir.  

Məşhur Berqhaym klubunun sadiq kerberi, və onun əvəzsiz qapiçisi, texno musiqi vurğunlarinin qənimi Sven Markvardt bu ilin mart ayinda özünün “Mehrab” audiovizual instalyasiyasi ilə bakida oldu. “Kapelhaus” divarlari arasinda təşkil olunan bu sərgidə Berlin andeqraundunun xarizmatik personajlari Vaqner melanxoliyasinin cazibədarliği ilə təcəssüm etdi.

 

dsc01346_copy

Sizin əsərləriniz əsasən monoxromdur. Ağ-qara estetikaya belə aludəliyin səbəbi nədir?

Ağ-qara fotolar yüksək kontrast təsəvvürü yaradır. O, böyük dramatizm və poetikliyə malikdir... Fotoqrafiya maraqlanmağa başlayanda yalnız rəngli plyonka ilə işləyirdim. İndi də, moda üçün çəkiliş apardıqda, hərdən rəngə müraciət edirəm.

Ümumiyyətlə fotoqrafiyaya marağınız haradandır?

Mən reallığı, indiki anı, necə deyərlər, zamanın ruhunu əks etdirmək istəyirdim... Sonralar, 80-ci illərdə, mən musiqinin pank-rok və nyu veyv istiqamətləri ilə maraqlanmağa başladım. O zamanlar Berlində hakimiyyətdəki diktaturaya qarşı andeqraund mədəniyyəti inkişaf edirdi. Doğulduğum və boya-başa çatdığım ADR-də rejimin sərt çərçivəsi daxilində özünü ifadə etmək istəyi yaranırdı, meydana çıxan sub-mədəniyyətin səciyyəvi xüsusiyyəti elə bu idi. Lakin 1989-cu ildə Berlin divarının çökməsi ilə bizim üçün tamamilə başqa həyat başladı. Bu, dəyərlərin yenidən qiymətləndirilməsi dövrü idi: insanlar əvvəlki təsəvvürləri ilə necə davranacaqlarını bilmirdilər. Mən də onların sırasında idim.

O zamanlar Berlində yenicə peyda olan klubların atmosferinə dalmaq mənə ətraf mühitdən təcrid olunmağa yardım etdi. Mən maraqlarımdan əl çəkdim, ünsiyyət qurduğum çevrəm dəyişdi. Bəli, mən nələri isə itirdim, amma bununla yanaşı yeni nə isə qazandım. Fotoqrafiyaya 2000-ci illərin əvvəllərində qayıtdım və bu həvəs indiyə qədər səngimir. Amma həyat ümumən çox dəyişkəndir.

Mən də dəyişirəm, mənim dostlarım da, lakin fotolar mənə qeybə çəkilən reallığın anlarını əks etdirməyə imkan verir.

dsc01389

Siz hələ də plyonka ilə işləyirsiniz?

Bəli, çünki mənim rəqəmsal fotoaparatdan istifadə edən fotoqraflar kimi bir dəfəyə 5 min kadr çəkmək istəyim yoxdur.

Plyonkaya çəkiliş fotoçəkiliş prosesinin özünə ehtiyatlı yanaşma yaradır: fikrini cəmləmək, hər şeyi əvvəlcədən düşünmək lazımdır... Elə prosesin özü də çox vaxt aparır, bu isə intizar hissi yaradır. Sənin necə gördüyünlə nə alındığı arasında fərqi müşahidə etmək maraqlıdır.

Məni tez-tez gənc DJ-lərin şəkillərini çəkməyə dəvət edirlər, lakin mən onda da analoq foto çəkilişindən istifadə edirəm. Əsasən gənclərlə ünsiyyətdə olduqca, onlarla əlaqəni hiss edirəm, aramızda məlumat mübadiləsi baş tutur, amma texnikaya gəlincə, mən prinsiplərimə sadiqəm. Yeri gəlmişkən, “Mehrab” audiovizual instalyasiyasında mənim sellüloidə çəkilmiş şəkillərim Marsel Dettmannın texno musiqisi ilə uzlaşdırılıb – zənnimcə, maraqlı ahəngdir.

Sizə təsir göstərmiş fotoqrafların adlarını çəkə bilərsiniz?

Bu, Robert Meppltorp, Herbert Tobias kimi portret və pornoqrafik fotoqrafiya ustaları, həmçinin Uilyam Klayn, Nen Holdinqdir... Amma mən insanlarla ünsiyyətdən, modadan, digər əlaqəli incəsənət növlərindən də ilhamlanıram.

img_0314_copy

Siz fotoqrafiyada müəyyən üsluba riayət edirsiniz: parlaq, qeyri-adi tipajlarla tərtibat. Başqa janrlara, məsələn reportaj çəkilişinə və ya strit-fotoqrafiyaya müraciət etmək istəyi yaranmır?              

Mən hər gördüyünü çəkən fotoqraflardan deyiləm. Amma mən, əlbəttə ki, impuls axtarışında insanları çox müşahidə edirəm. Hazırda mən konseptual fotoqrafiya ilə maraqlanıram və bu yöndə çalışıram: gələcək setlər üçün mövzular seçirəm, səhnə mizanı hazırlayıram... Mənim fotolarımın protaqonistləri – yaxın adamlarım, musiqiçilər, artistlər, ümumiyyətlə klubda çalışdığım insanlardı.

Dokumentalistikaya müraciət etməsəm də, fotolarımda Berlinin atmosferini hiss etdiyim kimi çatdırmağa çalışıram. Son bir neçə ildə Berlinin gecə klub həyatının nümayəndələrini plyonkada əks etdirirəm. Həmçinin Belqradda layihə həyata keçirirəm. Bu şəhərdə 6 həftəyə yaxın oldum. Belqrad qəribədir, göz önündə dəyişir. Orada kafelərdə, barlarda maraqlı tipajlarla qarşılaşırdım, sonra isə onları çəkiliş üçün studiyama dəvət edirdim. Bu səfər növbəti layihə seçimimə çox böyük təsir etdi. Mən dünyanı kifayət qədər gəzib-dolaşmışam, amma ilhamı məhz Belqradda tapmışam.

Bəlkə sosialist Almaniyasını xatırladan bu şəhərin vizual estetikası Sizdə müəyyən nostalji hisslər oyadıb?

Bəli, orada ötən əsrin sonlarının Berlinini xatırladan amillər var, amma bu tam nostalji hisslər deyil, sanki 90-cı illərə dönmək istəyidir... Şərqi Avropanın bir çox paytaxtlarından fərqli olaraq, Belqrad hələ kardinal dəyişikliklərə uğramayıb. Bunun da səbəbi əsasən müharibədir. Məni həm yarımdağılmış zülmət binaları olan şəhər landşaftları, həm də insanlar – qürurlu, gözəl serblər cəlb etdi.

dsc01446_copy

“Mehrab” audiovizual instalyasiyasını ilk olaraq Bakı tamaşaçıları gördülər, yoxsa əvvəllər başqa ölkələrdə nümayiş olunmuşdu?

Bir neçə il əvvəl Marsel Dettmannla görüşdüm. O, birlikdə, - mən fotolarımla, o isə musiqi ilə - nə isə bilərik, deyə sual verdi. Həmin vaxtlar bizi artıq Berlin klub həyatı birləşdirirdi, mənim ilk musiqili portretlərim Dettmannla əməkdaşlıq sayəsində yaranmışdı. 2014-cü ildə biz kurator Alfons Huqla tanış olduq; o, “Berlinin ruhu” sərgisi üzərində çalışırdı və maraqlı ideyalar arayırdı. Bir il sonra biz “Mehrab”ı San-Pauluda, daha bir müddət sonra isə bir sıra Asiya ölkələrində, Kanadada təqdim etdik, indi də, nəhayət, Bakıya gəldim.

YouTube-da Sven Markvardtın feyskontrolundan necə keçmək və əfsanəvi Berqhayma necə yol tapmağa dair ətraflı məsləhətlər verən çox sayda rolik var. Klub ziyarətçilərini seçərkən nəyi rəhbər tutursunuz?

Otuz ildir ki, texno musiqi atmosferində yaşayıram və Berqhaym mənim iş yerimdir. Bu klubun nümayəndəsi kimi, mənim üçün əsas – təhlükəsizlikdir. Şəhər dəyişir, biz artıq beynəlxalq miqyasda şöhrət qazanmışıq. Təbii ki, bütün dünyada tanınan kluba baş çəkmək istəyən turistlərin sayı da çoxalıb. Berqhayma bütün buraxılış şərtləri – bu məkanın konsepsiyasının tərkib hissəsidir. Burada müəyyən qaydalar yoxdur, hər şey fərdidir, intuisiya üzərində qurulub.

dsc02387

Çox sayda döyməniz var. Onlar həyatınızdakı hansısa hadisələrlə əlaqəlidir?

Bu mənim gündəliyimdir, mən onu artıq uzun illərdir ki, yazıram. Burada mənim hisslərim, bütün həyatım cəmlənib...

dsc01344

MÜSAHİBƏ: NONNA MÜZƏFFAROVA

FOTO: ADİL YUSİFOV

 

 

Тэги

Тэги