ƏBƏDİYYƏTƏ TOXUNUŞ

Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi professor Ağəli İbrahimov öz fəlsəfəsinə malik istedadlı sənətkar kimi məşhurdur. Və çox az adam bilir ki, o – Azərbaycanda olduqca nadir rəsm əsərləri kolleksiyasının sahibidir, onun evi isə – divarlarında çox gözəl rəssamların əsərləri asılmış əsl muzeydir...

Screen Shot 2015-04-14 at 10.31.19

Kolleksiyanın yaranması

Hər şey rəssam Gennadiy Jiqlovdan başladı, – Ağəli İbrahimov xatırlayır, – o bizim həyətdə yaşayırdı. O zaman mən yenicə Əzim Əzimzadə adına rəsm məktəbinə daxil olmuşdum, özü də bu peşəni təsadüfən seçmişdim – buna qədər uzun illər musiqi ilə məşğul olmuşdum. İkinci semestrdə “3” aldım və çox məyus oldum! Evimizin yanında Gena mənə yaxınlaşdı və soruşdu: “Nə olub sənə?” Göz yaşlarımı güclə saxlayaraq cavab verdim: “3 almışam!” O dedi: “Bir göstər görək əl işini!” Mənim kurs işimi götürdü və bərk qəhqəhə çəkdi: “Sən istedadlı, maraqlı rəssamsan! Qiymətlərə fikir vermə! Könlün necə istəyirsə, elə də çək, – lap “2” versinlər!”

O ilk adam idi ki, mənə inandı, – Ağəli davam edir. – Mənim üçün bu çox vacib idi. Bir neçə il sonra isə mən onun işlərindən birini aldım – bu aldığım ilk rəsm əsəri idi. Demək olar ki, məhz o zaman kolleksiyaçı Ağəli İbrahimov doğuldu, axı Gennadiy Jiqlovun əsəri kolleksiyamın təməlini qoydu. Onun rəsmi mənim üçün keçmiş haqqında xatirə kimi əzizdir.

Screen Shot 2015-04-14 at 10.43.14

“Mircavad Cavadovun portreti”, Mikayıl Abdullayev, 1953 il

Rəsmlər insan kimidirlər 

Mənim üçün rəsmlər – yalnız böyük ustadların yaratdıqları dahi əsərlər və ilahi nura toxunuş deyil, bu həm də ötən illərə səyahətdir, – Ağəli İbrahimov etiraf edir.

– Hər əsəri ilə rəssam özü, duyğuları, zamanı haqqında söz açaraq faktiki olaraq avtoportret çəkir. Rəsm əsəri – ilk növbədə rəssamın qəlbinin əksidir. Dahi Leonardo da Vinçi deyirdi: “Qəlb rəssamın əlini idarə etmirsə, orada incəsənət yoxdur...” Əgər sən rəsmin qarşısından laqeyd, etinasız keçirsənsə, əgər ona nəzər saldıqda rəssamın düşüncələri və hissləri sənə ötürülmürsə – bu incəsənət deyil, burada yaşanılan, iztirab çəkilən heç nə yoxdur, dərinlik, sirr yoxdur... Kim isə təkrarlayaraq və özündən heç nə demədən usta ola bilər, amma nə isə yeni, özününkünü yaradan böyük ustad olmaq – bu hər kəsin nəsibi deyil. Mən sonsuz dərəcədə xoşbəxtəm ki, kolleksiyamı belə sənətkarların əl işləri bəzəyir. Ruh ancaq insanda olmur, – həmsöhbətimiz fikirlərini bölüşür, – o, rəsm əsərində də var. Mən bu ruhu görürəm, hiss edirəm, onunla ünsiyyət qururam, onların hər biri ilə. Sirr sadədir: rəsmlərin səslərini “eşitməyi” bacarmaq lazımdır, o zaman onlar çox şey haqqında söz açacaqlar. Quranda buyurulub ki, dünya əvvəlcə ağ idi... Ağ – təmiz vərəq kimi: onun üzərində nə isə yazmazdan əvvəl ciddi düşünməyə çağırış edilir... 

Screen Shot 2015-04-14 at 12.09.18

“Həyatın toru” , Mircavad Cavadov, 1987 il 

Şedevrlər arasında görkəmli rəssam Səttar Bəhlulzadənin anasının portreti – bu qadının naturadan çəkilən yeganə portretidir – Ağəli müəllim deyir. – Ustad onu ilahiləşdirirdi.  Həyatda isə 3 böyük sevgisi var idi: anası, Füzuli – saatlarla onun şeirlərini əzbər oxuya bilərdi – və sərsəm Məcnun obrazı. 

Screen Shot 2015-04-14 at 12.17.05

“Ana” , Səttar Bəhlulzadə, 1962 il

Bu natürmortu isə Səttar barmağı ilə çəkib – razılaşın ki, o, olduqca qeyri-adidir – ustad ümumiyyətlə belə çəkməyi sevirdi. Belə fikir yaranıb ki, dahi Bəhlulzadə insan fiqurlarını çəkmirdi. Amma onun erkən əsəri – “Çılpaq qadın”a nəzər salsaq, bunu asanlıqla təkzib etmək mümkündür.

Səttar hərtərəfli rəssamdır, onun həm akvarel, həm qrafik işləri var. Başqa bir dahi, Toğrul Nərimanbəyovun fırçasına mənsub Səttarın öz portretinə nəzər salın. Tahir Salahovun Dmitriy Şostakoviçin portretinə eskizi isə hər iki məşhur ustadı yaddaşlarda canlandırır. Burada hər rəsm əsəri ilə hər hansı xatirələr bağlıdır. 

Səttar və Toğrulun işlərinə tamaşa edəndə, biz, gənc rəssamların – Fərhad Xəlilov, Nazim Rəhmanov, Həmzə Abdullayevin bu qeyri-adi insanların başına toplaşdığımızı xatırlayıram. Biz hələ onda anlayırdıq ki, yanımızdakılar – böyük sənətkarlar, qeyri-adi ruha malik insanlardır – və coşqunluqla onların istedadına qoşulmaq istəyirdik... 

фото-2(22)

Tahir Salahov , "Şostakoviçin portretinə eskiz"

Bu Abşeron məktəbinin banilərindən birinin, 1953-cü ildə digər sənətkar – Mikayıl Abdullayevin çəkdiyi dahi rəssam Mircavad Cavadovun portretidir, – Ağəli növbəti əsərə keçid alır. – Bu isə Mircavadın öz işidir – “Həyat toru”. Mircavadın həyat yoldaşı Lyuba bu rəsmi bizim evdə görəndə, göz yaşlarını saxlaya bilmədi. Sən demə, əsəri yaratdığı zaman Mircavad həyat yoldaşına etiraf edib: “Bu işi əsl muzey çərçivəsi bəzəsə idi, nə yaxşı olardı!” İndi bizim evdə əsər məhz belə – antikvar, bahalı çərçivəyə yerləşdirilib...

фото-6(16)

Mircavad Cavadov, “Həyat toru”

Bu da xarici sənətkarlar, – Ağəli davam edir. – Anatoliy Zverevin bu gözəl əsəri “Qısqanclıq” adlanır. Zverevi ilk rus ekspressionisti, sovet nonkonformizminin əfsanəsi və ötən əsrin ən çox qiymət verilməyən fırça ustası hesab edirlər. Bu rəssamın işləri Qərbdə çox baha qiymətləndirilir. Zverevin cəmi bir neçə mənzərəli işi var (o, əsasən akvarellə çəkirdi) və onlardan biri də məndədir!

фото-5(25)

Anatoliy Zverev, “Qısqanclıq”

Bu isə Ayvazovskinin rəsm əsəridir. Onu özü üçün çətin günlərdə çəkib – o, tutqun, qəlizdir, ağrı və iztirab saçır, – başqa rəsmi göstərən ev sahibi söyləyir. O Bakıya gəlib və imkanlı adamlar ona şəkil sifariş verirdilər.

Screen Shot 2015-04-14 at 12.31.10

“Dəniz peyzajı”, İvan Ayvazovskiy

Lakin mənim kolleksiyama yalnız Bəhlulzadə, Nərimanbəyov, Jiqlov, Ayvazovski və digər istedadlı rəssamların əsərləri daxil deyil. Burada ulduz saatlarını gözləyən kifayət qədər əsər var. Vaxt gələcək, onlar işıq üzü görəcəklər, bahalı kolleksiyalar və elit art-salonları bəzəyəcəklər. Qədimilər demişkən: “Həyat qısadır – incəsənət əbədidir”. 

 

Интервью: Сеймур Закяраев / Фото: Санан Алиев